göz

is. oeil m, yeux m pl ; chas m, trou m (iynədə) ; iti ~lü oeil sûr

◊ ~dən düşmək tomber vi (ê) en disgrâce ; perdre son prestige ; ~ vurmaq faire un clin d’oeil

◊ ~ə girmək tâcher d’être en vue ; ~ görə-görə yalan danışmaq (söyləmək) mentir devant tout le monde ; ~ü qalmaq oublier (s’) à regarder qn, qch ; ~ü almaq (asan görünmək) voir clairement ; ~ qoymaq guetter vt, épier vt ; ~ -qulaq olmaq être tout yeux et tout oreilles ; être sur ses gardes, être sur qui-vive ; ~ü tutmaq taper dans l’oeil ; ~ ünün içinə demək dire à qn ses quatre vérités ; ölümün ~ünə dik baxmaq regarder en face la mort

◊ ~dən iraq, könüldən qıraq zərb. məs. Loins des yeux, loin du coeur

◊ ~ünü döymək ne rien comprendre

◊ ~ü su içməmək n’attendre rien de bon de qn

◊ ~ü qızmaq entrer vi (ê) en fureur ; ~ü götürməmək ne pas supporter qn

◊ ~ünün ağı-qarası son unique joie ; tərəzinin ~ü plateau m d’une balance ; ~ almacığı anat. globe m oculaire

göyümsov
göz-göz
OBASTAN VİKİ
Göz
Göz — görmə funksiyasını təmin edən duyğu orqanı. Bir çox canlı orqanizmdə görmə sisin tərkib hissəsi olub, dalğaların işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edərək onu elektro-kimyəvi siqnal şəklində neyronlara ötürür. == Quruluşu və funksiyası == İnsanda göz kəllənin göz yuvasında yerləşir. Göz yuvasının divarlarından göz almasının xarici səthinə gözləri hərəkət etdirən əzələlər bitişir. Gözləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır. Göz qapaqları və kirpiklər gözləri tozdan qoruyur. İnsan ətraf aləmdən informasiya almaq üçün göz duyğu üzvündən istifadə edir. Gözün bayır küncündə yerləşən göz yaşı vəzisinin ifraz etdiyi maye göz almasının üzərini isladır, gözü qızdırır, gözə düşmüş yad cisimləri yuyub aparır, sonra da gözün içəri küncündən göz yaşı kanalı ilə burun boşluğuna axır. Göz almasını örtən sıx ağlı qişa onu mexaniki və kimyəvi zədələrdən qoruyur, gözə yad cisimlər və mikroorqanizimlər düşməyə qoymur. Gözün ön hissəsində bu qişa şəffafdır.
Dəvə Göz
Dəvə Göz şimal-qərbi İranda, Xoy şəhərindən 15 km cənub-qərbdə və Dizaj Diz şəhərindən 1,5 km şimalda yerləşən qədim yaşayış yeridir.
Göz (dəqiqləşdirmə)
Göz
Göz damcıları
Göz damcıları — gözlərə damcılama yolu ilə tətbiq olunan izotonik məhlul. İstifadə olunduğu xəstəlikdən asılı olaraq, onların tərkibində dərmanlar və ya yalnız nəmləndirici və gözyaşardıcı məhlullar ola bilər. == Yararlılıq müddəti == Əczaçılar göz damcılarının əksəriyyətini 28 gündən sonra atmağı məsləhət görürlər, çünki onlar yalnız 28 gün ərzində məhlulda sabitdirlər. == Oftalmologiyada tətbiqi == Xəstələr müxtəlif rəngli qablaşdırmasına görə göz damcılarının müxtəlif farmakoloji siniflərini tanıya bilərlər. Məsələn, göz bəbəklərini genişləndirmək üçün damcıların qablaşdırmasının rəngi allergiya üçün damcıların qablaşdırmasının rəngindən fərqlidir. === Quru göz müalicəsi === Səthin sağalmasına müxtəlif yanaşmalar təmin edən çox sayda süni gözyaşı damcıları var. Bikarbonat ionlarının tərkibində, hipotoniklikdə, özlülükdə fərqlənən və tərkibində konservantlar olmayan növlər var. Onların hamısı fərqli təsir göstərir və buna görə də ən yaxşı nəticə verəni tapmaq üçün müxtəlif süni göz yaşlarını sınamaq lazımdır. Bu damcıların bir neçə ümumi adı var: "süni gözyaşı", "rahatlıq damcıları", "nəmləndirici damcılar". === Tərkibində steroidlər və antibiotiklər olan göz damcıları === Tərkibində steroid və antibiotik olan göz damcıları göz infeksiyalarının müalicəsində istifadə olunur.
Göz kölgəsi
Göz kölgəsi — göz qapağına rəng verməsi üçün istifadə edilən müxtəlif rənglərdə, işıltılı və ya simli ola bilən makiyaj məhsuludur. == Mənbə == Molazadə, Minu." Venus makiyaj və bəzəmə təlimi".
Göz rəngi
Göz rəngi — gözün rəngi iki müxtəlif amillə müəyyən edilən poligenik fenotipik əlamətdir. İrsiyyətin piqmentasiyası və irisin stromasında bulanıq mühit tərəfindən işığın səpilməsinin tezlikdən asılıdır. İnsanlarda irisin piqmentasiyası irisin piqment epitelində melaninin konsentrasiyasından, irisin stromasında (ön irisin üzərində yerləşir) melaninin miqdarından asılı olaraq açıq qəhvəyidən qara rəngə qədər dəyişir. İnsan irisində və ya göz mayesində nə mavi, nə də yaşıl piqmentlər heç vaxt mövcud deyil. Beləliklə, göz rəngi struktur rəng nümunəsidir və xüsusilə açıq gözlər üçün işıqlandırma şərtlərinə görə dəyişir. Bir çox quş növünün parlaq rəngli gözləri pteridinlər, purinlər və karotenoidlər kimi digər piqmentlərin varlığının nəticəsidir . İnsanlarda və digər heyvanlarda çoxlu fenotipik göz rəngi variasiyaları var. İnsanlarda göz rənginin genetikası və irsiyyəti mürəkkəbdir. İndiyə qədər 15-ə qədər gen göz rənginin miras qalması ilə əlaqələndirilib. Mavi gözlərin sadə bir resessiv xüsusiyyət olduğuna dair əvvəlki fikirlərin yanlış olduğu göstərildi.
