FƏRXUNDƏ
FƏRİD
OBASTAN VİKİ
Fəri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. == Həyatı == Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
Baba Fərid
Fəridəddin Gəncşəkər və ya Baba Fərid (fars. حضرت بابا فرید الدّین مسعود گنج شکر‎; pənc. حضرت بابا فرید الدّین مسعود گنج شکر; Şərqi pəncab dilində: ਫ਼ਰੀਦ-ਉਦ-ਦੀਨ ਗੰਜਸ਼ਕਰ) (1173–1266) və ya (1188 (584 Hicri) – 7 may, 1280 (679 Hicri)) — Pakistan və Hindistanın görkəmli din xadimi, şair, filosof, alim. == Həyatı == Baba Fərid adı ilə tanınmış Fəridəddin Məsud Şəkərgənc 1173-cü ildə Hindistanın Pəncab əyalətində nüfuzlu ailədə dünyaya göz açmışdır. Onun nəsil şəcərəsi bir versiyaya əsasən, Həzrət Əliyə (ə), digərinə görə isə, Həzrət Ömərə (r.a.) çəkir. Kiçik yaşlarından etibarən ailəsi tərəfindən dini qanunlara uyğun tərbiyə edilmişdir. "Şəkərgənc" təxəllüsü almasının səbəbi haqqında xalq arasında rəvayətlər mövcuddur. Onlardan birində qeyd edilir ki, anası Məryəm Bibi ona namaz qılmağı öyrədərkən, səccadənin altına bir qədər şəkər qoyur və namaz bitdikdən sonra şəkəri ona mükafat verirmiş. Lakin bir gün "şəkər qoymaq" ananın yadından çıxsa da, orada şəkər peyda olur. Məhz bu hadisədən sonra ona "Şəkərgənc" (şəkər xəzinəsi) adı verilmişdir.
Fəranək Fərid
Fəranək Fərid 1961, Təbriz — azərbaycanlı şairə, tərcüməçi, qadın və insan haqları və çevrə mudafiəçisi. == Həyatı == Fəranək Fərid 1961-ci ildə Təbriz şəhərində anadan olub. O, ibtidai və orta təhsilini Təbrizdə alıb. Ali təhsilini isə iki ixtsas üzrə: 1983-cü ildə Təbriz Universitetinin laboratoriya elmləri və 2004-cü ildə ingilis dili dilmanclığı üzrə alıb. O, etiraz aksiyası gedə-gedə, küçədə saxlanılıb. == Yaradıcılığı == Fəranək Fərid ədəbiyyatda şeir, nəsr, tərcümə və tənqid kimi fərqli sahələrdə yazıb yaratmaqdadır. O, bir çox əsərlərini "İpək" təxəllüsü ilə nəşr etdirmişdir. 1998-ci ildə təşkil olunan Birinci Şimali-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birinci yeri tutub. İctimai fəal 2001-ci ildə 8 Mart Dünya Qadınlar Günü münasibətilə Təbriz qadınlar zindanı amfi-teatrında təşkil olunan proqramın aparıcısı olmuşdur. Ədibin 2009-cu ildə "Yuxuda ayılmaq", 2010-cu ildə "Cızıq" adlı şeir kitabları, 2013-cü ildə "Xanıməli", "Bağlı otaq", "Afrika macərası", 2015-ci ildə "Brilyant gözlər" adlı nəsr kitabları nəşr olunmuşdur.
Fəriba Vəfi
Fəriba Vəfi (az-əbcəd. فریبا وفی‎, fars. فریبا وفی‎; 1962, Təbriz) — Azərbaycan əsilli İran yazıçısı. Onun ən məşhur əsərləri arasında "Zirzəmi quşu" və "Tibet arzusu" var. O, yaradıcılığına görə İranda çoxlu mükafata layiq görülmüşdür. Onun əsərləri Azərbaycan, türk, rus, ərəb, yapon və ingilis dillərinə tərcümə edilmişdir. == Həyatı == Fəriba Vəfi 21 yanvar 1963-cü ildə İranın Təbriz şəhərində, azərbaycanlı bir ailədə anadan olmuşdur. Onun ilk qısa hekayə kolleksiyası "Səhnənin dərinliklərində" (Dar omğe səhnə) «Çeşmə» nəşriyyatı tərəfindən 1996-cı ildə nəşr edilmişdir. Onun ikinci qısa hekayə kolleksiyası "Hətta güldüyümüz vaxtda" (Hətta vağti mixandim) «Nəşri-mərkəz» nəşriyyatı tərəfindən 1999-cu ilin payızında nəşr edilmişdir. 2002-ci ildə həmin nəşriyyat Vəfinin ilk romanını – "Zirzəmi quşu" (Pərəneyə man) əsərini nəşr etmişdir.
