HİYLƏGƏRLİK

HİYLƏGƏRLİK, TÜLKÜLÜK (məc.) Məhəbbət qıtlaşanda, səadət qıtlaşanda; Hiyləgərlik, tülkülük öz həddini aşanda (X.Rza); BİCLİK [Firuz:] Sən bir adamda bicliyə, hiyləyə bax a.. (H.Abbaszadə); ÇOXBİLMİŞLİK Şirin: Bu qızın çoxbilmişliyindən boyu çıxmır (B.Bayramov); ƏYYARLIQ Qara Pəhləvan odur ki, əyyarlığa başladı (“Koroğlu”); FAQQILIQ (dial.) Ay qız, özünü nə üçün faqqılığa qoyursan (ADDL); HOQQABAZLIQ (məc.) Oynadır əldə məzhəbi, dini; Hoqqabazlıqda xeyli kamildir (M.Ə.Möcüz); KƏLƏKBAZLIQ Ən nəhayət, çıxılmaz vəziyyət sərvəri kələkbazlığa məcbur edir (Ə.Sultanlı); QURNAZLIQ Sitarə: ..sadə bir qızın ürəyinin həqiqi sərairini qumazlıqlara, bilməm nələrə həml etməyəcəksiniz, deyilmi? (A.Şaiq); LOTULUQ Düşdün lotuluq məşqinə, islama uyuşma (M.Ə.Sabir); NADÜRÜSTLÜK Cənnətəli ağa: Qırışmal oğlan, nadürüstlük sənin özündədir (N.Vəzirov); ƏMƏLBAZLIQ, FƏNDBAZLIQ, FƏNDGİRLİK, DƏLƏDUZLUQ.

HİYLƏGƏR
HİZB

Digər lüğətlərdə