FAZÓMETR

[ yun. phasis – görünmə və metron – ölçürəm] Dəyişən cərəyan qurğularında güc əmsalını və ya fazalardakı dəyişikliyi, yəni enerjinin fazaları arasındakı fərqi və dövrədəki gərginliyi ölçmək üçün cihaz.
FAZİL
FE
OBASTAN VİKİ
Fazometr
Fazometr elektrik təchizatı sistemində (məsələn, üç fazalı) iki periodik dəyişən elektrik rəqsləri arasındakı faza dəyişmə bucağını ölçmək üçün nəzərdə tutulmuş elektrik ölçü cihazıdır. == Fazometrlərin tətbiqi == Fazometr güc əmsalının - cosφ-nin müəyyən edilməsi üçün elektrik qurğularında tez-tez istifadə olunur (elektrik qurğusuna xidmət edən personal tərəfindən cihazın adının düzgün bilinməməsi səbəbindən onu loru dildə "kosinusfimetr" də adlandırırlar). Fazometrlər elektron və elektrotexniki aparat və cihazların hazırlanması, tənzimlənməsi və istismarında istifadə olunur. == Fazometrin qoşulma sxemi == Fazometr cərəyan və gərginlik dövrəsinə qoşulur. Üç fazalı elektrik təchizatı sistemində cihazı üç fazaya gərginlik və cərəyana görə birləşdirmək lazımdır: gərginliyə görə - A, B, C fazalarına cərəyana görə - A, B, C fazalarında cərəyan transformatorunun ikinci tərəf dolaqlarınaHəmçinin sadə qoşulma sxemi də mümkündür (cihazın konstruksiyasından asılı olaraq): gərginliyə görə - A, B, C fazalarına cərəyana görə - A, B fazalarında cərəyan transformatorunun ikinci tərəf dolaqlarınaBu vəziyyətdə üçüncü faza (C fazası) A və B cərəyan vektorlarının cəmlənməsi yolu ilə müəyyən edilir. == Ədəbiyyat == Войнаровский П. Д.,. Электрические измерительные аппараты // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.

Digər lüğətlərdə

загреме́ть молчу́н наостри́ть не в приме́р пожа́ться вакуумме́тр домо́к каба́тчица многодо́мный сре́дне ссечь чепа́н хитнуться billeter fretboard granted housemaid's knee jumble track-racing voyager wite альтернация закапризничать конвенциональный обожествление