HERO

n (pl -oes) 1. qəhrəman; national ~ milli qəhrəman; 2. əsas iştirak edən şəxs / personaj, qəhrəman; the ~ of the story / of an adventure hekayənin / macəranın qəhrəmanı

HERNIA
HEROIC
OBASTAN VİKİ
My Hero Academia
Qəhrəmanlıq Akademiyam (yaponca: 僕のヒーローアカデミア, Hepbörn: Boku no Hīrō Akademia) — Kohei Horikoşi tərəfindən yazılıb illüstrə edilən yapon superqəhrəman manqa serialı.
Yuki Yuna is a Hero
Yuki Yuna is a Hero (yaponca: 結城友奈は勇者である, Hepbörn: Yūki Yūna wa Yūsha de Aru, azərb. "Yuki Yuna bir qəhrəmandır"‎) — "Takahiro IV Project" adlı layihənin bir parçası olaraq "Studio Gokumi" tərəfindən hazırlanmış və Seyci Kisi tərəfindən çəkilmiş 12 seriyalıq Yaponiya anime-serialı. Serial Yaponiyada MBS telekanalında 16 oktyabr və 25 dekabr 2014-ci il tarixləri arasında efirə verilmişdir. Anime "Pony Canyon" şirkətinin Şimali Amerika leyblı "Ponycan USA" tərəfindən lisenziyalanmışdır. "ASCII Media Works" şirkəti tərəfindən çoxsaylı ranobe və manqa seriyaları nəşr olunmuşdur. 2015-ci ilin fevral ayında Yaponiyada bir "PlayStation Vita" videooyunu satışa çıxarılmışdır. 2014-cü ilin dekabr ayında "Windows" platforması üçün bir vizual roman satışa çıxarılmışdır. Prikvel ranobesi və sikvel serialından ibarət olan II anime mövsümü layihəsi 2017-ci ilin mart ayından 2018-ci ilin yanvar ayına qədər davam etmişdir. == Süjet == Anime-serialın süjeti Yaponiyanın Şikoku adasında yerləşən, uydurma Sanşu şəhərində keçir. Bu şəhər gerçək həyatdakı Kaqava prefekturasının Kanonci şəhərinə əsaslanır.
Guerrillero Heroico
Guerrillero Heroico — marksizm inqilabçısı Çe Qevaranın təsvir olunduğu əlamətdar fotoqrafiya, müəllifi Alberto Kordadı. Foto 1960-cı il martın 5-də Havanada keçirilən "La Coubre" teploxodunun partlayış qurbanlarının xatirəsinə olan mitinqdə çəkilib. Foto Leica M2 fotoaparatı ilə Kodak şirkətinə məxsus olan lentə çəkilib. 1960-cı illərin sonlarında Çe Gevara inqilabi fəaliyyətini dəyandırdı və edamı edildi, onun gördüyü işlərlə birlikdə şəkil Çe Qevaranın xarizmatik və ziddiyyətli obrazını "Mədəni ikona"ya çevirdi. Sonralar Korda deyirdi ki, Çe Qevaranın şəkildəki üz mimikası onun "qəti barışmazlığı" və möhkəm xarakterini ifadə edir. == Tarixi == "La Coubre" yük gəmisi 4 mart 1960-cı ildə Havana limanında boşaldılması zamanı partlamışdır. Partlayış zamanı yüzdən çox insan həlak oldu və daha iki yüzü xəsarət aldı. O vaxt sənaye naziri olan Ernesto Qevara partlayış zamanı aqrar islahatlar milli institutunda idi, hadisə baş verən kimi dərhal limana gəldi və bir neçə saat ərzində yaralılara tibbi yardım göstərərək xilasetmə əməliyyatında iştirak etdi. Ertəsi gün, martın 5-də Kuba inqilabının lideri Fidel Kastro MKİ-ni partlayış törətməkdə ittiham etdi. Terror aktı qurbanlarının xatirəsinə matəm mitinqi və sonrakı Malekon bulvarından Kolon qəbiristanlığına olan marş zamanı Fidel nitqində sonradan məşhur olacaq "Vətən ya ölüm" (isp.
