DOLANACAQ

is. Yaşama şəraiti; güzəran, məişət, keçinəcək, yaşayış.
Mirzə Fətəli komediyalarında hər nə yazıbsa, dolanacağımızın eynindən və məişətimizin özvaiəhvalından götürübdür. F.Köçərli.
Ancaq anam Allah rəhmətinə getdikdən sonra, doğrusu ki, dolanacaq mənim üçün çox çətin olmuşdu. B.Talıblı.

// Həyat, həyat şəraiti, həyat tərzi, yaşayış üsulu, yaşamaq qaydası.
[Əsgər:] Belə, deyirəm ki, bu cürə dolanacağın axırı nə olsun?… Ü.Hacıbəyov.
Arabaçımız xoşsöhbət idi. Yol uzunu hər bir bildiyi şeydən danışırdı.
Danışdıqlarının çoxu kənd dolanacağına və təsərrüfatına aid idi. T.Ş.Simurq.

// Yaşamaq üçün vəsait, mənbə.
Bahadırın atası qədim bəylərdən olub, dolanacağı ancaq mülklərinə bağlı idi. N.Nərimanov.
Evin dolanacağı ancaq Mirzə Cavadın qələminə bağlı idi. Ə.Haqverdiyev.
Quldurlarla vuruşandan bir ay sonra Hümmətyar dolanacaq üçün Bakıya gedir. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DOLANACAQ dolanacaq bax yaşayış 1
  • DOLANACAQ vəsait — mənbə
  • DOLANACAQ yaşayış — həyat — güzəran
DOLAMAQ
DOLANBAC

Digər lüğətlərdə

и́жица липоаспира́ция попросте́ть послу́живать то́почный эмфа́за аккордеони́стка круглогу́бцы нача́льство поставить вопрос ребро́м сочини́тель сощи́пывание усы́ алчу alecost Baffin Bay bilge keel gastrologist hemostatic implant lead-free gasoline medially mice orison turkize