Göz rəngləri
Göz rəngi — gözün rəngi iki müxtəlif amillə müəyyən edilən poligenik fenotipik əlamətdir. İrsiyyətin piqmentasiyası və irisin stromasında bulanıq mühit tərəfindən işığın səpilməsinin tezlikdən asılıdır. İnsanlarda irisin piqmentasiyası irisin piqment epitelində melaninin konsentrasiyasından, irisin stromasında (ön irisin üzərində yerləşir) melaninin miqdarından asılı olaraq açıq qəhvəyidən qara rəngə qədər dəyişir. İnsan irisində və ya göz mayesində nə mavi, nə də yaşıl piqmentlər heç vaxt mövcud deyil. Beləliklə, göz rəngi struktur rəng nümunəsidir və xüsusilə açıq gözlər üçün işıqlandırma şərtlərinə görə dəyişir. Bir çox quş növünün parlaq rəngli gözləri pteridinlər, purinlər və karotenoidlər kimi digər piqmentlərin varlığının nəticəsidir . İnsanlarda və digər heyvanlarda çoxlu fenotipik göz rəngi variasiyaları var. İnsanlarda göz rənginin genetikası və irsiyyəti mürəkkəbdir. İndiyə qədər 15-ə qədər gen göz rənginin miras qalması ilə əlaqələndirilib. Mavi gözlərin sadə bir resessiv xüsusiyyət olduğuna dair əvvəlki fikirlərin yanlış olduğu göstərildi.
Göz xəstəlikləri
Görmə orqanı — Periferik görmə reseptoru - göz alması və onun əlavə aparatı, görmə yolları və baş beyinin görmə mərkəzindən ibarətdir. Göz alması - cüt orqanı olub, kəllənin göz yuvalarında - orbitalarda yer göz düzgün kürə formasında deyil. Sağital oxunun uzunluğu - 24 mm, üfüqü - 23,6 mm, şaquli - 23,3 mm, göz almasının kütləsi 7-8 qrama bərabərdir. 3 qişası var: xarici və ya fibroz qişa, orta, damarlı qişa, daxili və ya tor qişa. == Gözün xarici qişası == Xarici qişa gözün fibroz qişası adlanır. (tunika fibrosa bulbi) lakin möhkəm qişadır. O, gözün formasını yaradır , onun müəyyən turqorunu saxlayır, müdafiə funksiyasını yerinə yetirir və gözü hərəkət etdirən əzələlərin bağlanması üçün xidmət edir. Fibroz qişa 2 yerə bölünür: buynuz qişa və sklera. Buynuz qişa - O, şəffafdır və səthi hamardır, parıltılıdır. Sındırma qüvvəsi 40 dptr.
Göz yaşları
Göz yaşı – bəzən kədərin, bəzən də sevincin bir ifadəsi olaraq axar. Bəzən də insandakı qəlb incəliyinin bir nişanəsi olaraq boşalır. Göz yaşlarımız, ruhun pəncərəsi olan və yalan söyləməyən gözlərimizin, daxili aləmimizdən xaricə əks edən bir dilidir sanki. Göz yaşının qəlb və ruha dair göstərdiyi əlamətlərlə yanaşı, bədənə dair verdiyi mesajlar da var. Göz yaşının funksiyalarını tam olaraq yerinə yetirə bilməsi və insanların dünyanı rahat görə bilməsi üçün, göz yaşı ifraz edən toxumalarla gözə aid olan digər orqanlar tam bir ahəng içində olmalıdır. Göz yaşı sistemi diqqətlə incələndikdə, ondakı mükəmməllik daha yaxşı hiss olunur. == Göz yaşının əmələ gəlməsi == Gözdən çıxaraq yanaqlardan aşağı süzülən maye, sadəcə olaraq bir su damcısı deyil. Göz yaşı istehsal sistemi; lipid (yağ) təbəqə, ağ öz (maye) təbəqə və musin olmaqla, üç təbəqədən ibarətdir. Göz yaşının vəzifəsini tam yerinə yetirməsi üçün, bu təbəqələrin hər birinə əhəmmiyətli vəzifələr verilmişdir. Bu təbəqələrin hər hansı birində meydana gələ biləcək bir əskiklik kornea (gözün şəffaf təbəqəsində) və konjonktiva (gözün xaricini əhatə edən pərdə quruluşu) təbəqəsində gözün itirilməsi də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilər.
Təpə göz
Təpəgöz – türk mifologiyasında mifik qəhrəman, türk əfsanə adı çəkilən tək gözlü nəhəngdir. Müxtəlif Türk dillərində Tübegöz, Töbököz, Töpekös olaraq da deyillər. Qaf dağında yaşayır. Anası alageyik donuna girə bilən bir pəridir. Bu pərinin bir çobanla birləşməsindən doğulmuşdur. Bəzən dişi, bəzən də kişi təpəgözlərə rast gəlinir. Barmağında cadulu bir üzük bağlıdır. Yalnız gözündən vurularaq öldürülər. Bədəninin digər qisimlərinə silah işləməz. Qaf dağında yaşayır.
Göz transplantasiyası
Göz transplantasiyası insan gözünün qlobusunun donordan resipiyentə köçürülməsidir. == Tarixi == 1885-ci ildə Revue générale d'ophtalmologie, 17 yaşlı bir qızın stafilomatoz və buftalmik gözünün Dr. Çibret tərəfindən dovşan gözü ilə əvəz edildiyini bildirir.
Göz protezi
Göz protezi — əsasən şüşədən hazırlanan, təbii gözü əvəz edən bir protez növüdür. Bu, enukleasiya (gözdənkənar əzələlərə toxunmadan göz almasının alınması), orbital eksenterasiya (göz yuvasındakı bütün toxumaların tamamilə alınması) və ya gözün evisserasiyası (skleranı saxlamaqla gözün daxilinin alınması) proseslərindən sonra tətbiq edilir. Tipik olaraq qabarıq formaya malikdir və tibbi akrildən hazırlanır. Göz qapaqlarının alt hissəsinə orbital implant üzərinə taxılır. Müasir dövrdə göz protezləri kriolit şüşədən hazırlanır. Göz protezlərini istehsal edən şəxslər okularistlər adlanırlar. Əvvəllər göz protezlərindən yalnız estetik məqsədlə istifadə edilsə də, müasir dövrdə görmə imkanı yaradan retinal və vizual göz protezləri də mövcuddur. Belə protezlərə "bionik göz" deyilir. == Tarixi == Göz protezinin ilk istifadəsi e.ə. 2900-2800-cü illərə təsadüf edir və İranda Şəhr-i Suxtedə icad edilmişdir.
