FƏRMANFƏRMA

f. əmr edən, hökm edən, buyuran.

FƏRMANDEH
FƏRMANRƏVA
OBASTAN VİKİ
Fərmanfərma
Fərmanfərma (fars. فرمانفرما‎ , hərf. əmr verən) — Səfəvi və Qacar dövlətlərində üç fərqli məna daşıyan titul. Səfəvi şahları və onların məmurları Avropa monarxlarına müraciət etmək üçün ümumi bir üsul kimi fərmanfərmadan (bəzən fərmanrəva və fərmandə ilə əvəz olunurdu) istifadə edirdilər. Görkəmli valilər üçün fərmanfərma onlara müraciət forması kimi, həmçinin əlavə olaraq hökmran və vəli istifadə olunurdu. Məsələn, XIX əsrin sonlarında Qacar şahzadələri Müzəffərəddin mirzə, Sultan Məsud mirzə Qovanlı-Qacar və Fərhad mirzə müvafiq olaraq Azərbaycan, İsfahan və indiki Fars ostanının fərmanfərması, hokmran və vəliləri adlanırdı. Beş şahzadə və bir tayfa xanı şəxsi titulu kimi fərmanfərma alırdı. Sultan Məsud mirzə Qovanlı-Qacarbu ənənəni 1797-ci ildə Fars valiliyinə təyin olunduqdan sonra oğlu Hüseynəli Mirzəyə titulu verməsi ilə başlamışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ashraf, Ahmad (2020). "Farmānfarmā". In Yarshater, Ehsan (ed.).
Abbas mirzə Fərmanfərma
Abbas mirzə Əbdülhüseyn mirzə oğlu Fərmanfərma (1890–1935) — İranın ədliyyə naziri. == Həyatı == Əbdülhüseyn mirzə Fərmanfərmanın ikinci oğlu Abbas mirzə 1890-cı ildə Tehran şəhərində anadan olmuşdu. Hərbi təhsil almışdı. Salariləşkər ləqəbini daşıyırdı. Abbas mirzə Həmədanın (1915–1916), Astrabadın (1918), Kirmanşahın (1918–1919) valisi olmuşdu. 1919-cu ildən 1920-ci ilədək Ədliyyə naziri vəzifəsində çalışmışdı. 1920-ci ildən 1921-ci ilədək ictimai işlərlə məşğul olmuşdu. == Ailəsi == Abbas mirzə Izzətüssəltənə xanım Rzaqulu xan Nizamüssəltənə Mafi qızı ilə ailə qurmuşdu. Bəhram mirzə, Bəhmən mirzə adlı oğulları, Hümay xanım, Tacülmülk xanım, Izzətülmülk xanım, Mahirə xanım adlı qızları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Hüseynəli mirzə Fərmanfərma
Hüseynəli mirzə Qovanlı-Qacar (1788-1835) — Qacar şahzadəsi, vali. == Həyatı == Hüseynəli mirzə Qovanlı-Qacar (anası Bədircahan xanım Məhəmmədcəfər xan qızı Ərəb) 1788-ci ildə dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. Fərmanfərma ləqəbi daşıyırdı. 1801-ci ildə Fars əyalətinə vali təyin olunmuşdu. Şiraz əyaləti iki qardaş; Hüseynəli mirzə ilə Həsənəli mirzənin nəzarətində idi. Bu iki qardaş çox var-dövlət toplamış və yavaş-yavaş mərkəzə qarşı çıxmağa başlamışdılar. Mərkəzə ödəmələri gərəkən vergini bütün ixtarlara baxmayaraq ödəmirdilər. Şah onarlı yerində oturtmaq üçün öz ordusu ilə Şiraza səfər etmək istədi. 1829-cu ilin yayında Şah öz ailə üzvləri və ordusu ilə Şiraza yollandı.
