DÖNÜŞ

(Gədəbəy, Şəki)
bax dönüm . – Bu dönüş yalançıyam yanında (Gədəbəy); – Bu dönüş o öydə otudu, mən getdim; – Bu dönüş Qurbanı yolladılar (Şəki)
DÖNÜMLÜK
DÖR
OBASTAN VİKİ
Dönüş
Filmlər Dönüş (film, 1972) — Dönüş (film, 2006) — rejissor Pedro Almodovarın filmi. Dönüş (film, 2018) — rejissor Rüfət Əsədovun filmi.
Dönüş (proqramlaşdırma)
Dönüş kodu (en. Return code)– proqramlaşdırmada: altproqram və ya proses bitdikdə (qaytardıqda), yaxud sistemin idarəetməsini başqa altproqrama verdikdə prosedurun nəticələrini bildirmək, yaxud sonrakı hadisələrə təsir etmək üçün istifadə olunan kod. Məsələn, dönüş kodu əməliyyatın uğurlu, yaxud uğursuz olmasını göstərə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dönüş (qəzet)
Dönüş klavişi
Dönüş klavişi (en. Return key) – Apple klaviaturalarında: IBM klaviaturalarında və IBM-uyumlu klaviaturaların əksəriyyətindəki Enter klavişinə tam yuğun olan klaviş. Klavişin adı yazı makinasından alınıb, belə ki, orada bu klaviş çap mexanizminin karetini sətrin başlanğıcına döndərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dönüş kodu
Dönüş kodu (en. Return code)– proqramlaşdırmada: altproqram və ya proses bitdikdə (qaytardıqda), yaxud sistemin idarəetməsini başqa altproqrama verdikdə prosedurun nəticələrini bildirmək, yaxud sonrakı hadisələrə təsir etmək üçün istifadə olunan kod. Məsələn, dönüş kodu əməliyyatın uğurlu, yaxud uğursuz olmasını göstərə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dönüş (film, 2006)
Dönüş (isp. Volver) — rejissor Pedro Almodovarın filmi. 2006-cı ildə ekranizasiya olmuşdur. Rejissorun sözlərinə görə bu filmdə "nənə, ana, qızı, kabuslar və tanqo" iştirak edir. Filmin relizi 2006-cı il Kann festivalında təqdim olunmuşdu. Pedro Almadovar ən yaxşı ssenariyə görə hədiyyə qazanmışdı. == Məzmun == Pedro Almadovar özünün ən sevdiyi mövzusunu — qadınlar haqqda mövzunu davam etdirir. Bu 3 qadın nəsli haqqında hekayədir (nənə, ana və qızı), və bu nəsil ailə, dostluq, sevgi qonşu prizma nöqteyi-nəzərindən danışılır. Ölümündən sonra İrene kabus şəklində öz doğma şəhərinə qayıdır və sağlığında eləmədiyi işi görməyə — bağışlamaq diləyi ilə. Onun gizli sirri var.
Dönüş (film, 2018)
Dönüş — Rüfət Əsədovun filmi. Film 2018-ci ildə Orxan Fikrətoğlunun ssenarisi əsasında, Qarabağ müharibəsi iştirakçısı, tibb xidməti kapitanı, hərbi həkim İmran Qurbanov haqqında çəkilmişdir. Tammetrajlı sənədli filmdir. == Məzmun == Filmdə İmran Qurbanovun həyat yolu, könüllü hərbi həkim kimi döyüşlərdə iştirakı, xüsusilə də Qarabağ müharibəsi zamanı rəhbərlik etdiyi tibb bölüyünün Ağdərə, Kəlbəcər, Laçın və Murovda gedən döyüşlər zamanı fəaliyyəti əks olunub. == Filmin heyəti == === Film üzərində işləyənlər === İdeya müəllifi: Rüstəm Dastanoğlu Ssenari müəllifi: Orxan Fikrətoğlu Quruluşçu rejissor: Rüfət Əsədov Rejissor: Rüfət Əsədov Operator: Röyal Quluzadə Montaj rejissoru: Tofiq Teymuroğlu Prodüserlər: Nail Qurbanov, Zövqü Quliyev Posterin dizayneri: Vüsal Nazimoğlu Musiqilərindən istifadə edilən bəstəkar: Şəmistan Əlizamanlı === Filmdə iştirak edənlər === Şəmistan Əlizamanlı — hərbi diktor Rüstəm Dastanoğlu — dostu Rey Kərimoğlu — Qarabağ qazisi Nail Qurbanov — qardaşı Sevinc Qurbanova — həyat yoldaşı Vaqif Namazov — dostu Aslan Həşimov — hərbi həkim == Mükafat və nominasiyalar == == Filmin təqdimatı == 17 aprel 2018-ci ildə Nizami Kino Mərkəzində filmin təqdimatı olmuşdur. Təqdimatda İmran Qurbanovun döyüş dostları, Qarabağ qaziləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Təqdimatdan əvvəl keçirilən tədbirdə Azərbaycanın hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, filmin rejissoru və ssenaristi öz fikirlərini bölüşüblər. İmran Qurbanov çıxış edərək filmin çəkilişində əməyi olan və tədbirə qatılan hər kəsə öz minnətdarlığını bildirib.
