Doqquzpara rayonu
Doqquzpara rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasında bir rayon. Rayonun inzibati mərkəzi Usuxçay kəndidir.
== Coğrafiyası ==
Rayonun sahəsi 394 km²dir.
== Əhalisi ==
2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən rayonun 14.330 nəfər əhalisi var. Rayonda əhalisinin çoxluğuna görə (2002-ci il siyahıya almasına əsasən) ən iri yaşayış mətəqələri Miskincə (3.373 nəfər) , Abadan (3.000 nəfər) və Usuxçay (1.836 nəfər) kəndləridir.
1989-cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisinin 93%-ni ləzgilər , 2,3%-ni rutullar , 4,7%-ni digər xalqların nümayəndələri təşkil edirdi.
2010-cu ilin siyahıyaalmasına əsasən rayon əhalisi 15,357 nəfərdən ibarət idi (2017-də bu rəqəm 15,214 nəfərə düşdü) və əsasən ləzgilərdən (14,367 nəfər (93,96 %)), rutullardan (461 nəfər (3,01 %)), ağullardan (350 nəfər (2,29 %)), tabasaranlılardan (50 nəfər (0,33 %)), azərbaycanlılardan (23 nəfər (0,15 %)), ruslardan (21 nəfər (0,14 %)) və digərlərindən (19 nəfər (0,12 %); milliyətini qeyd etməyənlər 66 nəfər (0,43 %)) ibarət idi.
== Kəndləri ==
Rayonun ərazisində 16 kənd tipli yaşayış məntəqəsi var.
Avadan (rus., ləz.) — Avadan/Abadan
Qandurar (rus., ləz.)
Demirar (rus., ləz.) — Dəmirlər
Kavalar (rus.) / K'valar (ləz.)
Kaladjux (rus.) / K'alajux (ləz.) — Qalacıq
Karakyure (rus.) / K'araku're (ləz.) — Qarakürə
Kuruş (rus.) / K'uruş (ləz.) — Quruş
Kerimxanar (rus., ləz.) — Kərimxanlar
Kiler (rus.) / K'iler (ləz.)
Мikrax (rus.) / Miqraq'/Miqraq'ar/Muqraq' (ləz.)
Miskindja (rus.) / Miskiskar (ləz.) — Miskincə (əhalisi əsasən şiə ləzgilərdən ibarətdir)
Novoye Karakyure (rus.) / Ts|iyi K'ara Ku're (ləz.) — Yeni Qarakürə
Tekipirkent (rus., ləz.) — Təkipirkənd
Usuxçay (rus.) / Usuq'çay (ləz.) — Usuxçay
Çuvalar (rus.) / Ç|ulavar (ləz.)
Esetar (rus., ləz.)
Ləğv olunmuş / yox olmuş kəndlər: Muştitsur, Qarakürə-Qazmalar.