Fəribürz ibn Afridun
II Fəribürz – Şirvanşahlar dövlətinin iyirmi üçüncü hökmdarı, Şirvanşah II Əfridunun oğlu. == Fəaliyyəti == Bəzi tədqiqatçılar Şirvanşahlar arasında II Fəribürzün olmasına şübhə ilə yanaşmışlar. II Fəribürz ibn II Əfridunun hakimiyyət dövründən akademik Dorna məlum olmayan bu Şirvanşahın mövcudluğunu qəti təsdiq edən sikkələr qalmışdır. Sikkənin üz tərəfində ənənəvi dini rəmz və xəlifə ən-Nasirlidin Allahın (h.575-622) (1180-1225)-ci illər) adı, əks tərəfində isə "əlməlik, əl-adil Cəlal əd-Dünya və-d-Din Fəribürz ibn Əfridun ibn Mənuçöhr, Şirvanşah" sözləri həkk olunmuşdur. Şirvanşahın adında sülalənin ən görkəmli nümayəndələrindən sayılan, sonralar tarixçilərin adına "böyük" təşbehi qoşduqları III Mənuçöhrün nəslindən olmasının qeyd edilməsi nəzərə çarpır. Mənuçöhrün ölümündən sonra gələn bütün Şirvanşahlar öz sikkələrində onun nəslindən olduqlarını göstərməyə başlamışlar. II Fəribürzün sikkələrində dəbdəbəli əl-adil, Cəlal əd- Dünya və-d-Din ləqəblərinin və Şirvanşah titulunun peyda olması sonuncu səlcuq sultanları ilə Eldəgəzlər arasında müharibələr getdiyi XII əsrin 90-cı illərində Şirvanşahın müstəqil olduğunu göstərir. XII əsrin 40-cı illərində Azərbaycanda yeni güclü Eldəgəz Atabəyləri sülaləsi bərqərar oldu. Qızıl Arslanla (h.582-587 (1187-1191)-ci illər) mübarizə aparan sonuncu səlcuq hökmdarı III Toğrul (h.571-590 (1176- 1194)-cı illər) 1194-cü ildə Xarəzmşah Təkişlə (h.567-596 (1172-1200-cı illər) vuruşmada öldürüldü. Eldəgəz Qızıl Arslan h.587 (1191)-ci ildə ismaililər tərəfindən öldürüldükdən sonra onun qardaşı oğlanları arasında ara müharibələri başlandı.
Fəribürz ibn Salar
I Fəribürz – Şirvanşahlar dövlətinin on altıncı hökmdarı, Şirvanşah Salar ibn Yezidin oğlu. == Fəaliyyəti == Şirvanşah Salar ibn Yeziddən sonra Şirvanda onun qanuni varisi- hələ atasının sağlığında dövlət işləri ilə məşğul olan oğlu Fəribürz ibn Salar ibn Yəzid hökmranlıq etmişdi. === Şavur ibn Fəzllə münasibət === Fəribürzün hakimiyyəti dövründə Şirvanşahlarla qohumluq münasibətlərində olan Arran hökmdarları Şəddadilərlə bir sıra müharibələr baş verdi. H.455-ci ilin rəbiüləvvəl ayında (mart, 1063) Arran hökmdarı Şavur ibn Fəzl Şirvana hücum edərək Quylamiyan qalasını tutdu və orada öz qarnizonunu yerləşdirdi. Həmin il o, yenidən Şirvana hücum edərək ölkəni viran etdi, qoyun və mal-qara sürülərini qovub apardı. Şavur onun əleyhinə çıxan Şirvan əhalisini qırıb-çatdı, əyanlardan bir çoxunu əsir aldı və əmlaklarını qarət etdi. "Tarix-i əl-Bab" sonra xəbər verir: "Oradan hərəkət edən Şavur Yəzidiyyənin qapıları qarşısında düşərgə saldı, öz qızını – mərhum Saların arvadını (hərəmini) pulları, bütün mal və qiymətli şeyləri ilə birlikdə götürərək Arrana qayıtdı. Lakin h.455-ci ilin rəcəb ayında (iyul, 1063) o, üçüncü dəfə Şirvana gələrək Sədun kəndində dayandı, əkinləri, ətraf kənd və malikanələri yandırdı". Şirvanşah kömək istəmək üçün oğlu Əfridunu Ənuşirəvan ibn Ləşkəri ilə birlikdə ana babası olan Sərir hakiminin yanına göndərdi. Lakin Əfridun Sərir hakimindən heç bir kömək ala bilməyib üç aydan sonra əliboş geri qayıtdı.
