GÖLLƏNMƏK

f.
1. Göl halına düşmək, göl kimi su yığılmaq, gölməçə əmələ gəlmək. Yağışdan küçələr gölləndi.
– Bir gün Qəmər ağacların dibini çala edirdi ki, su göllənsin, ağaclar su içsin. (Nağıl).
Ordaburda göllənmiş ( f.sif. ) suların içindən adamboyu hündürlüyündə göy qamışlar ucalırdı. M.Hüseyn.

2. Təşbeh kimi “göz yaşı axıtmaq” mənasında.
Qanlı yaşım gündən-günə bollandı; Axdı, axdı sinəm üstə gölləndi. M.V.Vidadi.
Anamın göz yaşı axıb gölləndi; Sonra saçlarını yolub dilləndi. S.Vurğun.

GÖLLƏNMƏ
GÖLLÜK

Digər lüğətlərdə

возводи́ться дёрн отъединя́ть подле́сье сгуби́ть смы́литься сопротивля́ться фриги́йка хриплова́то число́ малоо́блачный палеоклимато́лог погла́диться ротозе́йка слобода́ убира́ть ча́стый арбуз меделянка сумах чаруса cadenza exobiota pinko неудержимый