Herodot
Herodot (yun. Ἡρόδοτος Ἁλικαρνᾱσσεύς: Hērodotos Halikarnāsseus; təq. e.ə. 484, Halikarnas[d] – təq. e.ə. 425) — qədim yunan tarixçisi. O "Tarix" əsərinin müəllifidir. Yunan tarixçisi Herodot Əhəmənilər imperiyasına daxil olan xalqlardan bəhs edərkən Azərbaycanın şimalında Kaspilərin adını çəkir. Herodot bəşəriyyət tarixi boyunca ilk tammiqyaslı tarix traktatının müəllifidir. Onun "Tarix" əsərində yunan-fars müharibələri və həmin dövrün xalqlarının adət-ənənələri və yaşayışı təsvir edilir.
Herodotia
Herodotia (lat. Herodotia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Herodotia alainii J.Jiménez Alm. Herodotia mikanioides Urb.
Heroes (Mons Selmerlöv mahnısı)
Heroes Join Forces
Qəhrəmanlar güclərini birləşdirir (ing. Heroes Join Forces) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi krossoverlərdən ikincisi. Krossover hadisəsinə 1 dekabr 2015-ci ildə “Fleş” teleserialının “Bu günün əfsanələri” adlı seriyası ilə başlanılmış və növbəti gün “Ox” teleserialının “Dünənin əfsanələri” adlı seriyası ilə davam etdirilmişdir. Hər iki seriyada DC-nin spin-off kimi inkişaf etdirdiyi yeni layihə olan “Sabahın əfsanələri” teleserialının personajları da iştirak etmişdir. Krossoverdə Barri Allen / Fleş və Oliver Kuin / Ox, Qırğı-qız və Qırğı-adamın reinkarnasiyaları olan Kendra Sanders və Karter Hollu öldürməyə çalışan Vandal Sevecə qarşı mübarizə aparmaq üçün güclərini birləşdirirlər. “Fleş Oxa qarşı” adlı birinci krossoverin müsbət qarşılanmasından sonra, The CW prezidenti Mark Pedoviç, Ox Kainatında krossover hadisəsinin hər il baş tutacağını elan edir, 2015-ci ilin yanvarında isə ikinci krossover hadisəsinin baş tutacağı bildirirlir. Həmin ilin sentyabrına kimi hər iki seriya üçün ssenari yazılır, həmin il sentyabrın sonları və oktyabr ayı ərzində isə çəkilişlər həyata keçirilir. Krossoverdə hər iki serialın əsas aktyor heyətinə daxil olan aktyorlar öz rollarını təkrarlayırlar. Hər iki seriya ümumilikdə müsbət qəbul edilsə də, “Sabahın əfsanələri”nin təqdimatı qarışıq rəylərlə qarşılanmışdır. Reytinqlər birinci krossoverin reytinqlərindən daha zəif olsa da, bütün mövsümün ən yüksək nəticələri əldə edilmişdir.
Heroes of Newerth
=== Heroes of Newerth === Heroes of Newerth (Hon) (Azəri anlamı: Newerth'ın Qəhrəmanları), S2 Games tərəfindən Microsoft Windows, Mac OS X və Linux üçün yapımcılığı edilmiş bir moba oyunu. Oyun 12 May 2010 tarixində yayımlanmış və 29 iyul 2011 tarixində bir pulsuz oyun olaraq yenidən nümayiş olunmuşdur. Warcraft III: Frozen Throne'un Dota (Defence of the Ancients) xəritəsinin qanunları istifadə Icefrog'un razılığı çıxmışdır. DotA'dan müəyyən sayda qəhrəman eynilə alınmış, bəzi kahramanlarsa kiçik dəyişikliklərlə oyuna əlavə olunmuşdur. Oyunda bir çox xüsusi qəhrəman olmasının yanında, artıq DotA'dan qəhrəman eklenmiyor. Oyunda yaşıl təmasıyla yaxşıları təmsil edən Legion və qırmızı təmasıyla pisləri təmsil edən Hellbourne olmaq üzrə 2 komanda var. Oyun əslində bir cür hekayə üzərinə quruludur və hər şey üç xəritədə reallaşar. bunlar; Caldavar Meşəsi (Forest of Caldavar), Meydan Müharibəsi (Mid Wars) və Çatlaq Savaş (Rift Wars) xəritələrinin. Hər qəhrəmanın özünə xas hekayəsi və xüsusiyyətləri vardır. Oyuna yeni başladığınızda oynadığınız oyunlar kaydedilmez və sizə təcrübə və yalnız oyun içində istifadə kostyum kimi market əşyaları ala biləcəyiniz silver, yəni gümüş qazandırar.
