1. Gödək olmaq, qısalmaq. Paltarı yuduqca gödəldi.
– [Rza:] Divarların kölgəsi gödələrək öz dibinə düşdüyü günorta zamanları günəş adamı ilan kimi çalırdı.
Ağacların uzanan kölgələri getdikcə gödəlirdi.
2. Müddətcə azalmaq, məhdudlaşmaq, qısalmaq. Gecələr gödəlir.
– Gödəlir iştə gün, hava soyuyur; Payız olmuş, soyuq külək çovuyur.
Ağır bir yuxuyla keçir min səhər; Ürək dil açır ki, gödəlir ömür!