DİRƏKLƏNMƏK

f.
1. məch. Dirək salınmaq, dirək vurulmaq, dayaq vurulmaq, dirəklə bərkidilmək.
2. Dirək kimi qalxmaq, ucalmaq, yüksəlmək.
Neft quyularının hamısından alov göyə dirəklənəcək və günahkarları bir-bir təpəsi üstündə quyulara salacaqlar. Ə.Haqverdiyev.
Gördü dirəklənib göyə toz, qara tüstü çox qəliz. Ə.Nəzmi.
Qara və qorxunc tüstü burum-burum göyə dirəkləndi. Ə.Vəliyev.

DİRƏKLƏNMƏ
DİRƏKLƏTMƏ

Digər lüğətlərdə