ə. «hərf» c. hərflər. Hürufi-e’rab ərəb, fars və əski Azərbaycan əlifbalarında sait yerini tutan hərflər; hürufi-imla’ fars və əski Azərbaycan əlifbalarında saitləri əks etdirən hərflər; hürufi-qəməriyyə ərəb əlifbasında sözlərin əvvəlinə «əl» müəyyənlik artikli gətirildikdə onun tam şəkildə «əl» kimi oxunmasına imkan verən 14 hərf ; (hürufi-məhmələ ərəb, fars və əski Azərbaycan əlifbalarında nöqtəsiz hərflər); (hürufi-münfəsilə ərəb, fars və əski Azərbaycan əlifbalarında özündən sonrakı hərflə birləşməyən hərflər); hürufi-müttəsilə ərəb, fars və əski Azərbaycan əlifbalarında hər iki tərəfdən (özündən əvvəl və sonra) birləşən hərflər; hürufi-saitə saitləri ifadə edən hərflər ; hürufi-samitə samitləri ifadə edən hərflər (saitlərdən başqa, bütün qalan hərflər); hürufi-şəmsiyyə ərəb əlifbasında sözlərin əvvəlinə «əl» müəyyənlik artikli gətirildikdə onun tam oxunmasına imkan verməyən 14 hərf.