Göz (ada)
El-Oxo, və ya Göz adası — Argentinanın Buenos-Ayres əyalətindəki Parana deltasında, gölün içərisində yerləşən, yaşayış olmayan, üzən adadır . == Təsviri == Ada digər üzən adalara baxdıqda unikaldır, çünki forması demək olar ki, mükəmməl şəkildə dairəvidir. Adanın altından çay keçdiyi üçün o daim öz oxu ətrafında fırlanır və bu kənarlarının eroziyaya məruz qalmasına səbəb olur. Beləliklə, bu fırlanma adanı buz disklərinə bənzər şəkildə dairəvi formaya salır. Ada təxminən 118 metr (387 ft) diametrində olsa da, zaman keçdikcə eroziyaya məruz qaldığı üçün kiçilir. Adanın ilkin olaraq necə və nə vaxt yarandığı məlum deyil, ilk "Google Earth" təsviri 2003-cü ilə aiddir. Ada yuxarıdan baxıldığında gözə bənzədiyi üçün belə adlandırılmışdır. Belə ki, ada gölün içərisində fırlandıqca göz hərəkət edir. El-Oxo, Men ştatının Vestbruk şəhəri yaxınlığındakı Presumpskot çayında müşahidə edilən oxşar formalı digər adalarla müqayisə edilmişdir. El-Oxo argentinalı kinorejissor Serxio Neyspiller tərəfindən kəşf edilib və araşdırmalar göstərir ki, ada ən azı 2003-cü ildən mövcud olub.
Göz adası
El-Oxo, və ya Göz adası — Argentinanın Buenos-Ayres əyalətindəki Parana deltasında, gölün içərisində yerləşən, yaşayış olmayan, üzən adadır . == Təsviri == Ada digər üzən adalara baxdıqda unikaldır, çünki forması demək olar ki, mükəmməl şəkildə dairəvidir. Adanın altından çay keçdiyi üçün o daim öz oxu ətrafında fırlanır və bu kənarlarının eroziyaya məruz qalmasına səbəb olur. Beləliklə, bu fırlanma adanı buz disklərinə bənzər şəkildə dairəvi formaya salır. Ada təxminən 118 metr (387 ft) diametrində olsa da, zaman keçdikcə eroziyaya məruz qaldığı üçün kiçilir. Adanın ilkin olaraq necə və nə vaxt yarandığı məlum deyil, ilk "Google Earth" təsviri 2003-cü ilə aiddir. Ada yuxarıdan baxıldığında gözə bənzədiyi üçün belə adlandırılmışdır. Belə ki, ada gölün içərisində fırlandıqca göz hərəkət edir. El-Oxo, Men ştatının Vestbruk şəhəri yaxınlığındakı Presumpskot çayında müşahidə edilən oxşar formalı digər adalarla müqayisə edilmişdir. El-Oxo argentinalı kinorejissor Serxio Neyspiller tərəfindən kəşf edilib və araşdırmalar göstərir ki, ada ən azı 2003-cü ildən mövcud olub.
Göz hipertenziyası
Göz hipertenziyası — klinik termindir və görmə sinirinin zədələnməsi və görmə qabiliyyətinin itirilməsi olmadığı hallarda göz daxili təzyiqin yüksək olmasını ifadə edir. Bir çox insanlar üçün göz daxili təzyiqin normal aralığı 10–21 mm civə sütunu arasındadır. Bu göstəricinin aşılması qlaukomanın inkişafı üçün əhəmiyyətli risk faktorudur. Göz hipertenziyası ilə bağlı araşdırmalar, çoxmərkəzli randomizə edilmiş klinik sınaqlar göstərdi ki, vaxtında müalicə göz hipertenziyasının açıq bucaqlı qlaukomaya çevrilməsini ləngidir. Beləliklə, göz daxili təzyiqi ardıcıl olaraq 21 mm civə sütunundan yüksək olan şəxslər qlaukomanın səbəb olduğu görmə itkisinin qarşısını almaq üçün tədbirlər görməlidirlər. == Patofiziologiya == Göz daxili təzyiq siliyer cismin ifrazı nəticəsində əmələ gələn mayenin miqdarı ilə trabekulyar şəbəkə vasitəsilə gözdən çıxarılan mayenin miqdarının fərqi ilə müəyyən edilir. == Müalicə == Göz hipertenziyası göz damcıları və ya lazer müdaxiləsi vasitəsilə aradan qaldırılır. Göz damcıları göz daxili təzyiqi, göz daxili mayenin ifrazını azaldır. Lazer trabekuloplastikası göz daxili təzyiqi trabekulyar şəbəkə vasitəsilə göz mayesinin axmasını artırmaqla azaldır. Marixuanadan göz hipertenziyası və ya qlaukomadan qaynaqlanan göz daxili təzyiqi azaltmaq üçün istifadə edilsə də, bu üsul effektiv bir üsul sayılmır.
Göz tonometriyası
Göz tonometriyası (okulyar tonometriya, oftalmotonometriya) — qlaukoma diaqnozunda mühüm rol oynayan göz daxili təzyiqin ölçülməsi üçün olan tibbi prosedurdur. Göz daxili təzyiqin dəyəri millimetr civə (mmHg), bəzən də hektapaskal ilə ölçülür. == Ölçmə üsulları == === Applanasiyalı kontakt tonometriyası === 1884-cü ildə A. N. Maklakov göz daxili təzyiqin ölçülməsi üçün yeni bir cihaz (Maklakov applanasiya tonometri) yaratdı. Metodun əsas mahiyyəti gözün buynuz qişasının gərginliyi ilə yastı bir lövhəyə olunan təmas və lövhədə qişanın izinin ölçülməsindən ibarət idi. Başqa bir aplanasiya üsulu oftalmometriyada “qızıl standart” adlandırılan Goldman tonometriyasıdır. Metod Maklakov tonometriyasına bənzəyir və müəyyən bir diametrdə buynuz qişanın izini yaratmaq üçün tələb olunan gücün ölçülməsindən ibarətdir. Metod plitənin buynuz qişa ilə birbaşa təmasına əsaslandığına görə lokal anestezi olmadan aparıla bilmir. === Dinamik kontur tonometriyası === Dinamik kontur tonometriyası təmas üsuludur. Bu üsul zamanı düz lövhə əvəzinə buynuz qişanın formasını izləyən elastik materialdan hazırlanmış zond istifadə olunur. Probun içərisinə təzyiq sensoru yerləşdirilir ki, bu isə zond üzərində minimal qüvvə ilə (1 qram) göz daxili təzyiqin birbaşa ölçülməsinə imkan verir.
Ecazkar göz (roman)
Ecazkar göz (rus. Чудесное око) - Rus yazıçısı Aleksandr Belyayev tərəfindən yazılmış roman. Əsər ilk dəfə 1935-ci ildə ukrayn dilində çap edilmişdir. Aleksandr Belyayev ölümündən sonra isə kitab rus dilində çapdan çıxıb. == Məzmun == Okean paraxodu Leviafan Atlantik okeanında qəzaya düşərək batıb. Qəza ilə birlikdə həm də sivilizasiya üçün olduqca dəyərli olan mühəndis-energetik, alim Blasko Xurqesin ixtiraları da suyun dibinə qərq olub. Təsadüfən isə, Xuqesin məktubu jurnalist Azoresə gəlib çıxır və qəhrəmanımız Argentinaya səfərə çıxmalı olur. Xurqesin çox dəyərli kəşflərini axtarıb-tapmaq üçün SSRİ-nın araşdırmaçılar qərargahı və dənizçiləri cəlb edilirlər. Axtarışlar rəqabətsiz ötüşmür. Qızılaxtaran avantürist Skott, Sovet heyəti ilə münaqişəyə daxil olur.
Göz (bədii film)
Göz (ing. The Eye) — amerika istehsalı olan və 2008-ci ildə ekranlara çıxan mistik triller janrında olan film. Film Sinqapur,Tailand və Honkonqun 2002-ci ildə birgə istehsal etdiyi eyniadlı filmin remeyki hesab edilir. Baş rolu aktrisa Cessika Alba ifa etmişdir. == Süjet == Sidney Vells uşaqlıqdan kordur. Bir gün ona digər bir qadının gözləri əməliyyat nəticəsində transplantasiya edilir və Sidney görməyə başlayır, lakin o donor qadının gözləri ilə gördüyündən həmin qadının qorxunc həyatı və faciələri Sidneyə aman vermir. Ruhlar və digrə qorxunc varlıqlar onun gözünə görünməyə başlayır… == Maraqlı faktlar == Film 12 milyon dollara başa gəlsə də, istehsalçılara 56.309.766 dollar gəlir gətirir.
Pişik göz sindromu
Pişik göz sindromu və ya Şmid-Frakkaro sindromu — İnsanın 22 xromosomunun qısa qolunun (p) və uzun qolunun (q) kiçik bir hissəsinin, adətən üç (trisomal) və ya dörd dəfə (tetrasom) meydana gəlməsi səbəb olan nadir bir xəstəlik. Pişik gözü sindromlu xəstələr üçün proqnoz vəziyyətin şiddətinə və əlaqəli əlamət və simptomlara, xüsusən də ürək və ya böyrək anomaliyası olduqda dəyişir. == İşarələr və simptomlar == İrisin birtərəfli və ya ikitərəfli koloboması (gözün rəngli hissəsində toxuma çatışmazlığı) Preaurikulyar çuxurlar izlər (xarici qulaqlarda kiçik çöküntülər / dəri böyümələri) Körpədə anus atreziyasının rentgen şəkli Anus atreziyası (anusun anormal tıxanması) Aşağı əyilmiş göz yarıqları (yuxarı və aşağı göz qapaqları arasındakı deliklər) Damaq yarığı Böyrək problemləri (itkin, artıq və ya az inkişaf etmiş böyrəklər) Qısa boy Skolyoz skelet problemləri Ürək qüsurları (məsələn, TAPVR) Mikroqnatiya (kiçik çənə) Yırtıq Safra atreziyası Nadir görülən malformasiyalar demək olar ki, hər hansı bir orqanı təsir edə bilər. Zəka geriliyi - bir çoxu intellektual baxımdan normaldır; Şiddətli zəka geriliyi nadir hallarda olsa da, CES xəstələrinin təxminən 30% -i yüngül zehni qüsurlara malikdir. "Pişik göz sindromu" termini bəzi xəstələrin gözlərində şaquli kolobomaların xüsusi görünməsi səbəbindən meydana gəldi. Lakin ədəbiyyatda olan CES xəstələrinin yarısından çoxunda bu simptom yoxdur. == Genetika == Əlavə xromosom 22-də ümumiyyətlə özbaşına baş verir. Bu irsi ola bilər və valideynlər marker xromosomu üçün mozaik ola bilər, lakin sindromun fenotipik əlamətlərini göstərmirlər. Pişik göz sindromunun "kritik bölgəsinə" daxil olan xromosomal bölgə 22pter → q11-dir. == Tarix == Pişik göz sindromuna xas olan anormallıqlar ilk dəfə 1899-cu ildə kataloqu verilmişdir.
Süni göz yaşları
Süni göz yaşları — göz səthinin quruluğunu və qıcıqlanmasını aradan qaldırmaq üçün istifadə edilən yağlayıcı göz damcısı. Quru göz sindromu (keratokonjunktivit sicca) ümumi göz səthi xəstəliyidir və gözyaşı pərdəsinin pozulması və iltihabın artması ilə xarakterizə olunur. Onlar həmçinin kontakt linzaları nəmləndirmək və göz müayinələrində istifadə olunur. Süni göz yaşları reseptsiz satılan dərmanlara aiddir. Orta və ağır quru göz sindromu baş verəndə süni göz yaşları digər dərmanlarla tamamlanır. == Tərkibi == Süni göz yaşlarının tərkibinə karboksimetilselüloz, polivinil spirti, metiloksipropilselüloz (həmçinin HPMC və ya hipromelloza kimi tanınır), hidroksipropilselüloz, hialuron turşusu, TS-polisaxarid (tamaharid) və digər polisaxaridlər daxildir. Süni göz yaşlarının tərkibində su, duzlar və polimerlər var, lakin təbii göz yaşlarında olan zülallar yoxdur. Onları hər 3 saatdan bir dəfədən çox istifadə edən xəstələrə konservantsız və ya qıcıqlandırıcı effekti olmayan marka seçmək tövsiyə olunur. Süni göz yaşları preparatlarının tərkibinə görə təsnifatı: Sellüloza törəmələri; Hialuron turşusu olan preparatlar; Tərkibində karbomer və ya polivinil spirti olan preparatlar; Müxtəlif hərəkətli nəmləndirici preparatlar. == Təsiri == Bir neçə saatdan bir (gündə 6 dəfəyə qədər) süni göz yaşından istifadə etmək quru göz sindromunun simptomlarını aradan qaldıra bilər.
Timsahın göz yaşları
"Timsahın göz yaşları" — saxta kədər göz yaşları tökən, ikiüzlü və qeyri-səmimi insanlar haqqında işlədilən ifadədir. == İfadənin yaranması == Timsahlar bir şey yeyəndə gözlərindən yaş gəlir. Bəzi sadəlövh adamlar elə düşünürlər ki, timsah yediyi heyvanın halına acıyır. Yəni ağlaya-ağlaya yeyir. Təbii ki, bu, düz deyil. Sadəcə, timsah ağzını çox geniş açdıqda çənə əzələləri gücə düşdüyündən gözündən su gəlir. Bunun nə ağlamaqla, nə də rəhmdilliklə əlaqəsi var. Məhz buna görə də "timsahın göz yaşları" ifadəsi məsəl kimi işlədilir. Bir nəfər başqasına zülm edəndə, sözdə isə yalandan onun halına acıyanda deyirlər: "Filankəs timsah kimi göz yaşı tökür". == Mənbə == http://e-derslik.edu.az/books/122/units/unit-1/page68.xhtml Ancaq başqa insanlar bunu başqa mənalardada da istifadə edir.
Yeddi göz bulağı
Yeddigöz bulağı — Güney Azərbaycanın Sulduz (adı farslaşdırılaraq, Nəqədə/Nəğədə adlanır) şəhərindəki bulaq. Orada yeddi bulaq vardır. "Sulduz" xəbər agentliyi bildirmişdi ki, Sulduz şəhərindəki yerli hakimiyyət kürdlərə yarınmaq üçün sərgi düzənləyib. Həmin tədbirlə bağlı yayımlanan dəvətnamələr və bukletlərdə "Yeddigöz" bulağının adı fars dilində "Həftçeşmə" ("yeddi bulaq" / "yeddi göz" - "göz" sözü bu adda 'bulaq', 'su qaynağı' mənasında işlənir; ərəbcə "eyn/əyn" və farsca "çeşm/çeşmə" sözlərinin iki mənaları kimi) kimi göstərilmişdi. Yerli sakinlər isə Sulduzun bir çox yerlərində "Həftçeşmə" sözünü qaralayaraq yerinə "Yeddigöz" yazıblar.
Göz həkimi (film)
Göz həkimi – Azərbaycan istehsalı komediya tipli film-tamaşa. 1980-ci ildə çəkilmişdir. Ssenari müəllifi İslam Səfərli, rejissoru isə Lütfi Məmmədbəyovdur. Bəstəkarı isə Sabir Əliyevdir. == Məzmun == Hadisələr Bakıda Elmi-tədqiqat Oftalmoloji İnstitutunda cərəyan edir. Şahbazov institutun direktorudur. Onun və onunla işləyən, xarakterləri üst-üstə düşən Nərminənin savadlı, təcrübəli həkim olmalarına baxmayaraq, institutda özlərindən irəli gedənlərin ayağını qazıyırlar. Məsələn, Moskvadan Xəzər dənizində quyulardan birinə yaxınlaşıb diqqətlə baxdıqda təsadüfən qaz püskürməsi nəticəsində gözlərini itirən, geoloq İvanovun gözləri üzərində əməliyyatın İradəyə tapşırılmasına dair qərar verilir. Buna mane olmaq üçün Şahbazov İradəni Nərminənin çəkdiyi şəkillərlə onu vicdansız, əqidəsiz, hətta öz oğluna yaraşdırmadığını diqqətinə çatdırır, guya ki, universitetin əxlaqına zidd işlərlə məşğul olan, savadsız bir cərrah kimi qələmə verərək Moskvaya teleqram vurur, amma sonda haqq yerini tapır və Şahbazov və onun tərəfdarlarının iç üzü açılır. Geoloqun əməliyyatı uğurlu keçir və nəhayət, Rauf və İradə yenidən bir araya gəlirlər.
Göz yaşı vəzisi
Qapalı göz hallusinasiyaları
Qapalı gözlərlə hallüsinasiya və vizuallaşdırmalar gözlərin bağlı olduğu vəziyyətdə və ya insan qaranlıq bir məkanda olarkən meydana gələn hallüsinasiyalardır. Onlar fosfenin bir növü sayılır. Bəzi insanlar bu hallüsinasiyaları psixodelik maddələrin təsiri altında yaşadıqlarını bildirirlər. Bu hallüsinasiyaların açıq gözlərlə baş verən digər hallusinasiyalardan fərqli bir təbiətə sahib olduğu müəyyən edilmişdir. == Qapalı göz hallüsinasiyalarının növləri == Ümumilikdə belə hallüsinasiyaların beş növü ayırd edilmişdir. Lakin heç bir maddə qəbul etməyən adi bir insanda bu növlərdən yalnız ikisinə rast gəlmək olar. Geri qalan növləri isə görmək üçün əlavə maddələrdən istifadə etmək lazım gəlir. === Vizual qar === Qapalı göz hallüsinasiyalarının ən əsas forması hər kəsin yaşadığı gözlərdə dalğalanmadır. Bu zaman insan heç bir əlavə təsir olmadan baxış sahəsi boyunca hərəkət edən bir sıra rəngli nöqtələr görür. Bu nöqtələrin görünməsinə gözlərin bağlı olduğu bir vəziyyətdə, göz qapaqlarının arxaya baxdığı halda rast gəlmək olar.
Hobbit: Gözlənilməz səyahət (film, 2012)
Hobbit: Gözlənilməz səyahət — 2012-ci ildə rejissor Piter Cekronun çəkdiyi fantakstik janrda film. Film Hobbit film seriyasının ilk filmidir. Üzüklərin Hökmüdarı film seriyasının ilk filmi hesab olunur. Film 1937-ci ildə Con Tolkinin qələmə aldığı "Hobbit" əsəri əsasında çəkilmişdir. == Filmin mövzusu == 111-ci doğum gününü qeyd etməyə hazırlaşan Bilbo Beqqins, 60 il öncəki hadisələri kitab halında qardaşı oğlu Frodo Beqqins üçün yazmağa başlayır. Uzun illər öncə, Dağ altı və Cırtdanlar kralı Kral Tror, Əjdaha Smauqun dağ altına hücum etdiyi zamana qədər xalqına və qohumlarına rifah dolu dövr yaşadır. Əjdaha Smauq əvvəlcə yaxınlıqda yerləşən Deyl şəhərini məhv edir. Daha sonra isə Tək Dağa, hücum edərək, cırtdan krallığını məhv edir. Cırtdanları öz yurdlarından qovur və onların sərvətinə hakim olur. Cırtdanlar qaçarkən Kral Trorun nəvəsi Torin, dağın təpəsində Elf Kralı Tranduili elf ordusu ilə birgə görür və onlardan kömək istəyir.
Horun gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Horus gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Horusun gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Hər şey çox gözəl olacaq (film, 1998)
Hər şey çox gözəl olacaq - 1998-ci il türk komediya filmi. Cem Yılmazın və Mahsar Alansonum baş rolları bölüşdükləri ilk sinema filmidir. == Mövzusu == Altan qoşulduğu dava sayəsində illərdir görmədiyi qardaşı Nuriylə qarşılaşır. Altan Nurinin işlədiyi dərman anbarını uzun müddət açmağı planladığı bar üçün pul mənbəyi olaraq görür. Müxtəlif cəhdlərdən sonra Nuriylə təzədən yaxınlaşan Altay fərqinə varmadan həm özünü, həm də Nurini təhlükəli macəraların içinə sürükləyir. Nuri və Altan hər şeyin çox gözəl olacağını ümid edərək həyatla mübarizə aparmağa davam edirlər. Bu mübarizə içərisində unutduqları vacib məqamlar da vardır.
Həsən Cəlal Gözəl
Həsən Cəlal Gözəl (1945, Qaziantep – 19 mart 2018, Ankara) — 1987–1989-cu illərdə Türkiyə Milli Təhsil, Gənclik və İdman naziri olmuş türk siyasətçisi və bürokrat == Həyatı == 1945-ci ildə Qaziantepdə dünyaya gəlib. İlk və orta təhsilini Malatyada alıb. 1968-ci ildə Ankara Universiteti Siyasi Biliklər Fakultəsinin İqtisad və Maliyyə bölməsini bitirib. "Türkiyənin İqrisadi Böyümə Modelləri" mövzusunda yazdığı tezislə məzun olub. == Bürokratlıq dövrü == Universitetdəki təhsilini başa vurduqdan sonra Dövlət Planlaşdırma Təşkilatında fərqli vəzifələrdə çalışıb. Fəaliyyəti dövründə bir sıra yüksək vəzifələri tutmuş 38 yaşında isə baş nazirin müşaviri olub. Və bununla da həm də Türkiyənin ən gənc baş Nazir müşaviri olub. 24 yanvar 1980-ci ildə olmuş iqtisadi tədbirlərin həyata keçirilməsində ciddi vəzifələri öz üzərinə götürüb. == Siyasi həyatı == 1986-cı ildə Ana Vətən Partiyasından seçkilərə qatılıb Qaziantepdən millət vəkili seçilir. Turqut Özalın hökumətində dövlət naziri və hökumət spikeri vəzifələrini yerinə yetirib.
Həyat gözəldir (film, 1997)
Həyat gözəldir (it. La vita è bella) — İtalyan rejissor Roberto Benininin 1997-ci ildə çəkdiyi dram filmidir. İkinci Dünya müharibəsi dövründə arvadı və oğlu ilə birlikdə yəhudi düşərgələrinə aparılan yəhudi atanın və arxasınca gedən bir italyan ananın, övladını qorumaq üçün etdiyi saysız-hesabsız fədakarlıqlardan bəhs edir. Film 1998-ci il Kann Film Festivalında festivalın Ən Böyük Mükafatını qazanır. 1999-cu ildə Oskarda 7 nominasiyaya namizəd olan film Ən yaxşı xarici film, Ən yaxşı aktyor və Ən yaxşı musiqi nominasiyalarında bu mükafatı qazanmışdır. == Məzmun == Filmin birinci yarısı romantik və komediya janrında olub İkinci Dünya müharibəsindən bir neçə il əvvəl baş verməkdədir. Quido Orefice (Roberto Benini), Arezzodan gələn gənc bir italyan yəhudisidir. Əmisinin işlədiyi hoteldə ofisiant kimi işə başlayıb kitab evi açmağı planlaşdırır. Quido pozivit və xarizmatik xarakterlidir, yerli məktəbdə müəllim işləyən Dora (real həyatda həyat yoldaşı olan Nikoletta Braşi) adlı birinə aşiq olur. Dora varlı, aristokratik və yəhudi olmayan bir ailədəndir.
IV Filip Gözəl
IV Filip Gözəl (fr. Philippe IV le Bel, iyun 1268[…], Fontenblo – 29 noyabr 1314, Fontenblo)- Kapetinqlər sülaləsinə məxsus 1285–1314-cü illərdə Fransa kralı. Fransa tarixinin görkəmli nümayəndələrindən biri. == Həyatı == IV Gözəl Filipp 1268-ci ildə Fontebloda anadan olmuşdur. Onun atası III Cəsarətli Filipp, anası Araqonlu İzabella olmuşdur. Bu nikahdan III Cəsarətli Filippin üç oğlu: Lüdovik, Gözəl Filipp və Karl Valua doğulmuşdur. İkinci dəfə o, Sisiliya və Yerusəlim şəhərlərinin kraliçası, Flandrsk qrafinyası Mariya Brabantskayaya evlənmişdi. IV Filippə 17 yaşında ikən Reymsdə tac qoyulur. O, hakimiyyətə atasının Araqoniya üzərinə yürüşü zamanı ölümündən sonra gəlir. IV Filippin hakimiyyəti orta əsrlər Avropasının tarixində ən mühüm dövrlərdən biri olmuşdur.
I Harald Gözəlsaç
I Harald Gözəlsaç və ya I Harald Horfaqer (q.skan. Haraldr hárfagri, norv. Harald I Hårfagre; 850- təx. 933) - Norveçin birinci kralı. Gözəlsaçlılar və ya Horfaqerlər sülaləsinin banisi. == Bioqrafiyası == I Harald Vefstfoldun İnlinqlər sülaləsindən olan konunqu Qara Halvdanın və Hrinqarik konunqu Siqurdun qızı Raqinhildin yeganə övladı idi. Təxminən 860-cı ildə Qara Halvdan vəfat edir. Bu zaman Haraldın 10 yaşı var idi. 866-cı ildə Harald bütün Norveçi öz hakimiyyəti altında birləşdirməyə başladı. Altı il davam edən yürüşlərdən sonra 872-ci ildə baş verən Hafsfyord döyüşündə əldə edilən qələbədən sonra Harald buna nail oldu.
Kabusun gözüylə (film, 2010)
Kabusun gözüylə — Azərbaycan və Fransanın ilk birgə layihəsi olan film. Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. == Mükafat və festivallar == 24-cü "Nika" kino mükafatının laureatı. "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" nominasiyası — Moskva, Opera teatrı. == Heyəti == Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. Filmdə Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev iştirak ediblər. Baş rolun ifaçısı, Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri Rişar Martendir. == Təqdimatı == 2010-cu ildə, Milli kino günündə "Kabusun gözüylə" filminin Heydər Əliyev Sarayında təqdimatı keçirilmişdir.
