GƏBƏRMƏK

f. Ölmək (adətən heyvanlar haqqında).
Nədənsə bir neçə ay bundan əvvəl at qançır olub gəbərmiş. C.Cabbarlı.
Tələyə də bir zorba siçovul çoxdan düşüb gəbərmişdir. H.Sarabski.

// Eyni mənada adam haqqında təhqir kimi işlənir. Qonşunun oğlu gəbərdi.
[Birinci işçi:] Yetişir! Sızlama, abdal, başıboş; Ağlamaqdansa gəbərmək daha xoş. H.Cavid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GƏBƏRMƏK ölmək — keçinmək
  • GƏBƏRMƏK gəbərmək bax ölmək

Etimologiya

  • GƏBƏRMƏK İzahı belədir: ölü bir qayda olaraq şişir. Türk dillərinin bəzilərində (məs, qaqauz dilində) hamilə yerinə qebə işlədilir
GƏBƏRMƏ
GƏBƏRTMƏ

Digər lüğətlərdə