HƏCƏR

ə. daş. Həcəri-əsvəd bax həcərüləsvəd; həcəri-mübarək bax həcərüləsvəd; həcəriyəməni qırmızı və narıncı rəngli qiymətli daş, əqiq.

HƏCCAM
HƏCƏRÜLƏSVƏD
OBASTAN VİKİ
Həcər
Hacər — İbrahim peyğəmbərin zövcəsi. == Tövratda Həcər == İbranicə Hagər olaraq adlandırılan bu sözün mənası “qaçmaq, qaçış” deməkdir. Həcər isə “getmək, hicrət etmək, şirkdən uzaq olmaq, yaşıdlarından üstün olmaq mənasını verən hecr kökünə aid ola bilər və Cənubi Ərəbistanda məskunlaşma mərkəzi olan Hecerlə əlaqəli olduğu güman edilir. Tövrata görə, Quranda adı çəkilməyən Həcər Misirli cariyədir. Tövratda açıq şəkildə bildirilməsə də, Həcər də Hz.İbrahimə verilən cariyələr arasında olmalıdır. Tövrata görə, uzun müddət övladı olmayan Sara dövrün qaydalarına uyğun olaraq Həcəri ərinə ikinci arvad kimi təqdim edir. Həcər hamilə qalanda Saraya münasibəti dəyişir; Sara onunla pis davranır və onu qaçmağa məcbur edir. == İslama görə == İslami mənbələrdə Həcərin Misir və Kıpt padşahlarından birinin qızı olduğu bildirilir. Atasının Menfis əhlindən olduğu və oranın şahı olduğu bildirildiyi kimi Həcərin Hz. İbrahimin Misirə gəldiyi zaman işdə olan fironun cariyələrindən olduğu da bildirilir.
Həcər Ağayeva
Ağayeva Həcər Maqsud qızı (1986) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2021). == Həyatı == Orta təhsil aldığı Azərbaycan Dövlət incəsənət Gimnaziyasinin xoreoqrafiya şöbəsini 2004-cü ildə bitirib. Həcər Ağayeva 2005-ci ildə S.Vurğun adına Dövlət Rus Dram Teatrının nəzdində aktyorluq studiyasını bitirib. 2004-2009 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissoru fakültəsində təhsil alıb. 2004-cü ildən S.Vurğun adına Rus Dram teatrın aktrisasıdır. Akademik Milli Dram Teatrında, ÜNS Teatrında, Teatr Xadimləri İttifaqının nəzdində Gənc Aktyorların laboratoriyasında tamaşalarda çıxış edib. 17 mart 2021-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Bir dəfə Qafqazda (film, 2007) Cavid ömrü (film, 2007) (rol: Firəngiz) Tanrıverdinin nağılı (film, 2008) (rol: Şəms) Laplandiyalı qonaq (film, 2009) Sonuncu dərviş (film, 2009) (rol: Maral Rəhmanzadə) Aramızda qalsın (film, 2011-2013) (rol: Əfsanə) Vəkil hanı?
Həcər Hüseynova
Həcər Hüseynova (tam adı: Hüseynova Həcər Emin qızı, 20 fevral 1962, Kirovabad) — filologiya üzrə elmlər doktoru, dosent. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı və fəaliyyəti == 1962-ci ilin fevral 20-də Azərbaycanın Gəncə şəhərində anadan olub. 1979-cu ildə 18 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinı bitirib. 1984–2002-ci illərdə Bakıdakı 269 və 146 saylı orta məktəblərdə Azərbaycan dili və ədəbiyyatı müəlimi işləmişdir. 2002-ci ildə "Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2012-ci ildə "Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2016-cı ildə Azərbaycan Prezidentinin xüsusi təqaüdünə layiq görülüb. Hazırda ADPU-nun filologiya fakültəsində işləyir, filologiya üzrə elmlər doktoru, dosentdir. Mir Cəlal irsinin təbliği ilə məşğul olan "Müəllim sözü" qəzetində baş redaktorunun müavinidir.
Həcər Nəsrullayeva
Həcər Məmməd qızı Nəsrullayeva (1924–2005) — Azərbaycan oftalmologiyasının inkişafında tanınmış alim, tibb elmləri doktoru, professor, institutun elmi işlər üzrə direktor müavini (1995–2005) == Həyatı == Həcər Nəsrullayeva 1946-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu bitirib, Azərbaycan ET oftalmologiya institutunda 1958-ci ildən işləmişdir. Həmin "Hipertoniya xəstəliyi və hamilə qadınlarda hipertoniya simptomu ilə keçən toksikoz zamanı gözün elastotonometrik müayinələri" mövzusunda namizədlik, 1968-ci ildə isə "Gözün arxa hissəsinin patologiyası zamanı görmə itiliyinin funksional vəziyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Prof. H. M. Nəsrullayeva 1971-ci ildən özünün cəhdi ilə yaradılan gözün sinir-damar patologiyası şöbəsinə rəhbərlik etmişdir. Geniş elmi erudisiyanın, zəngin klinik təcrübənin sahibi olaraq, prof. H. M. Nəsrullayeva bir çox illər ərzində biokimyəvi, biofiziki, morfohistokimyəvi və başqa müayinələrdən istifadə edərək, göz dibinin sinir-damar aparatının müxtəlif mənşəli patologiyası, şəkərli diabetlə əlaqədar əmələ gələn kataraktanın patogenezi problemlərinə həsr olunmuş tədqiqatlarla məşğul olmuşdur. O, 250-yə yaxın elmi əsər, o cümlədən 3 monoqrafiya, 7 metodik tövsiyələr, 3 müəlliflik şəhadətnamə, 32 səmərələşdirici təklif yaratmışdır. 1993-cü ildə H. M. Nəsrullayevaya professor elmi adı verilmişdir. Respublikada oftalmoloq kadrlarının hazırlanması işinə böyük məsuliyyətlə yanaşaraq, prof. H. M. Nəsrullayeva oftalmologiya sahəsində bir sıra yüksəkixtisaslı elmi və təcrübi mütəxəssislər hazırlamışdır.
Həcər dağları
Həcər dağları (ərəb. جبال الحجر‎, Cəbəl-əl-Həcər, Daşlı dağlar), həmcinin Oman dağları — Oman sultanlığı ərazisində yerləşən dağlar == Coğrafiya == Həcər dağları Ərəbistan yarımadasının şərqində, aypara formasında 450 km məsafədə uzanır. Şimal-qərbdən cənub-şərqə doğru istiqamətlənir. Omanın Birləşmiş Ərəb Əmirlikləri ilə sərhəddən başlayaraq onun Hind okeanı sahillərinə (Oman körfəzi)qədər uzanır. Həcər dağları Omanın quru daxili bölgələrini nəmli sahil iqlimi müşahidə edilən münbit Əl-Batina düzənliyinindən ayırır. Həcər dağlar qərbi (Əl Həcər-əl-Qabri) və şərqi (Əl Həcər-əl-Şarki) olmaqla iki yerə bölünür. Bu ikli hissə arasında Samail vadisi yerləşir. Buradan ölkənin sahil hissəsini daxili rayonlarla birləşdirən rahat yollar keçir. Belə ki, dağların digər hissələrində rahat aşırımlar olduqca azdır. Bu baxımdan Samail boyunca, avtomobil yolları, həmçinin neft kəmərləri, elektrik və telefon xətləri keçir.
Həcər İsababayeva
İsababayeva Həcər Muştaq qızı —Azərbaycanın qabaqcıl poçt işçisi."Azərpoçt"un 2 saylı filialının 9 saylı poçt şöbəsində poçtalyonu Sosialist Əməyi Qəhrəmanı == Həyatı == Həcər İsababayeva 1938-ci ildə Bakıda anadan olub.Ailəsi əslən Qubanın Alpan kəndindən olsa da, paytaxtda, Abdulla Şaiq küçəsi 99 ünvanında yaşayıblar.Ailədə 4 uşaq olublar– iki qardaş və iki bacı.Atası müharibədə olduğu üçün ailədə dolanışığ çətin olub Həyat elə gətirdi ki, Həcər xanım 3 uşağa – bacı və iki qardaşa baxmalı olur.Həcər xanımın uşaqlıq illəri Müharibə dövrünə təsadüf elədiyi üçün düzgün təhsil ala bilməyib,15 yaşında "Azərpoçt"un 2 saylı filialının 9 saylı poçt şöbəsində poçtalyon çalışmağa başlayır və ömrünün 63-ilini bu işə həsr edir, və xalq arasında "Həcər xala" adı ilə sevilir. Həcər İsababayeva ötən əsrin 50-ci illərindən bu günə kimi qabaqcıl poçtalyon kimi böyük şöhrət qazanıb. 1972-ci ildə ona əmək nailiyyətlərinə görə, "Lenin" ordeni və 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilib. H.İsababayeva 15 il Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Bir sıra ölkələrdə - Almaniya, Türkiyə, İsveçrə, İtaliya, Fransa və eləcə SSRİ ölkələrində Azərbaycanı təmsil etib. Bu ölkələrdə keçirilən tədbirlərdə çıxış edib. Bəstəkar Eldar Mansurov Həcər xanımın poçtalyon fəaliyyətinə "Xoş müjdəli Həcərim" mahnısı həsr edib. Həcər xanımın bir övladı – Namus Şahbalayev 1993-cü ildə Qarabağ müharibəsində şəhid olub. Qubanın Alpan kəndində dəfn etdilib.
