GÖBƏK

is.
1. Göbəkbağı düşdükdən sonra qarnın ortasında qalan kiçik çuxur, batıq.
□ Göbəyə qədər (kimi) – belə qədər, beləcən.
Biçinçilər sıra ilə durmuş, göbəyə qədər qalxmış yaş otu biçir … və qurumuş otlardan qotman vururdular. A.Şaiq.
Su gölmədə göbəyimizə kimi çıxırdı. S.S.Axundov.

2. bax göbəkbağı. Uşağın göbəyi düşdü.
3. məc. zar. Bir şeyin mərkəzi, tən ortası, əsası mənasında. Dünyanın göbəyi.
– Bu zalım oğlu zalım axırda işi o yerə gətirib çatdırdı ki, İstanbulun göbəyindən xotkarın öz qızını da götürüb apardı. Koroğlu”.

4. məc. Səbəbkar, bais mənasında.
[Süleyman:] Bütün bu işlərin göbəyi Tofiqdi. M.İbrahimov.

5. bax göbəkduası.
[Ələsgər Mirzə Heydərə:] Çıxıb getsənə göbək yazmağın dalınca! Ə.Haqverdiyev.

◊ Göbək bağlamaq zar. – kökəlmək, ətlənmək, ətə-cana dolmaq.
Yağ salıb, bağlayıb cümlə göbək. S.Ə.Şirvani.

Göbəyi düşmək – ağır iş nəticəsində qarnı zədələnmək.
Göbəyini piyləndirmək – bax göbək bağlamaq.
[Paşa bəy:] Mən sənə ümidəm, sən də göbəyini piyləndirməkdən başqa heç nəyə fikir vermirsən. Ə.Vəliyev.

Etimologiya

  • GÖBƏK Döl ana bətnində olanda onun qidalanması üçün göbək bağı deyilən bo­ru işə yarayır. Doğumda bu bağı kəsirlər, yerdə kiçik bir çuxur qalır ki, ona da g
GORGAH
GÖBƏKBAĞI

Digər lüğətlərdə