HIGH-BRED

adj 1. cins, əsil; 2. yaxşı tərbiyə görmüş, ədəbli, ədəb-ərkanlı

HIGH-BORN
HIGH-CLASS
OBASTAN VİKİ
Bred Delson
Bred Delson (1 dekabr 1977) — Linkin Parkın gitaraçısı. 1996-ci ildə qrubu yaradanlardan biri olmuşdur. = Həyatı = Bred Agura orta məktəbində qrubun digər üzvü Mayk Şinoda ilə eyni məktəbdə oxumuşdur. Onların keçmişdən arzuları biryerdə qrup yaratmaq idi. Məktəbi bitirdikdən sonra 1994-də Rob Bourdon ilə tanışdılar və qruba zərb aləti çala bilən biri əlavə olundu. 1995-də Bred, Mayk, və Rob "Xero" adlı bir qrub yaratmağı müzakirə etdilər və 1996-da bu qrup yarandı. Sonralar qrupun adı Linkin Park olaraq dəyişir və Brad Linkin Parkın gitara çalanı olur.
Bred Fitspatrik
5 fevral 1980-ci ildə amerikalı proqramçı, “Livejournal.com” – pulsuz şəbəkə gündəlikləri saytının müəllifi Bred Fitspatrik (Brad Fitzpatrick) anadan olmuşdur. Hal-hazırda o, “Google” şirkətində proqram təminatının yaradılması üzrə mütəxəssis vəzifəsində çalışır. Brend Fitspatrik Ayova ştatında anadan olan Fitzpatrick Oreqon ştatının Beaverton şəhərində böyüyüb və Sietldəki Vaşinqton Universitetində kompüter elmləri üzrə ixtisaslaşıb . O, ilk şirkəti FreeVote.com-u orta məktəbdə olarkən qurdu.. == Həmçinin bax == Şəxsi veb saytı == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı x faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Bred Pitt
Bred Pitt (Uilyam Bredli Pitt, 18 dekabr 1963[…], Şauni[d], Oklahoma) – məşhur ABŞ kinoaktyoru, prodüseri, film səsləndiricisi. 1995-ci ildə "12 Meymun" kinofilmindəki 2-ci planda canlandırdığı obraza görə Qızıl qlobus mükafatına, "12 İllik əsarət" filminə görə 2014-cü ilin ən yaxşı prodüseri Oskar Mükafatına və 2020-ci ildə Bir vaxtlar Hollivudda filmindəki ən yaxşı 2-ci plan kişi roluna görə Oskar mükafatına layiq görülmüşdür. Həyat yoldaşları – Ancelina Coli (2014–2016); Cennifer Eniston (2000–2005). Üçü bioloji olmaqla altı uşaq atasıdır. == Həyatı == Pitt 1963-cü ilin Dekabrın 18-də Oklahoma ştatının Şauni şəhərində anadan olub. Atası Ulliam Pitt yükdaşıma şirkətinin birində menecer, anası isə məktəbdə müəllimə vəzifəsində çalışıb. Bred anadan olduqdan bir müddət sonra Pitt ailəsi Missuri ştatının Sprinqfild şəhərinə köçür və o burada özündən yaşca kiçik olan qardaşı və bacısı ilə birlikdə böyüyür. Məktəbdə Bred bir neçə idman növü ilə məşğul olur. Bir neçə intellektual klubların aktiv üzvünə çevrilir. Məktəbi bitirdikdən sonra təhsilini 1982-ci ildə qəbul olduğu Missuri Universitetinin jurnalistika fakültəsində davam etdirir, lakin universitetdən məzun olmağa az müddət qalmış Bred öz gələciyini jurnalistika sahəsində görməyərək,Hollivud ulduzu olmaq kimi bayağı bir istəklə filmlərin vətəninə-Los Angeles şəhərinə üz tutur.
High Hopes
"High Hopes" (azərb. Böyük ümidlər‎) — Pink Floyd qrupunun 1994-cü ildə yayımladığı The Division Bell albomundakı on birinci və son mahnı. Musiqisi Devid Gilmorun, sözləri isə Gilmor və Polli Semsonundur. Mahnının sözləri bir şəxsin həyatda qazanıb itirə biləcəyi şeylərdən bəhs edir. Gilmor bildirmişdir ki, mahnı daha çox onun erkən günləri və məmləkətini tərk etməsi haqqındadır. Gilmourun dostu Duqlas Adams albomun adını bu mahnının bir misrasından seçmişdir. Canlı versiyalar Pink Floydun Pulse, həmçinin Gilmorun In Concert, Remember That Night, Live in Gdańsk və Live at Pompeii buraxılışlarına daxil edilib. Echoes: The Best of Pink Floyd albomunda bu mahnının bir qədər qısaldılmış versiyasından Sid Barrettin "Bike" mahnısına keçid edilir. Bu, "High Hopes"-un sonundakı kilsə zəngi səsinin velosiped zəngi səsi ilə əvəz olunması vasitəsilə yerinə yetirilmişdi. Sinqlın 7 düymlük val versiyası şəffaf üzlüklə buraxılmışdır.
