1. Gözlə görülə bilməyən; gizlənmiş, görünməyən.
[Pərişan atasına:] Yox, o adət arvadı gözəgörünməz bir çadra altında çürüdür.
Bir az sonra bütün dərə gözəgörünməz müxtəlif quşların səsi ilə dolmuşdu.
2. Həqiqətdə mövcud olmayan, xəyali qüvvə.
Gözümə neyləsin gözəgörünməz; Canımın ağrıya qalmayıb tabı.
Gözəgörünməzdən ummadıq kömək; İnsanın özüdür, – dedik, – pənahı.