Bir vaxtlar üç, sonra yeddi, daha sonra qırx (əsli: qırıq): nəhayət, yüz sözləri say sistemində son ədədlər olub. Üç və uc (конец) eyni söz olub, uc o deməkdir ki, “say sisteminin sonu (ucu) çatdı”. Yeddi odur ki, “sistem bitdi” (yetdi, çatdı), 40 odur ki, “sistemin qırağı gəldi, qırıldı” və s. Dörd “3-dən sonra törəyən”dir, törəməklə bağlıdır, yəni üçdən sonra gələn yeni ədəddir. Ehtimal ki, törəmək və doğmaq tarixən qohum sözlər olub, hər ikisi döl kəlməsi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)