1. GÜNAHKAR Günahkar deyildi o qadın ancaq; Safdı zirvələrin təmiz qarı tək (A.Şaiq); ASİ (köhn.) Ərənlər bizə busudur; Yalan söyləyən asidir (Xətayi); FAŞİQ (kl.əd.) ...Cəllad hakimlər olmasa; Kor insanlar hər fasiqi; Kəndinə rəhbər bulmasa (H.Cavid); GÜNAHLI ..məni bağışla, mən günahlıyam (İ.Musabəyov); QÜSURLU Mən ki, özümü belə işdə qüsurlu bilmirəm (M.İbrahimov); MÜQƏSSİR (hüq.) ..hesabdar bu dəfə özünü saxlaya bilmədi, bu işdə müqəssir olmadığını sübut etməyə çalışaraq tutula-tutula cavab verdi (M.Hüseyn); SUÇLU (köhn.) Heyvan kimi sərvətə satıldım; Suçlu kimi zindana atıldım (A.Şaiq); TƏQSİRKAR [Molla Qafar:] Əsla mən təqsirkar deyiləm, iş məscidin olmamağındadır (S.Rəhimov); TƏQSİRLİ Heç kimin həddi yoxdur Bədircahanı təqsirli tutsun (N.Vəzirov).
2. günahkar bax səbəbkar
3. günahkar bax müttəhim