Monster High
Monster High — Lisi Harisson tərəfinden kitabı yazılıb. 2010-cu ilin iyulunda Mattel tərəfindən buraxılmışdır.Onlar Kellee Riley tərəfindən yaradılmışdır və illüstrasiyalar isə Qarrett Sander tərəfindən yaradılıb. Kitab seriyası,Lisi Harisson tərəfindən yazılmışdır.Əsərin xətt serialı da hazırlanıb.Əsərdə məşhur canavarların uşaqlarının getdiyi bir məktəb olan Monster Highda yaşanan macəralar izah edilir.
High Tech Computer
High Tech Computer Corporation (HTC) — kommunikasiya avadanlığının istehsalı və satışını həyata keçirən Tayvan şirkəti. 1997-ci il mayın 15-də təsis edilmişdir. Dünyanın ən qabaqcıl markalarındandır. Fəaliyyətinin ilk dövründə şirkət personal cib kompyuterlərinin (Pocket PC) istehsalı ilə məşğul olmuş, nəticədə prioritet istiqamət olaraq aktiv inkişaf prosesində olan kommunikatorlar bazarı seçilmişdir. 2001-ci ildən etibarən HTC öz markası ilə istehsalı ikinci plana keçirərək telefon operatorları üçün hazır, markasız telefonların satılmasına üstünlük vermək qərarına gəlmişdir. Operatorlar bu telefonlara loqotiplərini yerləşdirərək öz brendləri altında satırlar. O zaman bu istiqamətin seçilməsinin şirkət üçün uğurlu olduğu hesab edilirdi. İlk belə müqaviləni HTC 2001-ci ildə bağlamış və bu şəkildə əməkdaşlıq etdiyi şirkətlərin sayı artmaqdadır. Şirkətlə əməkdaşlıq edənlər arasında T-Mobile, Orange, O2, Vodafone və s. iri mobil operatorlar var.
Intel High Definition Audio
Intel High Definition Audio (HD Audio və ya Azalia da adlanır) — fərdi kompüterlərin səs alt sistemi üçün bir xüsusiyyətidir. Bu onların AC'97 PC səs standartının varisi olaraq 2004-cü ildə Intel tərəfindən bazara çıxarıldı. İnkişaf əsnasında kod adı " Azalia " idi. == Əməliyyat sistemi dəstəyi == Microsoft, Windows XP SP3 və sonrakı Windows versiyaları HD Audio səs cihazları dəstəkləyən bir Universal Səs Arxitekturası (UAA) sinifi sürücüsü daxildir . Windows 2000 və Windows XP SP2 üçün UAA sürücüləri də vardır. OS X'in öz AppleHDA sürücüsü ilə tam dəstəyi vardır. OpenSolaris, FreeBSD, NetBSD'i OpenBSD əməliyyat sistemləri kimi Linux da, HD Audio kontrollarını dəstəkləyir. == Ana kompüter nəzarətçisi == AC'97 kimi, HD Audio PCI məlumat yolu üzərindəki kontrolları tərəfindən və əlaqənin digər hissəsində kodek tərəfindən istifadə memarlığını, əlaqə çərçivə formasını və proqramlaşdırma interfeysi təyin edən bir xüsusiyyətdir . Ana kompüter nəzarətçi tətbiqləri, ən azından Intel, Nvidia, AMD ilə əldə edilə bilər. Bu cür nəzarətçiləri ilə istifadə edilən Codec əvvəllər Realtek , (SIGMATEL alınan) (Analog Devices " SoundMAX hissəsi çölə aldım) Conexant , İnteqrasiya Cihaz Texnologiyası (IDT) , VIA , Wolfson Mikroelektronik və daxil olmaqla bir çox şirkət əldə edə bilər.