Madatov adasına gediş və dönüş
Madatov adasına gediş və dönüş - Aka Morçiladzenin romanı.Postsovet dönəmi Gürcü ədəbiyyatının ən parlaq imzalarından biri Aka Morçiladzenin "Madatov adasına gediş və dönüş" adlı romanı Alatoran Yayınlarında işıq üzü görüb. == Məzmun == "Madatov adasına gediş və dönüş" romanını oxuyarkən insan fərqli düşüncələrin şahisi olur. Rəngsaz Hafo romanın əsas qəhrəmanıdır. Sənətində əsl peşəkar olan Hafo cəmiyyət tərəfindən əxlaqsız hesab olunur. İnsanlardan ondan şikayətlər edirlər. Hafo kişibazlıqda günahkar bilinir. Hətta romanda elə bir məqam var ki, yeddi kişi birlikdə münasibətdə olurlar. Rəngsaz lal oğlanı evinə gətirir. İnsanlar deyir ki, o oğlan Hafonun arvadını əvəz edir. Guya ki, həmin uşağı Hafo qorxutmuş və bu qorxunun nəticəsində uşaq lal olmuşdu.
Baharın Dönüşü (Buqro)
"Baharın dönüşü" (ing. The Return of Spring, fr. Le Printemps) — Vilyam Buqronun ən məşhur əsərlərindən biri. 1886-cı ildə tamamlanmş əsər hal-hazırda Coslin Mədəniyyət Muzeyində sərgilənməkdədir. Əsər iki dəfə — 1890-cı ildə və təkrarən 1976-cı ildə açıq-saçıqlığına görə hücuma məruz qalıb və təhqir edilib. "Baharın Dönüşü" adlı başqa bir əsər də mövcuddur. Həmin əsərin müəllifi isə tanınmış fransız rəssamı Pyer Avquste Kotdur.
Karetin dönüşü simvolu
Karetin dönüşü simvolu (carriage return CR) – cari sətrin başlanğıcına qayıtmağın zəruriliyini göstərən idarəedici simvol. Yazı makinasında karetin dönüşündən fərqli olaraq, bu simvol avtomatik olaraq növbəti sətrin başlangıcına keçidi təmin etmir. Məsələn, əgər “Bu, bir örnəkdir” sözlərindən sonra yalnız CR gəlirsə, kursor və ya printer “Bu” sözünün birinci hərfinə qayıdacaq. ASCII simvollar yığınında CR simvolunun kodu onluq 13 ədədidir (onaltılıq kodu 0Dh). Çox zaman CR simvolu ilə birlikdə kursoru (və ya printerin çap başçığını) növbəti sətrə keçirən sətirkeçirmə (LINE FEED) simvolundan (onluq 10 ədədi və ya onaltılıq 0Ah ədədi) istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Marsel dönüşü
Marsel dönüşü, bəzən Marsel ruleti, 360 və ya Rulet — futbolda dribblinq fəndi. Dieqo Maradona və Zinəddin Zidan bu hərəkətin ən görkəmli istifadəçisi olduqlarlarından, bu dribblinqə arada Maradona dönüşü və ya Zidan dönüşü də deyilir.
Mühacirlərin dönüşü
"Mühacirlərin dönüşü" — yazıçı-jurnalist Dilqəm Əhmədin 2017-ci ildə yazılmış kitabı. "Mühacirlərin dönüşü" Dilqəm Əhmədin Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan mühacirəti mövzusunda qələmə aldığı ikinci əsəridir. Kitabda Azərbaycan mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alır, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar öz əksini tapır. XX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalı və müstəqil respublikanın süqutu nəticəsində təqiblərdən qurtularaq dünyanın bir çox ölkələrinə səpələnmiş, ömrünü qürbətdə başa vurmağa məhkum edilmiş, həm oxşar, həm də fərqli taleli məşhur azərbaycanlı siyasi xadimlərin, ədiblərin, ziyalıların ictimai-siyasi, ədəbi-bədii irsi hələ də tam aşkarlanmayıb və öyrənilməyib. Bəzilərinin şəxsi arxivləri və ya onlara aid materialların yer aldığı digər arxivlər müxtəlif elmi mərkəzlərə, universitetlərə, muzeylərə verilib, bir çoxlarının zəngin irsi əldən-ələ düşüb, dağılıb, məhv olub, başqalarınınkı isə bu sahənin tədqiqatçılarının üzünə uzun müddət bağlı qalıb. Bu kitab araşdırmaçı-jurnalist Dilqəm Əhmədin həmin mövzuda qələmə aldığı ikinci əsərdir. Kitabda Azərbaycan mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alır, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar öz əksini tapır. Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Abbasqulu Kazımzadə, Əbdülvahab Yurdsevər, Məhəmməd Əli Rəsulzadə, Almas İldırım, Mustafa Vəkiloğlu, Əziz Alpoud, Səməd Ağaoğlu kimi şəxsiyyətlərə aid materiallar müəllifin yeni araşdırmaları nəticəsində əldə edilib və oxuculara ilk dəfə təqdim olunur. Bütün bunlar mühacirlərin şəxsi həyatı ilə birbaşa bağlı olduğuna görə xüsusi maraq doğurur. Kitab Azərbaycan Cümhuriyyəti tarixinin, o dövrün görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının tədqiqatçıları üçün unikal mənbədir.
Sərt karet dönüşü
Sərt karet dönüşü (en. Hard return) –kursorun (və ya printerin) yeni sətrin başlanğıcına keçməsinin gərəkliyini proqrama bildirən siqnal. Səhifə sahəsindən kənara çıxan sətirləri avtomatik ayıran mətn emalı proqramlarında sətr karet dönüşü simvollarından abzasları bildirmək üçün istifadə olunur. Sözlərin avtomatik sətirdən-sətirə keçirilməsi funksiyası olmayan mətn emalı proqramlarında hər bir sətri sətr karet dönüşü ilə bildirmək lazımdır. Sərt karet dönüşləri müxtəlif proqramlarda eyni mənanı daşımaya bilər, buna görə də sənədi bir proqramdan başqasına ötürdükdə mətndə sətirlərin ayrılması çox qəribə ola bilər, artıq sətirlər və sətirlərarası intervallar yarana bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə