GÖZMUNCUĞU

is. Bədnəzərdən, gözəgəlmədən qorunmaq üçün taxılan ağxallı, qara muncuq. Boynuna gözmuncuğu taxmaq.
– Ağ qoçların boyunlarından ara-sıra gözmuncuğu və yaşıl meşindən tikilmiş içi dualı üçkünc pitik asardılar. H.Sarabski.
İncə xanım çox qısqanır bizim yaman nəzərlərdən; Boynundakı ipək sapa gözmuncuğu taxır hərdən. S.Vurğun.
Gözmuncuğu bağladı; Kəhərin birçəyinə. R.Rza.

GÖZLÜKSÜZ
GÖZMUNCUQLU

Digər lüğətlərdə