Heroin
Heroin və ya diasetilmorfin (diamorfin) – XIX–XX əsrin əvvəllərində dərman kimi qəbul edilən narkotik növü. XIX əsrin sonundan XX əsrin əvvəllərində dərman kimi istifadə edilən yarı sintetik ağır opioid dərmandır. Asılılığa səbəb olur. Formulu: C21H23NO5. XX əsrin sonu və XXI əsrin əvvəlindən opioid narkotik istifadəçilərinin əksəriyyəti heroindən istifadə edir. Bu, onun bariz narkotik təsiri, nisbi ucuzluğu və sürətlə inkişaf edən fiziki və əqli asılılığı ilə bağlıdır.
Herold Belger
Herold Karloviç Belger (alm. Herold Belger‎, 28 oktyabr 1934, Engels, Volqa Alman Muxtar Sovet Respublikası, RSFSR, SSRİ — 7 fevral 2015, Almatı, Qazaxıstan) — Qazaxıstan tərcüməçisi, nasir, publisist, ədəbiyyatşünas. Qazax ədəbiyyatı klassiklərinin (Mailin, Musrepova, Nurpeisova və s.) rus dilinə tərcüməçisi, çoxsaylı roman, hekayə və ədəbi tənqidi əsərlərin müəllifidir. O, həmçinin Qazaxıstanda və Rusiyada almanların mövcud durumu və mədəniyyəti barədə də çox saylı araşdırma müəllifidir. Sülh və Ruhani Razılaşma üçün Prezident Mükafatı laureatıdır (1992). == Həyatı == Herold Karloviç Belger Volqa almanları ailəsində anadan olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başladıqdan az sonra İosif Stalinin əmri ilə, etnik alman olaraq, SSRİ-dəki bütün almanlar kimi Qazaxıstana sürgün edilmişdir. Gənc Heroldun ailəsi İşim çayının sahilindəki indiki Yskaka Ybırayeva (SKO) qəsəbəsi yaxınlığında qazax aulunda məskunlaşdı. Burada elə Herold qazax dilini mükəmməl mənimsəmişdir. Belger ilk təhsilini qazax orta məktəbində almış, sonradan Almatıdakı Qazaxıstan Pedaqoji İnstitutunun (indiki Abay Universiteti) filologiya fakültəsində oxumuşdur.
Heron
Heron (təq. 10, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 75, İsgəndəriyyə, Roma Misiri[d]) – bizim eranın əvvəlində (I əsr) İsgəndəriyyədə yaşamış, öz dövrünün ən məşhur mühəndisilərindən biri, yunan riyaziyyatçısı və mexaniki. == Həyatı == Heronun tərcümeyi halı üzün müddət müəmmalı olaraq qalmışdır. Əsərlərində özünü "Heron Ktesibiu" adlandırması tarixçilər arasında çaşqınlığa səbəb olmuşdur. Tərcümədə "Heron Ktesibios oğlu" alınması onun məşhur alim, bizim eranın III əsrində yaşamış Ktesibiosun oğlu olmasına şübhə yaratmışdır. Heron öz başqa əsərlərində ayın üzünün tutulmasından yazır ki, bu da onun bizim eranın əvvəlində yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər ki, onun atasının adı sadəcə olaraq "Ktesibios" olmuşdur.