Kompüter gözlüyü
Kompüter gözlüyü – kompüterin ekranına iki və ya üç fut (1 fut = 30.48 sm) məsafədən baxmaq üçün gözlük. Kompüter gözlüklərinin linzalarının üzərinə süzgəc funksiyasını yerinə yetirən bir neçə qatdan ibarət xüsusi örtük çəkilir. Belə çoxqatlı “süzgəc” monitordan şüalanan və spektrlərin göz üçün ziyanlı olan sahələrinin qarşısını alır və gözü daimi titrəmələrdən qorumağa kömək edir. Bundan başqa, kompüter gözlüyünün örtüyündə antistatik qat da var ki, linzaları maqnitləşmədən, gözləri isə maqnit sahəsinin təsirindən qoruyur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
Laknau gözəli (dəqiqləşdirmə)
Laknau gözəli (film, 2006) – 2006-cı ildə orijinalı urdu və hind dillərində çəkilmiş Hindistan bədii filmidir. Laknau gözəli (film, 1981) – 1981-ci ildə çəkilmiş hind bədii filmidir.
Laknau gözəli (film, 1981)
Laknau gözəli və ya Sevimli Umrao (urduca: امراؤ جان‎, hindcə: उमराव जान, İngiliscə: Umrao Jaan) — 1981-ci ildə çəkilmiş hind bədii filmidir, filmin orijinalı urdu dilində çəkilmiş, sonradan isə hind dilinə dublyaj olunmuşdur. Filmin süjet xətti XIX əsrin məşhur hind şairəsi və rəqqasəsi Umrao-Can-Adanın həyatından bəhs edən və real hadisələrə əsaslanan və Mirzə Məhəmməd Hadi Rusvanın qələmə aldığı “Rəqqasə” (1899) romanının ekranlaşdırılmış versiyasıdır.
Laknau gözəli (film, 2006)
Laknau gözəli və ya Lakxnau gözəli (urduca امراؤ جان‎, hindcə: उमराव जान, ingiliscə Umrao Jaan) 2006-cı ildə orijinalı urdu və hind dillərində çəkilmiş Hindistan bədii filmidir. Filmin premyerası 2 noyabr 2006-cı ildə baş tutmuşdur. Filmin süjet xətti XIX əsrin məşhur hind şairəsi və rəqqasəsi Umrao-Can-Adanın həyatından bəhs edən və real hadisələrə əsaslanaraq yazılmış Mirzə Məhəmməd Hadi Rusvanın “Rəqqasə” romanının ekranlaşdırılmış versiyasıdır.
Londonun gözü
Londonun gözü (ing. London Eye; bəzən ing. Millennium Wheel olaraq da tanınır) — 135 metr yüksəklikdə, Avropada ən yüksək fırlanan əyləncə çarxıdır. Birləşmiş Krallığın ən məşhur turistik məkanlarından biridir. Bura ildə üç milyona yaxın turist səfər edir. David Marks, Julia Barfield, Malcolm Cook, Mark Sparrowhawk, Steven Chilton və Nic Bailey tərəfindən hazırlanmışdır.
Memar Sinan Gözəl Sənətlər Universiteti
Mimar Sinan Güzel Sanatlar Universiteti (türk. Mimar Sinan Güzel Sanatlar Üniversitesi) — Türkiyənin İstanbul ilində universitet.
Meşə gözətçisi
Meşə gözətçisi — dövlət meşə mühafizəsinin işçisi, meşə təsərrüfatının işçisi. Meşə gözətçisinə meşə dolayısı təyin edilir, ona dolayının pasportu verillir, forma, ov silahı verilir. Meşəçilik məktəbində, texnikumda, və ya xüsusi kurslarda təhsil almış şəxslər meşə gözətçisi vəzifəsinə qəbul edilirlər. Meşə gözətçisi birbaşa meşəbəyiyə tabedir. Meşələrin mührafizəsi funksiyalarını rayon meşəbəyiləri və dövlət meşə müfəttişləri həyata keçirirlər. == Meşə gözətçisinin vəzifələri == Meşə gözətçisinin mühafizəsi altında olan dolayının pasportuna uyğun olaraq bütün dövlət əmlakı — tikililər, torpaq sahələri, əkinlər və digər obyektlər və əmlak var. Meşə gözətçisi meşə yanğınlarının qarşısının alınması, aşkar edilməsi və söndürülməsi üçün tədbirlər görür, ərazidə ağac zərərvericilərinin və xəstəliklərinin aşkar edilməsi barədə meşə təsərrüfatına məlumat verir. Meşə gözətçisi ov etmək və meşədə təsərrüfat fəaliyyəti (kəsmə, ot biçmə, otarmaq) hüququna dair sənədləri yoxlamağa, meşə pozuntularına, ovçuluq qaydalarının pozulmasına, yanğın təhlükəsizliyinə dair aktlar tərtib etməyə borcludur. Həmçinin meşə əkini, seyreltilməsi və meşə bitkilərinə qulluq üzrə digər işlərə, meyvələrin, göbələklərin toplanmasına meşəbəyi rəhbərlik edir; ağac kəsilməsi və müxtəlif təsərrüfat işlərinin həyata keçirilməsi üçün sahələrin ayrılmasında iştirak edir. Meşə gözətçisi ona həvalə edilmiş meşə dolayısı ərazisində baş verən bütün meşə qanunvericiliyinin pozulması hallarına birbaşa cavabdehlik daşıyır və meşəbəyiyə, meşə mühafizə mühəndsinə, baş meşəbəyiyə və direktorla tabedir.
Mikayıl Gözəlov
Mikayıl Gözəlov (5 aprel 1948, Mərzili, Ağdam rayonu – 11 dekabr 1991, Şuşa, DQMV) — Şuşa Rayon İcra Hakimiyyətinin başçısı (1991). == Həyatı == Mikayıl Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulmuşdur. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini başa vurmuşdur (1964). Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirmişdir (1969). Təyinatla Şuşa şəhərinə göndərilmişdir. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışmışdır. Həmin idarənin rəisi olmuşdur (1976). Şuşada, Xocalıda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, DQMVdə və Azərbaycanın digər bölgələrində onlarla tikinti obyektlərinin icraçı mühəndisi, rəisi kimi fəaləiyyət göstərmişdir. 1988-ci ildə Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri seçilmiş, 1989-cu ildə Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunmuşdur.
Milyon dollarlıq gözəlçə (film, 2004)
Milyon dollarlıq gözəlçə (ing. Million Dollar Baby) — Klint İstvudun idman draması. Əsas rolları Klint İstvud və Hilari Suonk tərəfindən ifa olunur. Film dörd "Oskar" alıb ( ən yaxşı film, rejissor, aktrisa — Hilari Suonk, ikinci plan aktyoru — Morqan Friman). === Süjet === 31 yaşındakı xörəkpaylayan Meqqi Ficerald (Hilari Suonk) boks bölməsinə gəlir: zal, köhnə məşqçi və Promoter Frenk Dann (Klint İstvud) aidir. Lakin Dunn, onunla çalışmaqdan imtina edir, çünki o "qızlarla məşq etmir." Buna baxmayaraq Meqqi özü səylə məşq edir və təcricən çoxlarının hörmətini qazanır həm də Danın dostu keçmiş boksçu Eddi Düprini (Morqan Friman) də. Düpri yavaş-yavaş çox qadir şagird Meqqi ilə, məşqə başlayır.
