DONMAQ

f.
1. Soyuğun, şaxtanın təsirindən, şiddətindən buza çevrilmək, buz halına gəlmək. Su dondu.
– Nə səbəbə su qaynayanda buğ olur, niyə donanda bərkiyir? C.Məmmədquluzadə.

// Buzla örtülmək. Çaylar donmuşdur. Göl donmuşdur. Pəncərələr donub.
– Hələ deyirlər ki, dənizin suyu sahildən xeyli uzaqlara qədər donub. M.Rzaquluzadə.
Ətrafda nə varsa donub. Ə.Məmmədxanlı.

2. Dondan, şaxtadan məhv olmaq, tələf olmaq, xarab olmaq, don vurmaq. Quşlar şaxtadan donmuşdur. Az qala donmuşdum. Ağaclarda qalan meyvələrin hamısı dondu.
// Bərk üşümək, bədəni soyuqdan keyləşmək. Sərnişinlər maşında soyuqdan donurdular. Barmaqlarım donur.
3. Maye halından bərk hala keçmək; qatılaşmaq. Ərimiş mum 25 dərəcə istidə donur. Yağ donmuşdur.
4. məc. Hər hansı bir hiss və ya təəssüratın təsiri ilə bir anlıq sərbəst hərəkət qabiliyyətini itirmək. Ayını görəndə qorxusundan dondu.
– Fitnə birinci beyti oxuyarkən Bəhram donur. A.Şaiq.
[Qız] məni görüncə boğanaq kimi donub, yaşmağı ağzına çəkib, qönçə dəhanı gizlətdi. A.Divanbəyoğlu.

□ Donub qalmaq1) mat qalmaq, heyrət içində qalmaq, çox təəccüb etmək (bəzən “yerində”, “yerindəcə” sözləri ilə). Bu işə donub qaldım.
[Şahinin] …yanında yad bir adamın dayandığını gördük, donub qaldıq. S.Rəhman.
Hamısı qorxusundan saralmış və yerindəcə donub qalmışdı. M.İbrahimov;

2) inkişaf etməmək, bir nöqtədə durub qalmaq, irəliləməmək, tərəqqi etməmək, hərəkətsiz qalmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DONMAQ 1. DONMAQ (su haqqında) Dondu çaylar, bulaqlar; Qardan kürk geydi dağlar (Ə.Cəmil); BUZ BAĞLAMAQ Volqa çayı buz bağlamışdı (H
  • DONMAQ soyumaq — buzlamaq
  • DONMAQ üşümək

Antonimlər (əks mənalı sözlər)

  • DONMAQ DONMAQ – AÇILMAQ Dondu cığırlar, izlər; Bu gedişin qəsdi nə? (H.Hüseynzadə); Qiymət içəri girəndə elə bil onun donu açıldı (Ə

Etimologiya

  • DONMAQ Dilimizdə “soyuq” mənasını verən tum kəlməsi olub (tumov kəlməsi də onunla bağlıdır). Görünür, donmaq feili də “soyuq” mənasını verən kəlmə ilə bağlıd
DONMA
DONMUŞ

Digər lüğətlərdə

бе́дный конъюнкту́рный наобеща́ть небезынтере́сно раскру́чивание самоотве́рженный диаде́ма забро́сить калибро́вщик накопи́ровать отвыка́ть щипа́ние энерге́тика волжанка павликиане circumambulation foible hen-wife panelboard processability ventilate выучить добить приседание прогрохотить