1. Sevindirici, fərəh gətirən, şadlıq gətirən; ürəkaçan, şadlandırıcı. Fərəhli hadisə. Fərəhli yaşayış.
– [Eyvaz:] Bu sözlər bahar gecəsinin lal musiqisi kimi mənə fərəhli nəğmələr oxuyurdu.
2. Şad, şən, sevincək; fərəh, sevinc, şadlıq ifadə edən. Fərəhli sima. Üzündə fərəhli ifadə hiss olunurdu.
– Ömrün bağçasında ötəydi hər an; Fərəhli, nəşəli bu quş səsləri.