CƏDİDİ

f. yenilik, təzəlik.

CƏDİD
CƏDİR
OBASTAN VİKİ
Cədidizm
Cədidizm və ya Cədidçilik (ərəb. جديدية‎ "yenilikçilik", buradan tatar. Cäditçelek, başq. йәдитселек) — XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiya imperiyasının əsasən türk mənşəli müsəlman xalqları arasında təşəkkül tapan ictimai-siyasi və intellektual hərəkat. XIX əsrin 80-ci illərində Krım, Qazan, həmçinin Azərbaycanda, 90-cı illərdən isə orta Asiyada yayılmışdı. Əvvəllər köhnə müsəlman təhsil sistemini dəyişdirmək və müsəlman üçün Avropa təhsilinin zəruriliyi uğrunda məhdud mədəniyyətçilik hərəkatı idi. Cədidçilər, yaranan burjuaziyaya maneəçilik törədən feodalizm qalıqlarının ləğvinin zəruriliyi, islamın və dini məktəblərin məhdud islahatı, islamın milli burjuaziyanın tələblərinə uyğunlaşdırılması xeyrinə çıxış edirdilər. Cədidizmə əks mövqedə duranların fikirləri qədimizmdə öz əksini tapır. 1905-ci il inqilabından sonra cədidçilər konstitusiyalı monarxiya, yerli özünüidarəetmə, ümumi səsvermə hüququ, demokratikləşmə ideyalarını dəstəkləyən "İttifaq-əl-müslimin" ("Müsəlman ittifaqı") partiyasının əsasını təşkil etdilər. Müəyyən proqramı, rəhbərlik mərkəzi və nizamnaməsi olmayan cədidçilər Türkistan və Buxaradakı leqal nəşrlər ətrafında, yeni üsullu məktəblərdə, xeyriyyə cəmiyyətlərində və i.a.