1. Kəndirin, ipin və s.-nin bir yerini ilmək halına salmaq; ilgəkləmək, düyünləmək, düyün halına salmaq. [Cahandar ağa] Yəhəri atın belinə qoydu.
Qarınaltı qayışları möhkəm çəkdi, üzəngini, yüyəni yoxladı, dal tərəfə keçib atın quyruğunu düydü.
2. məc. Bağlamaq, calamaq.
Bu sualları bir-birinin ucuna düyə-düyə (z.) Güldanə özünü kəndin girəcəyində gördü.
◊ Qaşlarını düymək – bax qaşlarını düyünləmək (“düyünləmək”də).
Nəcəf qaşlarını düyüb kluba getdi.
Yumruğunu düymək – bax yumruğunu düyünləmək (“düyünləmək”də).