Fəribə Vəfi
Fəriba Vəfi (az-əbcəd. فریبا وفی‎, fars. فریبا وفی‎; 1962, Təbriz) — Azərbaycan əsilli İran yazıçısı. Onun ən məşhur əsərləri arasında "Zirzəmi quşu" və "Tibet arzusu" var. O, yaradıcılığına görə İranda çoxlu mükafata layiq görülmüşdür. Onun əsərləri Azərbaycan, türk, rus, ərəb, yapon və ingilis dillərinə tərcümə edilmişdir. == Həyatı == Fəriba Vəfi 21 yanvar 1963-cü ildə İranın Təbriz şəhərində, azərbaycanlı bir ailədə anadan olmuşdur. Onun ilk qısa hekayə kolleksiyası "Səhnənin dərinliklərində" (Dar omğe səhnə) «Çeşmə» nəşriyyatı tərəfindən 1996-cı ildə nəşr edilmişdir. Onun ikinci qısa hekayə kolleksiyası "Hətta güldüyümüz vaxtda" (Hətta vağti mixandim) «Nəşri-mərkəz» nəşriyyatı tərəfindən 1999-cu ilin payızında nəşr edilmişdir. 2002-ci ildə həmin nəşriyyat Vəfinin ilk romanını – "Zirzəmi quşu" (Pərəneyə man) əsərini nəşr etmişdir.
Fərid
Fərid — kişi adı.
Fərid Abbasov
Fərid Abbasov (31 yanvar 1979, Bakı) — azərbaycanlı qrosmeyster (2007). 2558 FİDE reytinqi ilə dünyada 378-ci ölkəsində isə 8-cidir. 1997-ci ildə Avropa Gənclər Şahmat Çempionatında ikinci yeri tutub. 2001-ci ildə beynəlxalq master titulu ilə mükafatlandırılıb. 2007-ci ildə İsveçin Laholm şəhərində keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb. O, doqquz il Azərbaycan Gənclər şahmat komandasına məşqçilik edib. == Həyatı == Fərid Abbasov 31 yanvar 1979-cu ildə anadan olub.
Fərid Abışov
Fərid Əlfayım oğlu Abışov (28 dekabr 1996; Yevlax, Azərbaycan — 19 noyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Abışov 1996-cı ildə Yevlax rayonunun Qoyunbinəsi kəndində anadan olmuşdur. Aprel döyüşlərinin iştirakçısı olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Fərid Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsində savaşıb. Fərid Abışov oktyabrın 10-də Suqovuşan istiqamətində yaralanıb. 19 noyabrda şəhid olub. Yevlax Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Abışov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15.
Fərid Adıgözəlov
Fərid İlqar oğlu Adıgözəlov (8 sentyabr 1992; Naftalan, Azərbaycan — 18 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Adıgözəlov 8 sentyabr 1992-ci ildə Naftalan şəhərində anadan olmuşdur. 1999-2009-cu illərdə İmadəddin Nəsimi adına Naftalan şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == Fərid Adıgözəlov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naftalan şəhəri üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətə davam etmişdir. Fərid Adıgözəlov 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Fərid Adıgözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tankçı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fərid Adıgözəlov 18 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı hərəkətdə olan tankın aşması nəticəsində aldığı xəsarətdən həlak olmuşdur.
