HAVAYI

[ ər. ]
1. zərf İşləmədən, zəhmət çəkmədən, zəhmətsiz.
Düşündüm, ən nəhayət şair qəlbimə damdı; Süfrəsində havayı çörək yeyənləri vardı. S.Rüstəm.

2. zərf Boş yerə, əbəs, nahaq, hədər.
Havayı axmasın nə su, nə külək; Tarlada bir qoza qalmasın gərək! S.Vurğun.
Qoy hər bir əsgərimiz çox böyük və müqəddəs iş üçün vuruşduğunu bilsin, bir gülləni belə havayı atmasın. Mir Cəlal.

3. sif. Boş, faydasız, dəyərsiz, mənasız, əsassız. Havayı söhbət.
[Şamama Cadu:] Başına dönüm, elə bilirsən, mən sənə havayı söz deyirəm. Ə.Haqverdiyev.
[Qulu:] Qulu heç vaxt havayı söz danışmamışdır. İ.Əfəndiyev.

4. zərf Pulsuz, məccani, qarşılıqsız.
Havayı keçirmədi bir saatı, bir anı; Nizami Gəncəvinin “Leyli-Məcnun” dastanı; Onu vəcdə gətirdi… B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HAVAYI havayı bax 1. əbəs; 2. müftə; 3. faydasız 1
  • HAVAYI faydasız — əsassız — lüzumsuz
  • HAVAYI boş — nahaq — əbəs — hədər — bica — bihudə
  • HAVAYI pulsuz — müftə — müsəlləm — məccani

Etimologiya

  • HAVAYI Hava sözü ilə bağlıdır, isimdən düzəlmiş sifətdir. “Bəxşiş” (havayı vermək) və “boş” (havayı söhbətdir), “pulsuz” mənasında işlənir
HAVATƏMİZLƏYİCİ
HAVAYIYEYƏN
OBASTAN VİKİ
Havayı proqram təminatı
Freeware (ingilis dilindən tərcümədə Free və Software sözlərindən əmələ gəlib). Freeware kompüter proqram təminatının bir növüdür. Bu tip proqramlar müəllif tərəfindən pulsuz olaraq internetdə paylaşılır və gəlir qazanmaq məqsədi daşımır.
Şərti havayı proqram
Şərti havayı proqram (ing. shareware) — müəlliflik hüququ qorunan və pulsuz yayılan, ancaq, adətən, qeydiyyatdan keçmək və sənədləri, proqramı yeniləməyə gərəkli olan məsrəflərin yerini doldurmaq üçün məhsuldan razı qalan istifadəçilər tərəfindən dəyəri ödənilən proqram təminatı.

Digər lüğətlərdə