DAMOKL QILINCI

E.ə. 405-ci ildə Dionisi adlı sərkərdə yunanların Siciliyada ən vacib şəhəri olan Sirakuzanın hökmdarı oldu. O, qırx ilə yaxın hakimiyyətdə qaldı və ölümünü öz çarpayısında qarşıladı.

Amma uzun müddət hakimiyyətdə qalmaq üçün o, hiylə, fitnə-fəsaddan istifadə edir, genişşaxəli casus şəbəkəsi yaradaraq bir anlığa belə ehtiyatı əldən vermirdi. Göründüyü kimi, var-dövlət və əlindəki hakimiyyətə baxmayaraq, onun yaşadığı həyatı xoşbəxt adlandırmaq olmazdı.

Bir dəfə saray əyanlarından olan Damokl onun şan-şöhrətinə həsəd aparanda Dionisi Damokla, heç olmasa, bir günlüyünə onu əvəz eləməyi təklif edir. Damokl razılaşır və axşam ziyafətində masanın başında əyləşir.

Ancaq o, dərhal başı üzərində nəyinsə hamının diqqətini cəlb elədiyini hiss edir. O, yuxarı baxır və başı üzərində sıyrılmış qılınc görür. Qılınc bircə tük ilə tavana bərkidilmişdi. Damokla yerindən qalxmağa icazə verilmədiyindən o, bütün axşamı boğazından bir tikə keçmədən, beləcə oturur. Həmin gecə onun üçün həyatının ən əzablı sınağı olur.

Dionisi hər bir zalım hökmdarın həyatının əbədi qorxu və qeyri-müəyyənlik içində, böhran anının nə vaxt gələcəyini gözləməklə keçdiyini vurğulayır. Buna görə də insanı gözləyən təhlükədən danışarkən onun başına nələrin və nə vaxt gələcəyi haqda bir söz demək mümkün olmayanda “Damokl qılıncı” ifadəsi işlədilir. (Ayzek Azimov. Sözlərin tarixi)

DAMLALIQ
DAN

Значение слова в других словарях