Fərid Alimov
Fərid Elçin oğlu Alimov (11 oktyabr 1993, Güləzi, Quba rayonu – 16 may 2021, Gendərə, Yardımlı rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, şəhid. == Həyatı == Fərid Elçin oğlu Alimov 11 oktyabr 1993-cü ildə Quba rayonunun Güləzi kəndində anadan olub. 2000-2011-ci illərdə Güləzi kənd tam orta məktəbində təhsil almışdır. Ailəli idi. İlahə adlı qız övladı yadigar qaldı. == Hərbi xidməti == 2011-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. 1 aprel 2013-cü ildə isə xidməti bitirib. Uşaqlıq illərindən arzusu hərbçi olmaq idi. 15 iyul 2015-ci ildən "Göytəpə" sərhəd dəstəsində işləməyə başlayıb. Mayın 15-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkarlanıb.
Fərid Ağayev (idmançı)
Fərid Bakı FK
Fərid Futbol Klubu — 1995–1997-ci illərdə Bakını təmsil etmiş klub. 1 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Fərid Cəfərov
Fərid Cəfərov — Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini (2023-cü ildən), == Həyatı == Fərid Cəfərov 6 iyun 1982-ci il tarixində Mingəçevir şəhərində anadan olub. == Təhsili == 1999-cu ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) daxil olub. 2003-cü ildə bakalavr təhsilini yekunlaşdırıb. 2005–2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) magistr pilləsi üzrə təhsil alıb. == Fəaliyyəti == 2006-cı il oktyabr ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin referenti vəzifəsinə təyin olunub. 2007-ci ildə Xarici İşlər Nazirliyinə işə qəbul ilə əlaqədar keçirilmiş test imtahanlarından müvəfəqiyyətlə keçərək, Azərbaycan Diplomatik Akademiyasında kurslarda iştirak edib 2008-ci ilin yanvar ayında XİN-in attaşesi, eyni ilin oktyabr ayında isə AR-in BMT yanında Daimi Nümayəndəliyinin (Nyu York şəhəri) attaşesi vəzifəsinə təyin olunub. 2014-cü ilin yanvar ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin II katibi vəzifəsinə təyin olunub. 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layihələr departamentinin aparıcı mütəxəssisi, 2016-cı ilin iyun ayında isə baş mütəxəssisi vəzifəsinə təyin olunub. 2017-ci ilin yanvar ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 13 mart-2018-ci ildən 13 may.
Fərid Cəlalov
Fərid Cəlalov – Azərbaycan kişi milli voleybol komandasının üzvü və eyni zamanda qadınlardan ibarət İqtisadçı voleybol komandasında köməkçi məşqçi. Millimizdə kapitanlıq da etmiş mütəxəssis 2013-cü ilin avqustunda bir neçə oyunda "İqtisadçı"nın baş məşqçisi də olmuşdu. Buna səbəb komandanın baş məşqçisinin zamansız istefaya göndərilməsi idi. == Həyatı == Fərid Yasər oğlu Cəlalov 1987-ci ildə Azərbaycan SSR-nin Masallı rayonunda anadan olmuşdur. Ailəlidir, 2 övladı var.
Fərid Dadaşov
Dadaşov Fərid Həsən oğlu — görkəmli alim-geoloq, pedaqoq, elmi təşkilatçı və elmi biliklərin təbliğatçısı. Geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Dadaşov Fərid Həsən oğlu 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1952-ci mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. 1952—1954-cü illərdə AzSİ-nin aspiranturasında oxumuş, "Neft yataqlarının geologiyası" kafedrasında işləmişdir. 1955-ci ildə "Bakı arxipelağının Səngaçal burnundan Gil adasına qədər olan şimal hissəsinin geoloji quruluşu və neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik, 1965-ci ildə isə "Azərbaycanın karbohidrogen qazları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləyir. 1977—1984-cü illərdə Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. “Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi” şöbəsinin rəhbəridir. == Elmi fəaliyyət == Elmi fəaliyyəti — təbii qazların geologiyası və geokimyası, palçıq vulkanizmi, neft-qaz yataqlarını geologiyası, axtarışı və kəşfiyyatı ilə bağlıdır.