Heron (futbolçu)
Heron Krespo da Silva (br-port. Heron Crespo da Silva; 17 avqust 2000, Rio-de-Janeyro) və ya sadəcə Heron — Braziliya futbolçusu, Moldova Milli Diviziyasında çıxış edən "Şerif" FK-nın müdafiəçisi. == Klub karyerası == Heron Krespo da Silva Rio-de-Janeyroda anadan olmuşdur. O, 30 aprel 2017-ci ildə "Osvaldo Kruz"un heyətində debüt etmiş, komandası "Qremio Prudente" ilə qarşılaşmada 3:0 hesablı qələbə əldə etmişdir. Heron 16 yaşında klubda meydana çıxan ən gənc oyunçu olmuşdur. O, 16 fevral 2018-ci ildə "Qoyas"a transfer olmuş və daha sonra gənclər komandasına qayıtmışdır. 21 avqust 2021-ci ildə Heron Danimarka "Superliqa"sında çıxış edən klubuna "Vayle Boldklub"a qoşulmuşdur. 21 iyun 2022-ci ildə "Şerif Tiraspol" Heronun kluba qoşulduğunu açıqlamışdır.
Heron düsturu
Tərəfləri a, b, c olan üçbucaq Heron düsturu — Üçbucağın sahəsini hesablamaq üçün istifadə olunan düstur. Burada p üçbucağın yarımperimetridir,üçbucağın tərəfləri == Heron düsturundan istifadə etməklə alınan düsturlar == Tərəfi a olan bərabərtərəfli üçbuçağın Heron düsturuna görə sahəsi: S = p ( p − a ) ( p − a ) ( p − a ) ⇒ {\displaystyle S={\sqrt {p(p-a)(p-a)(p-a)}}\Rightarrow } p = 3 a 2 {\displaystyle p={\frac {3a}{2}}} olacaq.
Heroonpol
Heroonpol (nom) — Qədim Misirdə nom. Heroonpol (şəhər) — Pifom şəhərinin yunan dilində adı.
Heroonpol (nom)
Heroonpol (q.yun. Ἡρωοπολίτης νομός) və ya Ua-em-huu-ges-iabti (q.misir 𓈨; "şərqi harpun"), — Qədim Misirdə inzibati rayon (nom). Heroonpol Aşağı Misirdə yerləşirdi və regionda sayca səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Ua-em-huu-ges-iabti", "Ḥui-ges İabti", "Ḥui-ges Aabti" və "A-bt" daxildir. Tədqiqatda bu nom adətən "L08" adlandırılır.
Heroonpol (şəhər)
Pifom (q.misir pr-jtm; ivr. ‏פיתום‏‎; q.yun. Ἡρώων πόλις, Heroonpol) — Qədim Misirdə şəhər. Qədim yunan və Roma mənbələrində, həmçinin Yəhudi Bibliyasında bu şəhərə çoxlu istinadlar edilmişdir, lakin onun dəqiq yeri bir qədər qeyri-müəyyən olaraq qalmışdır. Bir sıra alimlər onu Təll Məsxutə arxeoloji ərazisi kimi müəyyən etmişdilər, digərləri onun Təll Rətabə arxeoloji ərazisi olduğunu irəli sürmüşdür. Şəhər Heroonpol nomunun inzibati mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Пифом // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Heroonpol körfəzi
Heroonpol körfəzi — qədim dövrdə Süveyş körfəzinin adı. Heroonpolun yaxınlığında yerləşdiyi üçün belə adlandırılmışdır. Qırmızı dəniz və onun Süveyş körfəzinin şimalda Böyük Acı Gölə qədər uzandığına dair sübutlar var. II Ptolemey Filadelf e.ə. 270–269-cu illərdə Heroonpolda qərb-şərq kanalının əsasını qoymuş, Qırmızı dənizdən gələn duzlu suyun kanaldakı şirin su ilə qarışmasının qarşısını alaraq Heroonpol körfəzi ilə Qırmızı dəniz arasında gəmi nəqliyyatını təmin etmək məqsədilə burada gəmi qıfılı qurmuşdur.
Heroqlif
Heroqlif — yazının inkişafı nəticəsində heratik kursiv yazi meydana gəlmişdir. Eramızdan əvvəl VII–VIII əsrlərdə demotik kursiv yazı yaranmışdır. Demotik yazıda liqaturalar çoxdur. Bu demotik yazı mətnlərinin oxunuşunu çətinləşdirir. Sonuncu demotik mətnlər eramızın V əsrinə aiddir. Misir yazısını ilk dəfə 1822-ci ildə Jan-Fransua Şampolyon deşifrələmişdir. Bundan başqa (heroqlif) başqa dillərdə səs və ya məfhum bildirən yazı işarəsidir.