Məhəmmədvəli mirzə Fərmanfərma
Məhəmmədvəli mirzə Əbdülhüseyn mirzə oğlu Fərmanfərma (1891 və ya 1890, Təbriz – 1983 və ya 1988, Tehran)—Qacar şahzadəsi, İranın ictimai-siyasi xadimi. Əbdülhüseyn mirzə Fərmanfərmanın üçüncü oğlu Məhəmmədvəli mirzə 1891-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Beyrutda Amerika Universitetini bitirmişdi. Atasının mülklərini idarə edirdi. Məhəmmədvəli mirzə 1916-cı ildən 1917-ci ilədək Təbrizdə maliyyə idarəsində çalışmışdı. Atası ona tapşırmışdı ki, mülklərini qorumaq üçün məclisdə (parlamentdə) iştirak etsin. O, 4-cü, 5-ci, 6-cı çağırışda məclisə deputat seçilmişdi. 1917-ci ildən 1931-ci ilədək məclisədə vəkil kimi Sərabı təmsil etmişdi. 13-cü, 14-cü çağırışda, 1941-ci ildən 1947-ci ilədək Təbrizin nümayəndəsi kimi məclisdə əyləşmişdi.
Əbdülhüseyn mirzə Fərmanfərma
Şahzadə Əbdülhüseyn mirzə Firuz mirzə oğlu Fərmanfərma (d. 1858/1859, Tehran/Təbriz, Qacar imperiyası –1939, Tehran, İran) — Qacar imperiyasında və Qacar sülaləsinin ən təsirli siyasətçilərindən biri. O, 1857-ci ildə Təbriz şəhərində Qacar sülaləsindən şahzadə Firuz Mirzə Nüsrətdövlə Qacarın ailəsində dünyaya gəlmiş və 1939-cu ilin noyabrında 82 yaşında vəfat etmişdir. O, Qacar sülaləsinin məşhur şahzadəsi Abbas Mirzənin 16-cı nəvəsidir. Onun atasının 8 arvaddan 26 oğlu və 13 qızı olmuşdur. Onun həyatı boyunca birinci arvadından olan dörd oğlu vəfat etmişdir. Onun övladlarından biri olan Məhəmmədvəli mirzə Fərmanfərmaian həyatının uzun bir dövrünü Təbrizdə yaşamış, farsca çox pis danışmış və Seyid Cəfər Pişəvəri rəhbərliyində yaradılmış Azərbaycan Milli Hökumətində maliyyə naziri olaraq çalışmışdır. Əbdülhəsən Mirzənin anası Xaccə Hüma Xanım adlı qadın olmuşdur. O, dövrünə görə mükəmməl şəkildə özəl müəllimlərdən təhsil almışdır. O, özəl müəllimlərindən şeiriyyat, riyaziyyat, ərəb dili və din ilə birlikdə, modern elmlər və qərb dilləri üzrə təhsil görmüşdür.
Məryəm Fərmanfərmaiyan
Məryəm Fərmanfərmaiyan və ya Məryəm Firuz — şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Bətul xanımın qızı idi.O, İranda Tudə (kommunist) Partiyasının qadın bölməsini yaradıb.1949-cu ildə İran Tudə Partiyasının üzvü və sonra baş katibi Nurəddin Kiyanuri ilə evləndi.
Səttarə Fərmanfərmaiyan
Səttarə Fərmanfərmaiyan — şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Məsumə xanımın qızı idi. O, İranın Sosial iş anası kimi tanınır. Məryəm Fərmanfərmaiyan, onun ögey bacısı və Məhəmməd Musaddıq əmməsi oğlu idi.
Xudadad mirzə Fərmanfərmaiyan
Xudadad mirzə Fərmanfərmaiyan (8 may 1928, Tehran – 16 dekabr 2015)— şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Həmdəm xanımın oğlu idi. Pəhləvi sülaləsi dövründə, o, İran Mərkəzi Bankının başçısı idi.
Əbdüləziz Fərmanfərmaiyan
Əbdüləziz Fərmanfərmaiyan — Memar, Tehran Universitetinin professoru və İranın müasir mühəndislik qurucularından biridir.Şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Bətul xanımın oğlu idi.Atası Abbas mirzənin törəmələrindən idi və anası ata tərəfindən nəsəbi Kirmanşahın Əhşəmi seyidlərinə və ana tərəfindən nəsəbi Dövlətşahilər xanədanına və Məhəmmədəli mirzə Qovanlı-Qacara yetişirdi.