Fransua-Haviyer Bonyu Assosiasiyası
"Fransua-Haviyer Bonyu Assosiasiyası" (fr. Association François-Xavier Bagnoud və ya FXB International) — QİÇS və yoxsulluğun zərər çəkmiş uşaqlar üçün yardım təmin etməyə yönəlmiş beynəlxalq təşkilat.
Təşkilat 1989-cu ildə təsis edilib. Belə ki, fransalı keçmiş jurnalist və film istehsalçısı Albina dü Buaruvrey 1986-cı ildə həyatının ən ağır itkisini verdikdən - yeganə oğlu Fransua-Haviyer Bonyunu itirdikdən sonra nə isə yaxşı bir iş görmək istəyir. Ona görə də oğlunun adını daşıyan, kasıb ölkələrdəki insanlara yardım edəcək xeyriyyə təşkilatını – "Fransua-Haviyer Bonyu Assosiasiyası"nı yaradır.
"Mən bu təşkilatı yaratmaqla onun etmək istədiklərini, insanları xilas etmək, əsasən də uşaqlar olmaqla, imkansız, çox şeydən məhrum olan insanlara yardım etmək istədim."
Təşkilat fəaliyyətinə 1990-ci illərdə, uşaqlarda QİÇS xəstəliyi olan Uqandadan başlayıb. Hazırda Afrika, Asiya və Latın Amerikasının ən yoxsul 8 ölkəsində fəaliyyət göstərir.
İlk üç ildə hər 100 ailədən 80-i bu proqrama daxil edildi. Birinci il onlar pulsuz ərzaq, tibbi yardım, təhsil və evlə təmin edilirdi ki, bu müddət ərzində ailə başçısı pul qazanmaq üçün yollar axtarırdı. Bu, ya bir inək, ya bir paltartikən maşın, ya da kənd təsərrüfatı üçün lazım olan alət ola bilərdi.