Miss Azərbaycan Gözəllik yarışması
Miss Azərbaycan Milli Gözəllik yarışması — (Miss Azerbaijan) Azərbaycanda ölkənin ən gözəl xanımlarını seçim məqsədi ilə hər il keçirilən milli gözəllik müsabiqəsi. Qaliblər Azərbaycanı beynəlxalq gözəllik müsabiqələrində təmsil edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə 1996-cı ildə keçirilib. “Miss Azerbaijan” Milli gözəllik müsabiqələri Azərbaycanda 1996-cı ildən etibarən keçirilir. “Miss Azerbaijan” müsabiqəsində iştirak etmək hər bir gözəl qız qarşısında yeni imkanlar açır. Müsabiqənin qalibləri və finalçıları beynəlxalq podiumlarda çıxış edir, televiziya verilişləri aparıcısı, özəl şirkətlərin reklam siması olur, model və yaxud foto agentlikləri, internet saytları, jurnallar və s. yaradır. Ölkəmizdə həyata keçirilən Gender siyasəti qızlarımızın bu imkanlardan sərfəli istifadə edə bilməsinə geniş imkan yaradır və “Miss Azerbaijan” Milli gözəllik müsabiqəsinin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 2015-ci ildə keçirilən müsabiqədə oğlanlar da iştirak etdiyindən müsabiqənin adı yeniləndi. Hazırda müsabiqənin rəsmi adı “MISS & MISTER AZERBAIJAN”-dır.
Moskva göz yaşlarına inanmır (film, 1979)
Moskva göz yaşlarına inanmır (rus. Москва слезам не верит) — rejissor Vladimir Menşovun 1979-cu ildə çəkdiyi sovet bədii filmi. 1980-ci ildə SSRİ-dəki kino izləmə üzrə lider (təxminən 90 milyon tamaşaçı). Premyerası 1979-cu ilin sonlarında Moskva "Zvezdniy" kinoteatrında baş tutdu. 11 fevral 1980-ci ildə film ilk dəfə televiziyada nümayiş olundu. 1981-ci ildə "Ən yaxşı xarici dil filmi"" nominasiyası üzrə Oskar mükafatına və SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Murad Gözəlov
Mən ki, gözəl deyildim
== Məzmun == Kino əsərinin mərkəzində Səidə adlı (Xuraman Qasımova) gənc qızın taleyi durur. Burada II Dünya Müharibəsi illərində kənddə adamları bir-birinə bağlayan dostluq əhval-ruhiyyəsi, əzizləri cəbhədə həlak olan ailələrin dərdinə həmyerlilərin şərik çıxmaları, ümumi işin xeyrinə gecə-gündüz işləməyə hazır olmaları əks etdirilmişdir. == Film haqqında == Birinci çəkiliş günündə faciəli hadisə baş verdi. Lənkəranın Port İliç (Liman) qəsəbəsində filmin ilk epizodunu çəkən zaman pirotexnik partlayış effektini yaratmaq üçün işə başlayır. Lakin texniki səhv ucbatından əsl partlayış baş verir. Nəticədə dörd nəfər – fotoqraf, iki assistent, rejissor Ramiz Əsgərov həlak olur. Beş nəfər isə yaralanır. Yaralılar arasında çəkiləcək filmin operatoru Rasim Ocaqov, aktyor Ələddin Abbasov da var idi. Sonradan Ağarza Quliyev, Tofiq Tağızadə filmi başqa quruluşda çəkmişlər. Film yazıçı Bayram Bayramovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Mən ki, gözəl deyildim (film, 1968)
== Məzmun == Kino əsərinin mərkəzində Səidə adlı (Xuraman Qasımova) gənc qızın taleyi durur. Burada II Dünya Müharibəsi illərində kənddə adamları bir-birinə bağlayan dostluq əhval-ruhiyyəsi, əzizləri cəbhədə həlak olan ailələrin dərdinə həmyerlilərin şərik çıxmaları, ümumi işin xeyrinə gecə-gündüz işləməyə hazır olmaları əks etdirilmişdir. == Film haqqında == Birinci çəkiliş günündə faciəli hadisə baş verdi. Lənkəranın Port İliç (Liman) qəsəbəsində filmin ilk epizodunu çəkən zaman pirotexnik partlayış effektini yaratmaq üçün işə başlayır. Lakin texniki səhv ucbatından əsl partlayış baş verir. Nəticədə dörd nəfər – fotoqraf, iki assistent, rejissor Ramiz Əsgərov həlak olur. Beş nəfər isə yaralanır. Yaralılar arasında çəkiləcək filmin operatoru Rasim Ocaqov, aktyor Ələddin Abbasov da var idi. Sonradan Ağarza Quliyev, Tofiq Tağızadə filmi başqa quruluşda çəkmişlər. Film yazıçı Bayram Bayramovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Mən ki gözəl deyildim (film, 1968)
== Məzmun == Kino əsərinin mərkəzində Səidə adlı (Xuraman Qasımova) gənc qızın taleyi durur. Burada II Dünya Müharibəsi illərində kənddə adamları bir-birinə bağlayan dostluq əhval-ruhiyyəsi, əzizləri cəbhədə həlak olan ailələrin dərdinə həmyerlilərin şərik çıxmaları, ümumi işin xeyrinə gecə-gündüz işləməyə hazır olmaları əks etdirilmişdir. == Film haqqında == Birinci çəkiliş günündə faciəli hadisə baş verdi. Lənkəranın Port İliç (Liman) qəsəbəsində filmin ilk epizodunu çəkən zaman pirotexnik partlayış effektini yaratmaq üçün işə başlayır. Lakin texniki səhv ucbatından əsl partlayış baş verir. Nəticədə dörd nəfər – fotoqraf, iki assistent, rejissor Ramiz Əsgərov həlak olur. Beş nəfər isə yaralanır. Yaralılar arasında çəkiləcək filmin operatoru Rasim Ocaqov, aktyor Ələddin Abbasov da var idi. Sonradan Ağarza Quliyev, Tofiq Tağızadə filmi başqa quruluşda çəkmişlər. Film yazıçı Bayram Bayramovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.

Digər lüğətlərdə