HALI
HALQA
OBASTAN VİKİ
Halqa əməliyyatı
Çaykənd əməliyyatı və ya "Halqa" əməliyyatı (rus. Операция «Кольцо», Operatsiya Koltso; erm. «Օղակ» գործողություն, Oghak gortsoğutyun) — 1991-ci ilin may ayında Qarabağın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələrində və Ermənistan SSR-in Noyemberyan, Gorus və Tavuş mərzlərində Sovet Daxili qoşunları və OMON-un keçirdiyi hərbi əməliyyat. Rəsmi olaraq "pasport yoxlanılması" adlanan əməliyyat, Sovet İttifaqının daxili işlər və müdafiə nazirliklərinin əsas məqsədi erməni hərbi dəstələrinin silahsızlaşdırması idi. Əməliyyatda Sovet Quru Qoşunları hərbi nəqliyyat vasitələri, artilleriya və vertolyotlarla müşayiət olunurdu və özünü fədai adlandıran erməni silahlı dəstələrini məhv etmək nəzərdə tutulurdu. Çaykənd əməliyyatı strateji məqsəd güdürdü. Qarabağın hüdudlarında erməni kəndlərini boşaldan Azərbaycan hökuməti fədailəri təcrid edib, onların təchizat yollarını kəsməyə çalışırdı, Qarabağ ətrafında azərbaycanlıların məskunlaşdığı yeni kəndlərdən "halqa" yaratmaq istəyirdi. Azərbaycan tərəfindən Çaykənd əməliyyatında, general Məhəmməd Əsədovun rəhbərlik etdiyi OMON-da isə yalnız azərbaycanlılar xidmət edirdilər. Əməliyyatda OMON-un komandiri Rövşən Cavadov da aktiv iştirak etmişdir. Çaykənd əməliyyatı Qarabağ münaqişəsinin açıq, hərbi mərhələsinin başlanğıcı oldu.
Şan-Çi və on halqa əfsanəsi
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Şan-Çi və on halqa əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Şanq-Çi və on halqa əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Ağ halqalı çalağan
Ağ halqalı çalağan (lat. Leptodon forbesi) — leptodon cinsinə aid heyvan növü.
Bakı Şəhər Halqası
Bakı Şəhər Halqası (ing. The Baku City Circuit) — Bakı şəhərində, Dənizkənarı Milli Park yaxınlığında yerləşən motor yarışması dairəsi. 2016-cı ildən bu dairədə Avropa Qran Prisi və əlaqəli yarışların keçirilir. == Tarixi == === İnkişaf === 2013-cü ilin dekabrında Formula 1 prezidenti və baş direktoru Berni Ekklstoun bu yolda yarışmanın 2016-cı ildən keçirilməsinə başlanacağını açıqlasa da, sonradan Koreya Qran Prisinin müqavilə şərtlərinin pozulmasına görə yarışma tarixinin 2015-ci ilə keçirilməsini bildirmişdi. Lakin, 2014-cü ilin iyulunda yarışmanın 2016-cı ildən etibarən keçiriləcəyi xəbər verilmişdir. === Dizayn === Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən yol memar Hermann Tilke tərəfindən dizayn edilmişdir. Azadlıq meydanından başlayan yol Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2.2 km (1.4 mi) dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerinə dönür. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçəri Şəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edir.
Baltik dəniz halqaşəkilli suiti
Ereksiya halqası
Ereksiya halqası (ing. - cock ring) - ereksiyanı daha güclü hala gətirmək və ya müddətini uzatmaq üçün nəzərdə tutulmuş penisin ətrafına taxılan halqa. Ereksiya halqası orqazmın intensivliyini də əhəmiyyətli dərəcədə artıra bilər. Seks oyuncaqlarından biri hesab olunun ereksiya halqaları dəri, metal, plastik, kauçuk, silikon kimi müxtəlif materiallardan hazırlana bilər. == Risklər == Ereksiya halqası satıcıları və tibbi mənbələr ereksiya halqasının 30 dəqiqədən çox taxılmamalı olduğunu vurğulayırlar. Bu müddətdə yuxuya getmək və ya narkotik istifadə etmək təhlükəlidir. Penisin keyiməsi, soyuması və ya ağrıması problemlərin başlamasına işarədir. Belə hislər yarandıqda ereksiya halqası mütləq çıxarılmalıdır.
Halqalı cürə
Halqalı cürə (lat. Callonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Halqalı kiçik çovdarçı
Halqalı kiçik çovdarçı (lat. Charadrius dubius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü. Yekələrin bir boz-qonur geri və qanadları,ağ qarın və bir qara boyun bandı ilə ağ sinəsi var.Onların boz papağı, ağ alnı, gözləri ətrafında bir qara ilə yuxarıda ağ maska ​​və qısa tutqun dimdikləri var.
