1. f. Xəstəlik üzündən, yaxud qorxudan, həyəcandan, fərəhdən və başqa səbəblərdən tez-tez vurmaq, çırpınmaq (ürək).
…On beş yaşına gəlincə hər kəs [tənbəkini] çəksə, onun boyu çıxmaz, özünün də ürəyi döyünər.
Məsum uşağın bu halətindən; Madər sevinər bəşarətindən; Qəlbi döyünər məhəbbətindən.
Rəng aldı bu nəğməm görünən qövsi-qüzehdən; Qəlbim döyünüb, lalə kimi güldü fərəhdən!
2. qayıd. Öz-özünü döymək.