DAYANIQSIZ

sif.
1. Dayanığı olmayan, möhkəm olmayan; mətanətsiz, səbatsız, dözümsüz. Dayanıqsız adam.
2. Sabit olmayan; davamsız, keçici, sürəksiz.
Melodiyadakı dayanıqsız səslərin təbiətində sabit səslərə doğru daimi hərəkət meyli duyulur. Ə.Bədəlbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DAYANIQSIZ davamsız — sürəksiz
  • DAYANIQSIZ mətanətsiz — səbatsız — dözümsüz
DAYANIQLIQ
DAYANIQSIZLIQ

Digər lüğətlərdə