Halqaşəkilli bulvar
Halqaşəkilli bulvar (erm. Օղակաձև Զբոսայգի), həmçinin Cavanlıq Parkı — Ermənistanın paytaxtı İrəvan şəhərinin Kentron rayonunda yerləşən park. == Tarixi == Tikintisi şəhərin inkişafının əsas planında 1924-cü ildə nəzərdə tutulmuşdur. Nəticədə layihə qismən həyata keçirildi. Park şimaldan, şərqdən və cənub-şərqdən şəhərin mərkəzi hissəsini əhatə edir. Bulvar Tiqran Mesa prospekti və Poplavok gölünə, şimaldan Maştots prospektinə qədər, cənubdan isə Müqəddəs Qriqor Lusaroviç Kilsəsinə qədər olan ərazini əhatə edir. Təxminən 2,5 km uzunluğa və 120 metr enə malik oraqşəkilli ərazidir. Moskovyan və Xandjyan küçələri bulvarın daxili sərhədini təşkil edir. Bulvarın xarici sərhədini isə İsaakyan, Alek Manukyan və Yervand Koçar küçələri təşkil edir. Şimaldan cənuba doğru bulvar boyunca Teryan, Abovyan, Nalbandyan, Qeratsi, Vardanyan küçələri və Sayat Nova prospekti uzanır.
Halqaşəkilli suiti
Halqaşəkilli suiti (lat. Pusa hispida) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinə aid heyvan növü. Əsasən Şimal Buzlu okean sularında və ona yaxın dənizlərdə, Ladoqa gölü və Sayma gölü sularında yayılmışdır. == Xariçi görünüş == Halqaşəkilli suiti adı bu növə onun üzərində olan şəkillə əlaqədardır. Yetkin fərdin uzunluğu 1,1–1,5 metr təşkil edir. Çəkisi isə 70 kq, baltik yarımnövündə isə 100 kq olur. Onlar yaxşı, görmə qabiliyyətinə malik olurlar və yaxşı eşidirlər. == Yayıldığı ərazi == Bu növə dörd yarımnöv daxildir. Onların hərəsi bir ərazidə yaşasalarda, bu ərazilər əsasən subartik əraziləri əhatə edir. Ağ dəniz halqaşəkilli suitisi (P. h.
Halqaşəkilli şəbəkə
Halqaşəkilli şəbəkə (en. ring network) - bəndləri qapalı kontur (halqa) boyunca birləşdirlmiş lokal kompüter şəbəkəsi (LAN). Halqaşəkilli şəbəkədə məlumatlar bir bənddən başqa bəndə bir istiqamətdə keçir, yəni məlumat halqa boyunca hərəkət edir və hər bir bənd məlumatda olan təyinat məntəqəsinin ünvanını yoxlayır. Ünvan verilmiş bəndin ünvanı ilə üst-üstə düşürsə, həmin bənd məlumatı qəbul edir, əks halda, bənd siqnalı yenidən generasiya edir və məlumatı çevrə boyunca növbəti bəndə yönəldir. Belə ötürmə üsulu ulduzşəkilli (STAR NETWORK), yaxud şin şəbəkələrə (BUS NETWORK) nisbətən halqaşəkilli şəbəkə ilə daha böyük məsafəni əhatə etməyə və korlanmış bəndlərdən yan keçməyə imkan verir. Ancaq kontur qapalı olduğundan şəbəkəyə yeni bəndlərin qoşulması çətin ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mühafizə halqaları
Mühafizə halqaları (en. Protection ring) - Ring 0, Ring 1, Ring 2, Ring 3; sistem və istifadəçi səviyyəsində üstünlüklərin (imtiyazların) texniki cəhətdən ayrılmasını gerçəkləşdirən informasiya təhlükəsizliyi və dayanıqlı fəaliyyət arxitekturası. Üstünlüklərin strukturunu bir neçə konsentrik dairə şəklində göstərmək olar. Bu halda resurslara maksimal erişməni təmin edən sistem rejimi (supervizor rejimi, yaxud “0 halqası”) daxili dairə, məhdud erişimli istifadəçi rejimi isə xarici halqadır. Ənənəvi olaraq, x86 mikroprosessorları ailəsi dörd mühafizə halqasını təmin edir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nyuton halqaları
Nyuton halqaları — bərabərenli interferensiya zolaqları. Nyuton halqaları işığın sferik səth ilə müstəvi səth arasındakı dəyişənqalınlıqlı mühitdən qayıtması, yaxud keçməsi nəticəsində yaranır. Bu hadisəni ilk dəfə 1675-ci ildə İ.Nyuton təsvir etmişdir. Müşahidə monoxromatik işıqla aparıldıqda ardıcıl növbələşən qaranlıq və işıqlı halqalar sistemi alınır. Ağ işıqla müşahidə zamanı Nyuton halqaları rəngli olur.
Rusiyanın qızıl halqası
Rusiyanın qızıl üzüyü (rus. Золото́е кольцо́) - Moskvadan şimali-şərqdə yerləşən qədim rus şəhərlərin dairəsi. Bu region əvvələr Zalesye adı ilə tanınırdı. Bu qədim şəhərlər ümumilikdə Rus pravoslav kilsəsinin yaranması və formalaşmasına əsas səbəb olmuşdu. Şəhərlər "açıq hava muzeyləri" statusu almışdılar, xüsusilə də XII-XVIII əsrlərdə tikilmiş bir çox kilsə və kreml binalarıdır. Bu şəhərlər Rusiyada ən mənzərəli sırasındadırlar və bura Rusiyanın məşhur soğan qübbəli tikililərinin formalaşdığı yer kimi də hesab edilə bilər. Qızıl üzük turiz marşrutuna daxil olan şəhərlərin ümumi sayı 8-dir, lakin gələcəkdə bu sıra daha da artacağı gözlənir. Marşruta daxil olan şəhərlər: Sergiyev Posad Pereslavl-Zalesskiy Rostov Velikiy Yaroslavl Kostroma İvanovo Gus-Xrustalnı Suzdal Vladimir Rıbinsk Uqliç Mışkin Alexandrov Yaroslavl şəhəri 1010-cu ildə əsası qoyulub. Tarixi mərkəzdə 140 memarlıq abidəsinin olduğu üçün, Yaroslavl UNESCO-nun Ümumdünya irsinə daxil edilmişdir. Kostroma'nın dominant abidələrindən İpatyev monastırını nümunə gətirmək olar.
Saturnun halqaları
Saturnun halqaları – Saturn planetini əhatə edən qaya, toz və buz hissəciklərindən ibarət olan halqalardır. Saturnun halqaları ilk dəfə 1610-cu ildə Qalileo Qaliley tərəfindən müşahidə olunmuşdur. Buna baxmayaraq onların halqa olması 1655-ci ildə Xristian Hüygens tərəfindən müəyyən olunmuşdur. Halqaları meydana gətirən qaya, toz və buz hissəcikləri Saturn və onun peyklərinin cazibə qüvvəsinin təsirinə məruz qalaraq, öz formasını qoruyan dinamik sistem əmələ gətirirlər. Saturnun halqaları planetin buludlarından bir az aralıdan başlayıb, azı 16 peykin də orbitini əhatəsinə alaraq Saturnun mərkəzindən 480000 km uzaqlığa qədər yayılır. Halqalar Saturnun ekvator xəttinə paralel yerləşir və planetlə birlikdə 27° meyilliyə sahibdir. Yerdən müşahidə oluna bilən Kassini aralığı və Enke aralığından başqa, kosmik gəmilərdən əldə olunan şəkillərdə müşahidə olunan minlərlə dairəvi boşluq və halqacığın ardıcıl düzülməsi nəticəsində meydana çıxan qarışıq bir quruluş olduğu aşkarlanmışdır. Halqaların parlaqlığı planetin mərkəzindən uzaqlaşdıqca kəskin fərqliliklərlə müşahidə olunur. Buna səbəb kimi halqalardakı maddələrin sıxlığı, onların ölçüləri və kimyəvi tərkibi göstərilir. Yüksək sıxlıqda buz hissəciklərindən meydana gələn B halqası 0,8 dərəcəlik ağlığa sahibdir.
Yupiterin halqaları
Yupiterin həlqələri — Bu günə qədər yalnız Saturnun halqaları olduğu bilinirdi. Başqa planetləri ziyarət edən kosmik gəmi Pioner 10 Yupiterin həlqələri olduğunu sübut etdi. Saturnun həlqələri kimi Yupiterin həlqələri də tozdan ibarətdir.
Şen halqası
Şen halqası — Qədim Misirdə firon və ya hökmdarlara məxsus tumar. "Şen" sözü Qədim Misir dilində "mühasirə" və ya "çevrələmək" mənasını verir, əbədi mühafizə ya qorunmanı təmsil edir.
Baltik dənizi halqaşəkilli suitisi
Baltik dənizi halqaşəkilli suitisi (lat. Pusa hispida botnica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Əsasən Baltik dənizinin buzlu, soyuq sularında yaşayır. Əsasən İsveç, Finlandiya Estoniya və Rusiya dövlətlərinin Baltik dəniz sahilləri boyunca rast gəlinir. Onların sayı 6000–9000 arası qiymətləndirilir. Fin körfəzində isə 200 baş müəyyən edilmişdir. Ən böyük yerləşim yeri Xanqeloda adasıdır. Tükənmə təhlükəsi olan növlər siyahısına daxil edilmişdir. Yetkin fərdin uzunluğu 100–160 sm, çəkisi isə 45–90 kq təşkil edir.

Digər lüğətlərdə