Daily Lives of High School Boys
Daily Lives of High School Boys (yaponca: 男子高校生の日常, Hepbörn: Danshi Kōkōsei no Nichijō, azərb. Orta məktəb oğlanlarının gündəlik həyatları‎) — 2009-2012 illərin arasında GANGAN ONLINE jurnalında çap olunan Yasunobu Yamauçinin manqa serialı və onun eyni adlı anime serial və film adaptasiyaları. == Məzmun == Məzmun məktəbin son illəri yaşayan Tadakuni, Hidenori və Yoşitake və onların ətrafdakıların gündəlik həyatından bəhs edir. == Media == === Manqa === Manqa seriayası əvvəlcə Gangan Online internet jurnalında 2009-cu ilin mayın 21-dən, 2012-ci ilin sentyabrın 27-nə dək nəşr olunurdu. Sonra isə, o yeddi tankobon cildə toplanılıb. Onlar 2010-cu ilin fevralın 22-dən, 2012-ci ilin sentyabrın 27-nə dək üzə çıxırdı. === Anime === Sunrise studiyası tərəfindən Şinci Takamatsu tərəfindən rejissorluğu ilə istehsal olunan anime adaptasiyası 2011-ci ilin oktyabrında anons edilmiş, ilk yayımı isə TV Tokyo-da 2012-ci ilin yanvarın 9-da baş tutmuşdur. Sonra o, AT-X, Bandai Channel, TVA, TVO kanallarında və onlayn şəkildə Niconico-da yayımlamışdır. Anime serialının seriyaları 6 Blu-ray və DVD cildində toplanmış, Yaponiyada 2012-ci ilin aprelin 3-ün və sentyabrın 4-dün arasında bu şəkildə buraxılmışdır. Bu disklərdə həmçinin bonus seriyalar və televiziyadakı ilk nümayişindən əvvəl Niconico-da çıxan seriyalar var idi.
Intel High Definition Audio(Azalia) audio standartı
Intel High Definition Audio (HD Audio və ya Azalia da adlanır) — fərdi kompüterlərin səs alt sistemi üçün bir xüsusiyyətidir. Bu onların AC'97 PC səs standartının varisi olaraq 2004-cü ildə Intel tərəfindən bazara çıxarıldı. İnkişaf əsnasında kod adı " Azalia " idi. == Əməliyyat sistemi dəstəyi == Microsoft, Windows XP SP3 və sonrakı Windows versiyaları HD Audio səs cihazları dəstəkləyən bir Universal Səs Arxitekturası (UAA) sinifi sürücüsü daxildir . Windows 2000 və Windows XP SP2 üçün UAA sürücüləri də vardır. OS X'in öz AppleHDA sürücüsü ilə tam dəstəyi vardır. OpenSolaris, FreeBSD, NetBSD'i OpenBSD əməliyyat sistemləri kimi Linux da, HD Audio kontrollarını dəstəkləyir. == Ana kompüter nəzarətçisi == AC'97 kimi, HD Audio PCI məlumat yolu üzərindəki kontrolları tərəfindən və əlaqənin digər hissəsində kodek tərəfindən istifadə memarlığını, əlaqə çərçivə formasını və proqramlaşdırma interfeysi təyin edən bir xüsusiyyətdir . Ana kompüter nəzarətçi tətbiqləri, ən azından Intel, Nvidia, AMD ilə əldə edilə bilər. Bu cür nəzarətçiləri ilə istifadə edilən Codec əvvəllər Realtek , (SIGMATEL alınan) (Analog Devices " SoundMAX hissəsi çölə aldım) Conexant , İnteqrasiya Cihaz Texnologiyası (IDT) , VIA , Wolfson Mikroelektronik və daxil olmaqla bir çox şirkət əldə edə bilər.
Why'd You Only Call Me When You're High?
"Why'd You Only Call Me When You're High?" – ingilis indi-rok qrupu Arctic Monkeys-in mahnısı. 11 avqust 2013-cü ildə beşinci studiya albomu olan AM-dən üçüncü sinql olaraq buraxıldı. Mahnı qrupun ifaçısı Aleks Törner tərəfindən yazıldı, prodüserliyini isə Ceyms Ford etdi. 30 avqust 2013-cü ildə sinqlin B tərəfinin "Stop the World I Wanna Get Off with You" adlı audio treki Arctic Monkeys-in rəsmi YouTube kanalında yayımlandı. Nabil Elderkin tərəfindən çəkilən mahnı klipi 2013-cü ilin iyulunda yayımlandı. Qrup mahnını müxtəlif məkanlarda və həmçinin AM Tour -da dəfələrlə ifa edib.