Zeyd ibn Harisə
Zeyd ibn Harisə (581, Ərəbistan yarımadası – 629, Muta[d], ərəb. زيد بن حارثة الكلبي) — Məhəmməd peyğəmbərin səhabələrindən biri və onun oğulluğu. Quranda adı Zeyd olaraq keçir.
== Bioqrafiya ==
Tam adı Zeyd ibn Harisə ibn Şuraxil ibn Əbdül-Uzzadır. Erkən uşaqlıqda əsir düşən Zeyd ibn Harisə Hakim ibn Xəzəm tərəfindən fidyə alınaraq Xədicə binti Xuveylidə təqdim edilir. Məhəmməd peyğəmbərlə evləndikdən sonra Xədicə Zeydi ərinə verir. İslam dinini qəbul edən ikinci şəxs Zeyd, ondan sonra həyat yoldaşı Ümmü Eymun olur. Zeyd ibn Harisə Məhəmməd peyğəmbərin ən sevimli səhabələrindən biri idi.
== Övladlığa götürmə ==
Peyğəmbərlik missiyasına başlamazdan əvvəl Məhəmməd peyğəmbər Zeydi oğlu və varisi elan edir. Övladlığa götürüldükdən sonra onun adı Zeyd ibn Muhəmməd idi.