HACIQULU

Allahın Hacı qulu.
HACIQƏNBƏR
HACIMEHDİ
OBASTAN VİKİ
Hacıquluların malikanəsi
Hacıquluların malikanəsi — Şuşa şəhərində yerləşən tarix-memarlıq abidəsi. Üç mərtəbəli saray tipli evin inşasına 1849-cu ildə İkinci Gildiya taciri Qulu Məhəmmədəli oğlunun sifarişi əsasında başlanılmışdır. Hacı Qulu sarayı kimi tanınan bu mülk, öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsdə heyrət doğururdu. Sarayın 46 otağı və iki böyük qonaq zalı var idi. Evin uzadılmış düzbucaqlı formasına malik planı, ara divarı boyunca inşa edilmiş və birinci mərtəbədəki xidməti otaqları ikinci mərtəbədəki yemək və yaşayış otaqları ilə birləşdirən pilləkəni ilə diqqət çəkir. Evin tamamilə parad xarakteri daşıyan üçüncü mərtəbəsi iri zal və onun yanlarında yerləşən qonaq otaqlarından ibarətdir. == Tarixi == Şuşanın Çuxur məhəlləsindəki bu mülk İkinci Gildiya taciri Qulu Məhəmmədəli oğlu tərəfindən 1849-cu ildə inşa etdirilib. Bir zamanlar Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət edən Hacı Qulu, daha sonra, ticarətlə məşğul olur. Sonralar Şuşanın varlı tacirlərindən birinə çevrilir və əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplayır. Hacı Qulu sarayı kimi tanınan bu mülk, öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsdə heyrət doğururdu.