Fərid Dursunov
Fərid Fazil oğlu Dursunov (26 iyul 1986, Qax rayonu – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Dursunov 1986-cı il iyulun 26-da Qax rayonunun Qorağan kəndində Fazil və Mirvari Dursunovların ailəsində anadan olub. Fərid Dursunov 1992-ci ildə Qax rayonunda Səfa Rəhimov adına Qorağan kənd tam orta məktəbinin birinci sinfinə qəbul olub və 2003-cü ildə oranı bitirib. Orta təhsilini başa vurandan sonra sənədlərini Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) verən Fərid Dursunov, 2008-ci ildə oranı bitirir və xarici dövlətə qısa müddətli təlimlətə göndərilir. Məryəm Dursunova ilə ailəli idi. Ömər və İsa adında oğulları yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kapitanı olan Fərid Dursunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Fərid Dursunov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qax rayon Qorağan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Dursunov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Fərid Fərcad
Fərid Fərcad (fars. فرید فرجاد‎; 1938, Tehran) — Fars əslli ABŞ vətəndaşı olan skripka virtüözü. "skripkanı ağladan adam" kimi tanınır və dünyanın ən yaxşı skripka virtüözlerinden biri olaraq qəbul edilir. 8 yaşından bəri skripka çalan İranlı bir musiqiçi olan Fərcad, 1938-ci ildə Tehranda doğulmuşdur. 1966-cı ildə, Tehran Musiqi Konservatoriyasının klassik musiqi üzərinə master etmiş, bundan sonrakı addımında Tehran Simfonik Orkestrında əhəmiyyətli vəzifələr boynuna götürmüşdür. Fars Xalq Musiqisi təcrübəsinə sahib olan Fərcad, skripka ilə Klassik Qərb musiqisi üzərində də işləmişdir. Bu işləri Fars musiqisinin inkişafında əhəmiyyətli bir yer tutmuşdur. Fərcad Pəhləvi sülaləsinin dövründə doğulmuş, lakin 1979-cu ildəki İran İslam İnqilabı əvvəlində ölkəsindən ayrılaraq Kaliforniyaya yerləşmişdir. Bu ildən etibarən ABŞ vətəndaşlığına keçmiş və həyatını ABŞ-da davam etdirmişdir, lakin özünü ABŞ-lı deyil, İranlı və Fars olaraq xarakterizə etməkdədir. İnqilabdan sonra İranda musiqinin "haram" elan edilməsi və qadağan edilməsindən sonra Fərcadın və bir çox Fars musiqiçinin ölkəyə girməsi qadağan edilmişdir.
Fərid Fərəcov
Fərid Fərəcov (iqtisadçı) — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977). Fərid Fərəcov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Fərid Fərəcov (iqtisadçı)
Fərid Fərəcov (23 iyun 1927, Bakı – 19 aprel 2000, Bakı) — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977), Azərbaycan Respublikasının əməkdar iqtisadçısı (1972). Ə.S.Fərəcovun oğludur. == Həyatı == Azərbaycan Dövlət Xalq Təsərrüfatıİn-tunu (indiki İqtisad un-ti) (1949)və Azərb. Milli EA İqtisadiyyat bölməsinin (indiki İqtisadiyyat İn-tu) aspiranturasını (1953) bitirmiş, həmin vaxtdan burada kiçik və baş elmi işçi (1953-57), Bakı Ali Partiya Məktəbində konkret iqtisadiyyat kafedrasının müdiri (1957-76), Azərb. SSR Dövlət Plan Komitəsi sədrinin müavini və birinci müavini(1981-93), İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzində baş elmi işçi (1993 ildən)nvəzifələrində çalışmışdır. Sənayenin iqtisadiyyatına,onun inkişaf və sahə quruluşu, iqtisadi islahatların, texniki tərəqqinin, işin keyfiyyətinin ictimai istehsalın səmərəliliyinə təsiri, sənayenin idarə edilməsi problemlərinə dair tədqiqatların, o cümlədən bir neçə monoqrafiya və kitabın müəllifidir.
