FƏRƏHSİZLİK
FƏRQLƏNMƏ
OBASTAN VİKİ
Fərq
Çıxma — 4 sadə hesab əməlindən biri. Cəmin tərsidir. Çıxmanın komponentləri azalan, çıxılan və fərqdir Azalan çıxmanın ilk kompanentidir. Çıxılan çıxmanın ikinci komanentidir. Fərq, çıxmanın üçüncü komponentidir. Ədəddən ədədi çıxdıqda alınan ədəd fərq adlanır. Çıxmanın formulu: z = x − y {\displaystyle z=x-y} == Mənbə == Aufmann, R. N., Barker, V. C., Lockwood, J. Basic College Mathematics: An Applied Approach, Houghton Mifflin Company, 2006.
Fərq operatoru
Fərq operatoru — riyaziyyatda bir ƒ(x) funksiyasını fərqli bir ƒ(x + b) - ƒ(x + a) funksiyasına bərabərləşdirən sxem. İrəli fərq operatoru Δ f ( x ) = f ( x + 1 ) − f ( x ) {\displaystyle \Delta f(x)=f(x+1)-f(x)\,} sonlu fərq hesablamalarında geniş istifadə olunur və törəmənin davamlı situasiyalar üçün götürdüyü vəzifəni keçici funksiyalar üçün yerinə yetirir. Geri fərq operatoru isə ∇ f ( x ) = f ( x ) − f ( x − 1 ) {\displaystyle \nabla f(x)=f(x)-f(x-1)\,} formasında təyin olunur. Çoxhədlilərlə müqayisə edildiyində irəli fərq əməliyyatı bir delta operatoru vəzifəsinə sahib olur.
Fərqanə
Fərqanə (özb. Farg'ona [Фарғона]) — Özbəkistanda şəhər. Şərqi Özbəkistanda Fərqanə vadisində yerləşir. Qırğızıstan və Tacikistan sərhədlərindədir. Əhalisi 182,800 nəfərdir (1999). 420 km qərbində Daşkənd, 75 km şərqində Əndican şəhərləri var. Böyük İskəndərin çatdığı ən son bölgə olduğu təxmin edilir. Mahmud Qaşqarlı, Türk dilinin ən əski və dəyərli sözlüklerinden Divanu Lügati't-Türkdə; "Oğuzlarla Oğuzlara uyanlara görə "kənd", Türklərin böyük bir qisminə görə "şəhər" deməkdir. Bundan alınaraq "Fərqanə" qəsəbəsinə "Özkənd" adı verilmişdir, "kəndimizin şəhəri" deməkdir." və burada "الا Ala" "Fərqanəyə yaxın bir yaylaq adı." Ala adında bir yayla olduğunundan söz eder. Bejshu'nun Çinə Kronik üçüncü bölümündə (VII. yüz il başlarında) Fərqanə, Boxan adı ilə tanınır.
Fərqanə Mehdiyeva
Fərqanə Habil qızı Mehdiyeva (19 fevral 1964, Ərəbqardaşbəyli, Salyan rayonu – 2 may 2020, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (–2020), "Ulduz" jurnalının poeziya şöbəsinin rəhbəri (–2020). Prezident təqaüdçüsü. == Həyatı == Fərqanə Mehdiyeva 19 fevral 1964-cu ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində doğulub. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Fərqanə Mehdiyeva 2 may 2020-ci ildə Bakıda uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişmiş, 3 mayda Bakıxanov qəsəbəsində dəfn olunmuşdur. == Yaradıcılığı == Yaradıcılığa erkən yaşlarından başlayıb. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edib. İlk kitabı "Çəkdiklərim mənə bəsdi" 1999-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb.
