1. Həvəslə, ciddiyyətlə bir işə başlamaq, şüru etmək. İşə girişmək. Yarışa girişmək.
– [Nəsir] hələ bəzi vaxt öz fikrinin üstündə duraraq böyük qardaşı ilə mübahisəyə də girişirdi.
Məclis sakit idi, hamı yeməyə girişmişdi, ağız marçıltısından başqa bir şey eşidilmirdi.
2. Cürət etmək, cəsarət göstərmək.
Başqa adam belə işə çətin girişərdi.
3. Üstünə hücum etmək, cummaq.
İkisi də qızmış nər kimi bir-birinə girişdilər. “ ”.
Rüstəm kişi pencəyini çıxarıb kənara atdı, Lal Hüseynə girişdi.