DƏRDLƏNMƏK

f.
1. Kədərlənmək, xiffətlənmək, dərdə düşmək, dərd çəkmək.
Mən də dərdlənmişəm küskün səsindən; Bir əsrin o qanlı faciəsindən… S.Vurğun.
Dərdlənən o qoca, qanlı, amansız; Dalğanda yox olan oğlunu istər. R.Rza.

2. məc. dan. vulq. Acgözlüklə yemək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏRDLƏNMƏK dərdlənmək bax qəmlənmək
  • DƏRDLƏNMƏK kədərlənmək — xiffətlənmək
DƏRDLƏNMƏ
DƏRDLƏŞMƏ

Digər lüğətlərdə