Herorchis coriophora
Anacamptis coriophora (lat. Anacamptis coriophora) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Kökyumrusu şar və ya ellipsvari, 1(2) sm uzunluqdadır. Gövdəsi 20-40 sm hündürlükdədir. Yarpaqları 4-7 sayda, lansetvari və ya xətvarilansetvari, 14 sm-ə qədər uzunluqda, 1 sm enindədir. Çiçəkqrupu çoxçiçəkli uzunsov-silindrik sünbül, 10 sm-ə qədər uzunluqdadır. Çiçəkaltlığı ensiz lansetvaridir. Çiçəkyanlığının xarici yarpaqları xətvari, lansetvari, qəhvəyitəhər-fırfır rənglidir. Dodaqcığı 3 dilimlidir.
Herostratus
Herostratus (q.yun. Ἡρόστρατος) — Qədim yunan şəhəri Efes (indiki Türkiyə ərazisindədir) sakini. B.e.ə. 356-cı ildə Artemida məbədini yandırıb. Qədim yunan tarixçisi Feopompun hekayəsinə görə Herostratus etiraf edib ki, məbədi ona görə yandırıb ki, gələcək nəsillər onu xatırlasın. Beləliklə, Feopomp Herostratusun bu cinayəti haqqında danışmaqla onun adını gələcək nəsillərin xatırlaması üçün tarixə həkk edib. == Əbəbiyyatda və mədəniyyətdə əks olunması == "Herostratus şöhrəti" özünün şöhrəti namınə başqalarının qurub-qaraytığını vurub-dağıdaraq insanlığa utancverici bir əməl kimi təqdim edilir. == Ədəbiyyat == Herostratus (ing.)[1]. — в Smith's Dictionary of Greek and Roman Biography and Mythology. == Xarici keçidlər == Bammer, Anton.
IAI Heron
IAI Heron (Machatz-1) — İsrailin Israel Aerospace Industries (IAI) şirkəti tərəfindən istehsal olunan orta yüksəklikdə uzun müddət uçuş həyata keçirmək imkanlarına sahib olan pilotsuz uçuş aparatı. Bu PUA yer səthindən 10 km-dən artıq yüksəklikdə 52 saatdan çox müddət ərzində əməliyyat uçuşu yerinə yetirir. 52 saat davamlı uçuş imkanları mövcud olsa da, əlavə vasitələrlə yüklənmə və uçuş profilindən asılı olaraq maksimal effektiv uçuş müddəti nisbətən aşağı ola bilir. PUA-nın daha da inkişaf etdirilmiş variantı olan Heron TP bəzi mənbələrdə IAI Eitan adı ilə də tanınır. 11 sentyabr 2005-ci ildə İsrail Müdafiə Qüvvələrinin 50 milyon ABŞ dolları dəyərində Heron sistemləri aldığı barədə açıqlama verilmişdir. == Əməliyyat tarixçəsi == 2008-2009-cu illərdə baş vermiş Qəzzə müharibəsi ərzində İsrail Müdafiə Qüvvələri Heron PUA-larından aktiv şəkildə istifadə etmişdir. Döyüş əməliyyatları ərzində hər bir briqadanı yaxın hava dəstəyi ilə təmin etmək vəzifəsi üçün bir Heron müəyyən edilmişdi. Bu müharibədə İsrail ilk dəfə olaraq pilotsuz uçuş aparatları, helikopterlər və döyüş təyyarələrini quru qoşunlarına asılı olmadan birbaşa şəkildə İsrail Hərbi Hava Qüvvələrinin komanda məntəqəsinin verdiyi qərarlara uyğun olaraq idarə etmişdir. Hava nəzarəti Heron və Hermes 450 pilotsuz uçuş aparatları, həmçinin Apaçi helikopterləri ilə təmin olunurdu. Hərbi hava qüvvələri və quru qoşunları arasındakı koordinasiya ilə birlikdə İsrailin quru qoşunları ölkənin təhlükəsizlik xidməti olan Şin Betin ön xəttə ezam olunmuş nümayəndələri ilə daim əlaqədə fəaliyyət göstərirdi.
