GÖDƏLMƏK

f.
1. Gödək olmaq, qısalmaq. Paltarı yuduqca gödəldi.
[Rza:] Divarların kölgəsi gödələrək öz dibinə düşdüyü günorta zamanları günəş adamı ilan kimi çalırdı. M.İbrahimov.
Ağacların uzanan kölgələri getdikcə gödəlirdi. Ə.Vəliyev.

2. Müddətcə azalmaq, məhdudlaşmaq, qısalmaq. Gecələr gödəlir.
– Gödəlir iştə gün, hava soyuyur; Payız olmuş, soyuq külək çovuyur. A.Səhhət.
Ağır bir yuxuyla keçir min səhər; Ürək dil açır ki, gödəlir ömür! S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÖDƏLMƏK qısalmaq — balacalanmaq — daralmaq — kiçilmək — alçalmaq

Antonimlər (əks mənalı sözlər)

  • GÖDƏLMƏK GÖDƏLMƏK – UZANMAQ Uzanacaq kölgələr; Gödələcək kölgələr; İdman et hər səhər (İ.Tapdıq)
GÖDƏLMƏ
GÖDƏLTDİRMƏ

Digər lüğətlərdə