GENƏLTMƏK

f.
1. Gen etmək, eninə böyütmək, gen hala salmaq. Paltarı genəltmək. Şalvarın belini genəltmək.
// Geyib böyütmək, enlətmək. Cemperi geyib genəltmək.
// Dərman və s. təsiri ilə genişlətmək, enlətmək. İynə vurub damarları genəltmək. Gözünə damcı töküb bəbəyi genəltmək.
2. Genişləndirmək, açmaq, böyütmək, gen etmək. Oynamaq üçün yeri genəltmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GENƏLTMƏK genişlətmək — artırmaq — böyütmək
GENƏLTMƏ
GENİŞ

Digər lüğətlərdə