1. Hündür şeyin halı; ucalıq, yüksəklik. Divarın hündürlüyü. Ağacın hündürlüyü.
2. Rəqəmlərlə: bir şeyin yerdən, oturacaqdan, səthdən ən yüksək nöqtəsinə qədər olan məsafə. Evin hündürlüyü. Üçbucağın hündürlüyü.
– Yüz addım keçdikdən sonra bir sajın hündürlükdə açıqlıq bir təpəyə çatdıq.
3. Hündür yer; təpə, təpəlik. Hündürlükdə ot biçmək.
– …Bülənd atı bir hündürlüyün yanına çəkərək, atın üstünə tullandı.