Fərqanə Qasımova
Fərqanə Qasımova (6 avqust 1979, Şamaxı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Fərqanə Qasımova 6 avqust 1979-cu ildə Şamaxı rayonunda anadan olmuşdur. 1996–2000-ci illərdə Milli Konservatoriyanın Opera və Xanəndəlik fakültəsində təhsil alıb, hazırda Konservatoriyanın aspirantıdır 2002-ci ildən bəri A. Zeynallı adına musiqi məktəbində müəllimədir. 1996-cı ildən başlayaraq, atası – xanəndə A.Qasımovla birgə H.Əliyev adına sarayın (1998, 2000, 2005, 2006-cı illərdə), M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının (2004) səhnəsinə çıxıb. Dünyanın bir çox musiqi festivallarında, konsertlərdə – Rusiyada (Moskva, 2000), Almaniyada (Aaxen, 1999), İsveçrədə (1998), Fransada (Paris, 2001), Avstriyada (Vyana,1999-2005), Belçikada (1999), İngiltərədə (London, 2000), Yaponiyada (Tokio, 2005), İtaliya (Parma, 2007), Polşada (Vroslav, 2007) və s. – iştirak edib. 2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə olaraq müstəqil səhnəyə çıxıb. 2004-cü ildə Danimarkada növbəti solo konserti baş tutub. Hazırda möhtəşəm beynəlxalq layihənin – məşhur vialonçel ifaçısı YoYo Manın adıyla bağlı olan "Böyük İpək yolu" layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür. 1999–cu ildə Avropada A. Qasımovla birgə "Dərin okean məhəbbəti" adlanan diski çıxıb.
Fərqanə Quliyeva
Fərqanə Tələt qızı Quliyeva (29 aprel 1957 – 22 sentyabr 2022) — Aktrisa. == Həyatı == Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib. F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib. O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.
Fərqanə hadisələri
Fərqanə hadisələri (türk. Fergana Olayları) — 1989-cu ilin 1-5 iyun tarixlərində Özbəkistan Sovet Sosialist Respublikasının Fərqanə vadisi olaraq adlandırılan bölgəsində yaşayan Axısqa türklərinə qarşı yerli özbəklər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində, dəqiq necə nəfərin öldürüldüyü məlum olmasa da, həmin ildən etibarən Özbəkistanda yaşayan 100 minə yaxın axısqa türkü bölgəni tərk edərək, qonşu ölkələrin ərazilərinə sığınmışdır. == Hadisə == 1944-cü ildə etnik mənsubiyyətləri səbəbindən Türkiyə-SSRİ sərhədi üçün təhdid olaraq qəbul edilən Axısqa türklərinin Mərkəzi Asiyada yerləşən sovet respublikalarına köçürülməsinə qərar verilmişdir. Köçürülmə prosesinin 1944-cü ilin 14 noyabr tarixində başladılmış cəmisi 24 saat ərzində yekunlaşıdırılmışdır. Həmin tarixdə Gürcüstan Sovet Sosialist Respublikasının Ahalsıx bölgəsində yaşayan 86 min axısqa türkü başda Qazaxıstan Sovet Sosialist Respublikası, Qırğızıstan Sovet Sosialist Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının ərazilərinə köçürülmüşdür. İnsanların mal-qara üçün nəzərdə tutulmuş yük vaqonlarında 10 günə yaxın yol getməsi nəticəsində, ən azı 18 min nəfər axısqa türkünün köçürülmə prosesi zamanı həlak olduğu ehtimal olunur. Özbəkistan Sovet Sosialist Respublikası axısqalıların ən kompakt yaşadığı Sovet Respublikası olmuşdur. Belə ki, 1988-ci ilin məlumatına əsasən bu Respublikada 110 minə yaxın etnik axısqa türkü yaşamaqda idi. Fərqanə vadisi, axısqalıların Özbəkistanda ən kompakt yaşadığı yer olmuşdur.
Fərqanə vadisi
Fərqanə vadisi (özb. Farg‘ona vodiysi, qırğ. Фергана өрөөнү, tac. водии Фaрғонa) — Orta Asiyada Qərbi Türkistan olaraq adlandırılan bölgədə yerləşən vadi. Tyan-Şan, Zərəfşan və Hissar dağları ilə əhatələnib. Fərqanə vadisi hazırda Rusiyanın siyasi və hərbi cəhətdən müdaxilə etdiyi qaynar nöqtələrdən biridir. Ərazidə su problemi yaşanmaqdadır.
Fərqanə vilayəti
Fərqanə vilayəti — Özbəkistanda vilayət.
Fərqanə vilayəti (Rusiya imperiyası)
Fərqanə vilayəti (rus. Ферганская область) — Rusiya imperiyasının inzibati ərazi vahidi. İnzibati mərkəzi Skobelevdir. Vilayət Hakim Senatın 5 (17) mart 1876-cı il tarixli 8424 saylı fərmanı ilə Rusiyaya birləşdirilmiş Kokand xanlığından yaradılmışdır; Eyni vaxtda vilayət hökuməti də yaradıldı. 30 aprel 1918-ci ildə bölgə Türküstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil oldu. 1924-cü il oktyabrın 27-də milli-ərazi demarkasiyası nəticəsində Fərqanə vilayəti Qara-Qırğız Muxtar Dairəsi ilə Özbəkistan SSR arasında bölündü. 1929-cu ildə Tacikistan SSR Özbəkistan SSR ərazisindən ayrıldıqdan sonra, Fərqanə vilayətinin cənub hissəsi sonuncu olaraq ayrıldı. == Əhalisi == Əhali əsasən Fərqanə vadisində yaşayırdı, burada dağların ətəyində əhalinin sıxlığı o zamankı İngiltərədəki kimi olan bütöv bir mədəni oazis silsiləsi yerləşirdi. Dağlar daha az məskunlaşmışdı və yüksək dağlar - Alay və Pamir - demək olar ki, boş qalmışdı. Pamir istisna olmaqla - 17 nəfər, bütün bölgədə 1 km²-ə 9,7 nəfər, mədəni oazislərdə - ən azı 135 nəfər; Pamirdə 1 sakinə təxminən 26 km² sahə düşür.
Fərqanə vilayəti (dəqiqləşdirmə)
Müasir Fərqanə vilayəti — Özbəkistanda vilayət
Fərqanə yemişanı
Fərqanə yemişanı (lat. Crataegus ferganensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan ağacdır. Yaşlı nüsxələrdə hündürlüyü 5,9 m, gövdəsinin diametri 6,8 sm olur. Vegetasiya dövrü may ayından oktyabr ayınadək davam edir. Surətlə böyüyür. İyun ayında 7 gün ərzində çiçəkləyir. Meyvələri avqust ayında yetişir. == Ekologiyası == Dağ yamaclarında və çaylarının sahillərində, kolluqlarda bitir.
Fərqanə zanbaqcası
Valuyev zanbaqcası (lat. Fritillaria walujewii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Fərqlilər
Fərqlənmə kursu
Cursus honorum (az. Şərəfli yol) — Qədim Romada hərbi və siyasi hakimiyyətin ierarxik pillələri.
Fərqlənmə yolu
Cursus honorum (az. Şərəfli yol) — Qədim Romada hərbi və siyasi hakimiyyətin ierarxik pillələri.
Fərqsizlik əyrisi
Fərqsizlik əyriləri — mikroiqtisadi nəzəriyyəyə görə, alıcı üçün fayda baxımından fərqsiz olan müxtəlif əmtəə paketlərinin qrafik təsviridir. Belə ki, alıcı üçün bir fərqsizlik əyrisi üzərində olan nöqtələrdəki hər hansı əmtəə paketi digərindən üstün deyildir. Başqa sözlə, əyri üzərində olan əmtəə paketləri fayda baxımından fərqlənmir. Nəticə etibarı ilə, fərqsizlik əyriləri eyni faydaya malik, iki əmtəədən ibarət olan paketləri özündə əks etdirən nöktələrin birləşməsindən əmələ gələn əyridir. Fəqsizlik əyriləri alıcıların mümkün istehlak variantlarını əks etdirilməsində istifadə edilir. Qrafik təsvir zamanı sonsuz sayda fərqsizlik əyriləri çəkmək mümkündür. Çünki hər bir halda daha çox fayda gətirən bir əmtəə paketi mövcuddur. == Tarixi == Fərqsizlik əyriləri ilə bağlı məsələləri ilk dəfə irlandiyalı alim Fransis İsidor Edjuort (Francis Ysidro Edgeworth) tərəfindən 1881-ci ildə “Riyazi Fizika: Riyaziyyatın Davranış elminə tətbiqi haqqında Məqalə” (ing. Mathematical Psychics: an Essay on the Application of Mathematics to the Moral Sciences) tədqiq edilib. Bu əyriləri ilk dəfə 1906-cı ildə qrafik şəkildə italyan alim Vilfredo Pareto (ing.
Fərqət Tuxtamışev
Kilsə (fərqləndirmə)
Kilsə sözü xristianlıqda iki fərqli mənada işlənir: Kilsə (bina): ibadət və toy mərasimi kimi dini vəzifələrin yerinə yetirildiyi bina, məbəd. Kilsə (təşkilat): Öz ruhaniləri, binaları, digərlərinə nisbətən fərqli təlimlərə sahib xristian təriqətləri.
Neftçi Fərqanə FK
Neftçi (Fərqanə) — Özbəkistanın futbol klubu 1962-ci ildə yaranıb.
Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı
Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı (ərəb. كلام الرضا عليه السلام فيالفرق بين الآل والامّة‎) — 8-ci şiə imamı Rzanın səhabələrindən Reyyan ibn Səltin onun haqqında yazdığı kitab. Elmeddin. "Reyyan b. Səlt r.a-ın "Rıza a.s-ın itrət və ümmətin fərqi haqqındaki kəlamı" kitabı" ( (ərəb.) və (az.)). 313news.net/forum. 2014-02-04. 2015-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-01.
Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı (kitab)
Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı (ərəb. كلام الرضا عليه السلام فيالفرق بين الآل والامّة‎) — 8-ci şiə imamı Rzanın səhabələrindən Reyyan ibn Səltin onun haqqında yazdığı kitab. Elmeddin. "Reyyan b. Səlt r.a-ın "Rıza a.s-ın itrət və ümmətin fərqi haqqındaki kəlamı" kitabı" ( (ərəb.) və (az.)). 313news.net/forum. 2014-02-04. 2015-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-01.
“Əməkdə fərqlənməyə görə”
"Əməkdə fərqlənməyə görə" medalı" (rus. Медаль «За трудовое отличие») — Sovet İttifaqının mülki əmək mükafatı. Xüsusən yüksək əmək məhsuldarlığı nümayiş etdirən işçilər və ya elm, mədəniyyət və ya istehsal sənayesi sahələrində böyük töhfələr vermiş şəxslər bu mükafata layiq görülmüşdür. 27 dekabr 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmış medal 50 ildən bir qədər çox müddət ərzində təqribən 2 milyon vətəndaşa verilmişdir.
"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı
"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə miqrasiya orqanlarının xüsusi rütbəsi olan işçiləri aşağıdakılara görə təltif edilirlər: miqrasiya orqanlarında qulluqda xüsusilə fərqlənməyə və səmərəli fəaliyyətə görə; xidməti fəaliyyətdə əldə etdikləri nailiyyətlərə və xidməti vəzifələrinin icrasına nümunəvi yanaşdıqlarına görə; miqrasiya orqanlarının inkişafında göstərdikləri xüsusi xidmətlərə görə. Maddə 2. Təltif edən orqan Miqrasiya orqanlarının işçilərini "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir. Maddə 3. Taxılma qaydası "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalının təsviri Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1.
"Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalı
"Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər: ətraf mühitin mühafizəsi ilə bağlı mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə; ətraf mühitin mühafizəsi ilə bağlı obyektiv informasiyanın yayılmasına və görülən işlərin təbliğinə verilən töhfəyə görə; ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə. Maddə 2. Təltif edən orqan "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalının təsviri Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1.

Digər lüğətlərdə