Kartuş (heroqlif)
Kartuş — Qədim Misir heroqliflərində seçilməsi üçün firon və ya hökmdarın adını içərisində yazmaq üçün uzunsov, bir qədər oval şəklində kontur yaxud haşiyədir. IV sülalə dövründən başlayaraq, firon Snofru hökmranlığı zamanında tətbiq olunmağa başlanılmışdır. Beş firon titulundan yalnız Şəxsi ad və Taxt-tac adı kartuş haşiyəsində göstərilirdi. Bəzən qəbirə qoyulmaq üçün kartuş formasında üzərində hökmdarın adı yazılmış qızıl amulet ya tumar düzəldilirdi. Bu cür artefaktlar arxeoloqlar üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, qızıl tumarın köməyi ilə dəfn müddətini müəyyən etmək mümkün olur.
Marvel Super Heroes vs. Street Fighter
Marvel Super Heroes vs. Street Fighter — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinq videooyunu. "Marvel vs. Capcom" videooyun seriyasındakı 2-ci əsas epizoddur və 1996-cı ildə satışa çıxarılan "X-Men vs. Street Fighter" videooyununun davamıdır. Videooyun ilk dəfə 1997-ci ildə arkada oyunu kimi buraxılmışdır. Videooyun daha sonra 1998-ci ildə Sega Saturn, 1999-cu ildə isə PlayStation üçün satışa çıxarılmışdır. "Marvel Super Heroes vs. Street Fighter" videooyununun geympleyi və estetikası "X-Men vs. Street Fighter" videooyununa çox oxşayır.
Marvel vs. Capcom: Clash of Super Heroes
Marvel vs. Capcom: Clash of Super Heroes — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinq videooyunu. "Marvel vs. Capcom" videooyun seriyasındakı 3-cü əsas epizoddur və 1997-ci ildə satışa çıxarılan "Marvel Super Heroes vs. Street Fighter" videooyununun davamıdır. Videooyun ilk dəfə 1998-ci ildə arkada oyunu kimi buraxılmışdır. Videooyun daha sonra 1999-cu ildə Dreamcast, 2000-ci ildə isə PlayStation üçün satışa çıxarılmışdır. Oyun "Marvel vs. Capcom Origins" kompilyasiyasının bir parçası olaraq 2012-ci ildə PlayStation 3 və Xbox 360 platformaları üçün yenidən buraxılmışdır. "Marvel vs.
Misir heroqlifləri (N qrupu)
N qrupu 44 heroqlifdən ibarət olub, bura günəş, ay, səma, yer, dağ, küçə ya cığır, kanal, yamac və s. kimi təsvirlər daxildir.
Qızıl ad (heroqlif)
Qızıl ad, Qızıl horus ad Qədim Misir fironlarının 5 çar titul adından biri. Qızıl ad titulunun daşıdığı məna hələ də tam şəkildə açıqlanmamışdır. == Yaranması == Güman edilir ki, çar və ya firona günəşlə eyniləşdirmək üçün "Qızıl adı" verirmişlər. Rəmzi boyunbağı üzərində oturmuş şahin quşudur. "Qızıl ad" bir titul kimi III sülalə dövründən başlayaraq firon Coser tərəfindən təsis edilmişdir. Yazılarda üzərində şahin oturmuş boyunbağı təsviri kimi Orta qədim dövrə qədər gəlib çatmışdır. == Bax == Şəxsi ad Taxt-tac adı Hor adı Nebti adı Set adı == Literatur == Hans Bonnet: Goldhorus, in: Lexikon der ägyptischen Religionsgeschichte, Hamburg 2000 ISBN 3-937872-08-6 S. 216f. Wolfgang Helck, Eberhard Otto (Ägyptologe): Kleines Lexikon der Ägyptologie. Harrassowitz, Wiesbaden 1999, ISBN 3-447-04027-0 Jürgen von Beckerath: Handbuch der ägyptischen Königsnamen. Münchner Ägyptologische Studien, Bd.
Sadələşdirilmiş Çin heroqlifləri
Sadələşdirilmiş Çin yazısı (Çincə: 簡體字 veya 简体字; pinyin: jiǎntǐzì) — Çin yazısında qədim dövrlərdən bəri istifadə edilən Ənənəvi Çin yazısı, 1960-cı illərdə Çində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır.