DƏSTƏLƏMƏK

f.
1. Dəstə halına salmaq, dəstə etmək.
Uşaq yığdığı sünbülü dəstələməkdə olduğundan Tapdığı tanımadı. Ə.Əbülhəsən.

2. Bir yerə yığmaq, yığışdırmaq.
[Qazı] …utandığından Güllü qızın üzünə də baxa bilməyib, abasının ətəyini dəstələyib evinə getdi. (Nağıl).
Xanpəri tez ayağa durub tumanının ətəklərini dəstələdi, “gecəniz xeyrə qalsın!” – deyib cəld çölə fırlandı. Ə.Vəliyev.
Aftab xanım tumanının ətəyini əlində dəstələyib yavaş-yavaş pilləkənlə ikinci mərtəbəyə çıxmağa başladı. Ə.Abasov.

3. Çin-çin yığmaq.
Muzdur kişi indi cığcığa kimi yüzlükləri on-on bir-birinin üstə dəstələyib evin ortasında düzdü. S.M.Qənizadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏSTƏLƏMƏK yığmaq — toplamaq
DƏSTƏLƏMƏ
DƏSTƏLƏNDİRMƏ

Digər lüğətlərdə