DAVAMSIZ

sif.
1. Davamı, dözümü olmayan, müqavimət edə bilməyən. Soyuğa davamsız bitkilər.
// Zəif, dözümsüz. Davamsız adam.
[Qızıl Arslan:] Dünyada padşahlığın taxtından da çürük və davamsız şey yoxdur. M.S.Ordubadi.

2. Möhkəm olmayan, tez dağılan, tez yırtılan, tez xarab olan. Davamsız parça. Davamsız dəri.
– O vaxt ki, kənd uzaqda qalmışdı, sinəsində bir zümzümə başlanmışdı və … bu zümzümə elə bil toxunmaqda olan bir xalçanın çox davamsız iplikləri idi ki, tez-tez qırılırdı. Ə.Məmmədxanlı.

3. Çox davam etməyən, çox sürməyən, tez keçib gedən, sürəksiz. Davamsız yağış. Davamsız qar.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DAVAMSIZ DAVAMSIZ, CƏĞƏNİ, KÖVRƏK, NAMÖHKƏM

Antonimlər (əks mənalı sözlər)

  • DAVAMSIZ DAVAMSIZ – DÖZÜMLÜ Soyuğa davamsız idi, o dəqiqə xəstələnirdi. Doğrudan, ana qədər dözümlü, cəfakeş məxluq yoxdur (Ə
DAVAMLILIQ
DAVAMSIZLIQ

Digər lüğətlərdə