Həcər (ad)
Həcər — qadın adı. Həcər (xalq qəhrəmanı) — xalq qəhrəmanı Qaçaq Nəbinin yoldaşı. Həcər Ağayeva — Azərbaycan aktrisası. Həcər Nəsrullayeva — tibb elmləri doktoru, professor.
Həcər (dəqiqləşdirmə)
Həcər — qadın adı. Həcər (xalq qəhrəmanı) — xalq qəhrəmanı Qaçaq Nəbinin yoldaşı. Həcər Ağayeva — Azərbaycan aktrisası. Həcər Nəsrullayeva — tibb elmləri doktoru, professor.
Həcər (xalq qəhrəmanı)
Həcər (doğum 1840, Qubadlı, Yuxarı Mollu. — ölüm 1914, Qubadlı, Aşağı Mollu.) — Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı və silahdaşı. Həcər Qaçaq Nəbi ilə birlikdə əlinə silah götürüb iyirmi beş ildən artıq at belində qaçaq həyatı keçirmiş, Azərbaycandakı kəndli hərəkatında fəal iştirak etmişdir. == Həyatı == Azərbaycanda qaçaq hərəkatının igid iştirakçılarından biri olan Həcər 1840-cı ildə Gəncə vilayəti, Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Yuxarı Mollu kəndində anadan olmuşdur. Onun atası Molla Xanalı Ortabab kəndli idi. Nəbi ilə Həcər Nəbinin valideynləri vəfat edəndən sonra evlənmişdilər. Ailələrin iqtisadi cəhətdən fərqli durumda olmaları bir-birini sevən iki gəncin ailə qurmasına mane ola bilməmişdir. Çar hökuməti və yerli məmurlar Nəbini ələ keçirmək üçün dəfələrlə Həcəri qazamata salsalar da, istəklərinə nail ola bilməmişlər. Sonradan Həcər də Nəbinin dəstəsinə qoşularaq onun ən yaxın silahdaşına çevrilmişdir. 1894-cü ildə Nəbinin dəstəsi Cənubi Azərbaycandan Naxçıvana qayıdarkən ehtiyat tədbiri olaraq Qaçaq Nəbi dəstəsini iki hissəyə bölmüş, dəstənin birinə özü, digərinə isə Həcər başçılıq etmişdir.
İbn Həcər Əsgəlani
İbn Həcər Əsgəlani (773 — 852) — görkəmli fəqih və tanınmış mühəddis. Əsl adı Əbül-Fəzl Əhməd ibn Əli ibn Məhəmməd Kinani Şafiidir. O, Misirdə doğulmuşdur. Erkən yaşlarında Quran hafizi olmuş, sonra Məkkəyə getmiş və orada nüfuzlu alimlərdən dərs almışdır. Orada o, hədis elminə böyük maraq göstərib Hicaz, Şam və Misirin görkəmli alimlərindən hədis elminin sirlərini öyrənmişdir. Sonra İbn Həcər müəllimlik etmiş, İslam elminin müxtəlif sahələrinə aid kitablar yazmışdır. Sonralar isə o, qazi (II) vəzifəsini də icra etmişdir. İbn Həcər 150-ə qədər əsərin müəllifi olmuşdur. Bu əsərlər hələ onun sağlığında ona şöhrət qazandırmışdır. İbn Həcərin ən görkəmli əsəri “Fathül-Bari fi Şərhis- Sahihül-Buxari” əsəri olmuşdur.
Həcərul-əsvəd
Qara daş (Ər: الحجر الأسود, Həcərül Əsvəd, Həcər: Daş, Əsvəd isə: Qara) — Məkkədə Kəbənin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar. == Qara daşın yerinə qaytarılması == İbn İşaqın məlumatına görə 605-ci ildə Məhəmməd( s.a.s) Kəbənin divarındaki Qara Daşın yerləşdirilməsində iştirak etmişdi. Qara Daş Kəbənin bərpası zamanı çıxardılmışdı. Məkkənin rəhbər şəxsləri kimin Qara Daşı yerinə qaytarması barədə qərara gələ bilmirdilər. Ən nəhayətdə qərara aldılar ki, qapıdan daxil olan bir sonraki adam Qara Daşı yerinə qaytarmaq səlahiyyətinə malik olsun. Bu zaman Məhəmməd(s.a.s) qapıdan içəri daxil oldu. Beləliklə, Məhəmməd(s.a.s) daşı bir parçanın ortasına yerləşdirdi. Digərləri isə kənarlarından tutdular və birlikdə Qara Daşı apardılar. Sonra isə Məhəmməd(s.a.s) daşı yerinə yerləşdirdi.
Ruşeyd Həcəri

Digər lüğətlərdə