GİRLƏNMƏK

f.
1. Gəzmək, dolaşmaq, dolanmaq.
Nəbi Naxçıvanda bir az girlənib, İsmayılın yerini öyrənməyə çalışırdı, ancaq tapmırdı. Qaçaq Nəbi”.
O, Şehli kəndinin arasında xeyli dolandı, girlənə-girlənə (z.) Safonun kahasının qabağında dayandı. S.Rəhimov.

2. Yaşamaq, dolanmaq, birtəhər baş saxlamaq, keçinmək. Orada-burada girlənmək.
[Çimnaz] birtəhər girlənən ailəni artıq xərcə-borca düşməkdən qorumaq istəmişdi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GİRLƏNMƏK girlənmək bax 1. gəzmək 1; 2. yaşamaq 2

Etimologiya

  • GİRLƏNMƏK Baş girləmək, başını dolandırmaq ifadələrindəki girlə, dolandır sözlərinin mənası nədir? Mənbələrdə girlənmək kəlməsinin mənası “öz ətrafında sürətlə
GİRLƏNMƏ
GİRLİ

Digər lüğətlərdə