□ Gəşt etmək (eləmək, qılmaq) – gəzmək, seyr etmək, dolaşmaq.
Durdular iki qardaş, atları yəhərləyib dedilər: – Gedək bir qədər gəşt eyləyək, tainki bəlkə bir fikrimiz dağıla. ( ).
Əcəl gəşt eyləyib göydən enəndə; Heyif, cavanları salı kəməndə…
Gəştə çıxmaq – bax gəşt etmək.
Bir üzü gül, rəngi lalə, zülfü tər; Gəştə çıxıb dərər tazə bənövşə.
Yeddi gündür xanım çıxıbdır gəştə; Qapılar gəzməkdən macal da yoxdur.