DARÜLMÜƏLLİMİN

is. [ ər. ] Oğlan pedaqoji məktəbinin köhnə adı.
Təqribən Qori darülmüəllimində türk şöbəsinin açılmağı da mənim yaşımın dərsə getmək vaxtına tuş gəlir. C.Məmmədquluzadə.
1881-ci ildən… [Qori darülmüəllimində] tərbiyə almış müsəlman müəllimləri çıxmağa başlayır. F.Köçərli.
[Qəhrəman] imtahan verib təzə açılan darülmüəlliminə daxil oldu. S.Rəhimov.

DARÜLMÜƏLLİMEYN
DARÜRƏKLİ

Digər lüğətlərdə