FATİMİ

ə. Peyğəmbərin qızı Fatimənin nəslindən olub Məğribdə və Misirdə hakimiyyət sürən sülalənin nümayəndəsi; həmin sülaləyə mənsub.

FATİHƏXAN
FATİR
OBASTAN VİKİ
Hüseyn Fatimi
Seyid Hüseyn Fatimi (ən tezi 1917 və ən geci 1919, Nain, İsfahan ostanı – 10 noyabr 1954, Tehran) — İran xarici işlər vəziri. == Həyatı == Hüseyn Fatimi 10 fevral 1917-ci ildə İranın Nayin şəhərində doğulmuşdu. İbtidai təhsilini ailədə almışdı. Sonra İsfahan şəhərində mədrəsədə oxumuşdu. Bir müddət jurnalistika ilə məşğul olmuşdu. Hüseyn Fatimi 1951–1953-cü illərdə İranın Xarici İşlər vəziri olmuşdu. Hüseyn Fatimi 10 noyabr 1954-cü ildə vəfat edib.
Fatimilər xilafəti
Fatimilər xilafəti (ərəb. الخلافة الفاطمية‎, əl-Xilafa əl-Fatimiyyə) — Fatimilərin idarə etdiyi hərbi-teokratik dövlət. Şimali Afrikada yaranmışdır. Antifeodal xarakter daşıyan ismaililər hərəkatının genişlənməsindən istifadə edən ilk Fatimi xəlifəsi Ubeydullah əl-Mehdi (909–934) ərəb və bərbər tayfalarının köməyi ilə Əğləbiləri hakimiyyətdən salaraq Fatimilər xilafətinin əsasını qoymuşdu. O, az bir muddətdə Mərakeş istinsa olmaqla bütün Şimali Afrikanı tutmuşdur. Yarım əsr sonra Misir və Suriya da Fatimilər xilafətinə daxil edilmişdir. 969-cu ildə Fatimi sərkərdəsi Cauhər Misiri tutmuş və Qahirə şəhərinin əsası qoyulmuşdur. 973-cü ildə ildə Qahirə xilafətin paytaxtı elan edilmişdir. X əsrin sonunda Fatimilərin hakimiyyəti Suriyadan Mərakeşə qədər yayılmışdı. Fatimi xəlifələri (xəlifə eyni zamanda ismaili imamı sayılırdı) tədricən feodal hakimlərinə çevrilmişdilər.
Fatimiyə günləri
Fatimiyə günləri — şiələr tərəfindən Cəmadiyələvvəl və Cəmadiyəlaxır aylarında 20 gün ərzində Məhəmmədin qızı Fatimənin şəhid olmasının ildönümü münasibətilə mərasimlərin keçirilməsi.
Seyid Abdullah Fatiminiya
Seyid Abdullah Fatiminiya (fars. سید عبدالله فاطمی‌نیا‎; 1946, Təbriz – 16 may 2022, Tehran) — İslam alimi, irfan ustadı, müctəhid. Ayətullah Abdullah Fatiminiya din xadimi, natiq, əxlaq alimi, İslam tarixçisi və biblioqrafıdır. O, əxlaq və irfan, hədis, ərəb ədəbiyyatı poeziyasını araşdırır. Seyid Abdullah Fatiminiya 1946-ci ildə İranın Təbriz şəhərində anadan olur. O, gənc yaşlarından irfan alimlərindən olan atası Mir İsmayıl tərəfindən ibtidai dini və elmi təhsilə yiyələnir. Sonrakı 30 ilə yaxın müddətdə Fatiminiya Seyid Əli Qazinin tələbələrindən olan Həsən Müstəfəvidən təhsil alır və eyni zamanda hövzə təhsilini də bu müddətdə davam etdirir. Müstəfəvidən sonra o, Əllamə Təbatəbai, Seyid Məhəmməd Həsən İlahi Təbatəbai (Əllamə Təbatəbainin kiçik qardaşı), Məhəmməd Təqi Amuli, Seyid Rza Bəhauddin, Məhəmməd Təqi Behcət, Əllamə Cəfəri kimi alimlərdən istifadə edir. Bütün bu sadalanan fəqihlərin əksəriyyəti böyük düha Seyid Əli Qazinin tələbələridir. Elə buna görə də ustadı dolayısı ilə Qazinin tələbəsi hesab etmək olar.
Fatimilər sülaləsi
Fatimilər sülaləsi (ərəb. الفاطميون‎) — ərəb xəlifələri sülaləsi (909–1171). İslam dininin şiə məzhəbindən olan fatimilər özlərini Məhəmmədin qızı və dörduncu xəlifə Əlinin arvadı Fatimənin nəslindən hesab edirdilər. Sülalə Şimali Afrikada, Misirdə, Suriyada, Yəməndə hökmranlıq etmişdir. Sülalənin banisi Ubeydullah Mehdi (909—934) idi. Fatimi xəlifələrindən Muizz (953—975), Hakim (996—1021) və Müstənsirin (1036—1094) fəaliyyəti daha geniş olmuşdur.

Digər lüğətlərdə