ENHANCE

v 1. artırmaq (təhlükəni və s.); ağırlaşdırmaq (günahı); 2. artırmaq (qiyməti, keyfiyyəti, nüfuzu, əhəmiyyəti)

ENGRAVER
ENIGMA
OBASTAN VİKİ
EGA (Enhanced Graphics Adapter)
EGA (ing. Enhanced Graphics Adapter – Təkmilləşdirilmiş qrafiki adapter) — öz xarakteristikasına görə (rəngli) CGA və VGA arasında yerləşən, IBM PC üçün monitor və videoadapterlərin standartıdır. IBM firması 1984-cü ilin avqustunda IBM PC/AT fərdi kompüterinin yeni modeli üçün EGA standartını buraxıb. EGA videoadapteri 16 rəng və 640×350 keyfiyyətini dəstəkləyir. Videoadapter MC6845 Motorolasının videokontrolleri və BİOS-un qrafiki funksiyalarının genişləndirilməsi üçün 16kB PZU ilə təchiz olunub. EGA adapteri 640×350 keyfiyyətini dəstəkləməsi zamanı mümkün 64 rəngdən (hər biri 2 bit olmaqla qırmızı, yaşıl və göy tərkibli) 16-nı eyni vaxtda istifadə etməyə imkan verir. EGA həmçinin qrafiki dəstəkli, 16 rəng keyfiyyətli CGA-in 640×200 və 320×200 keyfiyyətini dəstəkləyir; bu zaman yalnız CGA palitrasındakı rənglərdən istifadə etmək olar. EGA standartı CGA ilə tam uyğunlaşmasa da, CGA-in ilkin rejimləri EGA tərəfindən dəstəklənir. EGA şəkilləri MDA monitorlarında ekrana çıxara bilər, bu imkan platadakı dəyişdiricilərin köməyilə əldə olunur, bu vaxt yalnız 640×350 keyfiyyət rejimi mümkündür.EGA platası ISA şininə 8 bit variantından başlayaraq qoşulur. EGA versiyasının bazası 64kB videoyaddaşa malik idi ki, bu da rəngli qrafiki 640×200 və 320×200 rejimlərində monoxromatik qrafik üçün kifayət edir.
Enhanced Small Device Interface
ESDI (Enhanced Small Device Interface) – yüksək tutumlu sərt disklərin, yumşaq disklərin disksürənlərinin və lent qurğularının verilənləri kompüterlə yüksək sürətlə mübadilə etmələri üçün 20-ci əsrin 80-cı illərində məşhur olan standart. ESDI sinifli qurğular, adətən, verilənləri təxminən 10 Mbit/san sürətlə ötürürdü, ancaq onlar iki dəfə tez də işləyə bilərdi. İndi ESDI, praktiki olaraq, istifadədən çıxarılıb.
Digital enhanced cordless telecommunications
DECT (ing. Digital Enhanced Cordless Telecommunications, azərb. Rəqəmsal təkmilləşdirilmiş simsiz telekommunikasiya‎) — əsasən simsiz telefon sistemlərinin yaradılması üçün istifadə edilən standart. O, Avropada yaranıb və 900 MHz CT1 və CT2 kimi əvvəlki simsiz telefon standartlarını əvəz edərək ümumi standart olub.Təkçə Avropada deyil, Avstraliya, Asiya və Cənubi Amerikanın əksər ölkələrində də bu standart qəbul edilib. ABŞ-nin radiotezlik qaydalarına görə Şimali Amerika bu standartı qəbul edə bilmədi. Nəticədə DECT 6.0 adlı bir az fərqli tezlik diapazonundan istifadə edən DECT variasiyası inkişaf etdirilib. Bu, sözügedən qurğuları hətta eyni istehsalçıdan başqa sahələrdə istifadə üçün nəzərdə tutulmuş sistemlərlə uyğunsuz hala salır. DECT, Şimali Amerika xaricində istifadə edildiyi əksər ölkələrdə digər standartları demək olar ki, tamamilə əvəz etdi. DECT standartına əksər istehsalçıların tətbiq etdiyi sadə telefon imkanları üçün ümumi qarşılıqlı fəaliyyət profili olan "generic access profile" (GAP) daxildir. GAP uyğunluğu müxtəlif istehsalçıların DECT telefonları və bazalarına ən sadə funksional səviyyədə, yəni zəng etmək və qəbul etməkdə qarşılıqlı fəaliyyət göstərməyə imkan verir.
амёбы ворова́тый копи́ться непогреши́тельно обосно́ванность переко́шенный пристреля́ть стиха́рь кузнецо́в ла́дить подлови́ть полусапо́жки произноси́тельный телегра́мма литания рыбина intrinsicality panderly re-upping валютный двуконный негашёный отечь свекловица щипаться