Fərid Fərəcov (professor)
Fərid Fərəcov (23 iyun 1927, Bakı – 19 aprel 2000, Bakı) — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977), Azərbaycan Respublikasının əməkdar iqtisadçısı (1972). Ə.S.Fərəcovun oğludur. == Həyatı == Azərbaycan Dövlət Xalq Təsərrüfatıİn-tunu (indiki İqtisad un-ti) (1949)və Azərb. Milli EA İqtisadiyyat bölməsinin (indiki İqtisadiyyat İn-tu) aspiranturasını (1953) bitirmiş, həmin vaxtdan burada kiçik və baş elmi işçi (1953-57), Bakı Ali Partiya Məktəbində konkret iqtisadiyyat kafedrasının müdiri (1957-76), Azərb. SSR Dövlət Plan Komitəsi sədrinin müavini və birinci müavini(1981-93), İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzində baş elmi işçi (1993 ildən)nvəzifələrində çalışmışdır. Sənayenin iqtisadiyyatına,onun inkişaf və sahə quruluşu, iqtisadi islahatların, texniki tərəqqinin, işin keyfiyyətinin ictimai istehsalın səmərəliliyinə təsiri, sənayenin idarə edilməsi problemlərinə dair tədqiqatların, o cümlədən bir neçə monoqrafiya və kitabın müəllifidir.
Fərid Fərəcov (əsgər)
Fərəcov Fərid Yaşar oğlu (11 noyabr 1998, Muğanlı, Ağcabədi rayonu – 20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərəcov Fərid Yaşar oğlu, 11 noyabr 1998- ci ildə Ağcabədi rayon Muğanlı kəndində dünyaya göz açmışdır .Ailənin 3 uşağınnan ortancıl uşaq olan Fəridin özündən böyük qardaşı,kiçik olan bacısı var . 2005- ci ildə Ağcabədi rayon ,Muğanlı kəndində Sərvan Quliyev adında orta məktəbdə 1 - ci sinifə getmişdir . 2016-cı il eyni məktəbin 11 ci sinifini bitirmişdir . == Hərbi xidməti == Fərəcov Fərid ,məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır .2016-2017 ci illərdə Qusarda hərbi xidmətdə olmuşdur . Hərbi xidmətdə topcu olaraq fəaliyyət göstərmişdir. === İkinci Qarabağ müharibəsi === Sentyabr ayının 27- dən könüllü olaraq İkinci Qarabağ müharibəsinə yollanmışdır. Füzuli istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 20 oktyabrda həlak olmuşdur.Muğanlı kəndində dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Fərid Fərəcov, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Fərid Hacıyev
Fərid Famil oğlu Hacıyev (25 aprel 1989, Bakı) — Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, 2-ci dərəcə dövlət müşaviri. == Həyatı == Fərid Hacıyev 1989-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Orta təhsilini 23 saylı orta məktəbdə almış, yüksək balla bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb. Azərbaycan, ingilis və rus dillərini bilir. Evlidir, iki övladı var. == Fəaliyyəti == Fərid Hacıyev universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışmışdır. 2012-ci ildən Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərməyə başlamış və Milli Məclis aparatında müxtəlif vəzifələrdə çalışmışdır. 2020-ci ilin iyulun 4-də Milli Məclisin spikeri Sahibə Qafarovanın köməkçisi vəzifəsinə təyin olunub. 2021-ci il fervalın 4-də Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müdir təyin edilib.
Fərid Hümbətov
Fərid Hümbətov (28 dekabr 1956) — azərbaycanlı rejissor, ssenarist. == Həyatı == Fərid Hümbətov 28 dekabr 1956-cı ildə anadan olmuşdur. == Filmoqrafiya == Araqarışdıran (film, 1987) Asif, Vasif, Ağasif (film, 1983) Burulğan (film, 1986) Gümüşgöl əfsanəsi (film, 1984) Kənar adamlar (film, 1992) Qafqaz (film, 2007) Qərib cinlər diyarında (film, 1977) Qətl günü (film, 1990) Mən mahnı qoşuram (film, 1979) Nizami (film, 1982) Sahilsiz gecə (film, 1989) Sizi dünyalar qədər sevirdim (film, 1985) Tənha narın nağılı (film, 1984) == Xarici keçidlər == "QAFQAZ" "Oskar"ı udacaq?