Hacı Həsən Rəfiyev
Hacı Həsən Rəfiyev (Gəncə – may 1920, Gəncə) — maarifçi ziyalı, xeyriyyəçi. Mikayıl Rəfiliin atası və Gəncə üsyanının (1920) iştirakçısı.
== Həyatı ==
Hacı Həsən Rəfiyev Gəncə şəhərində doğulmuşdur.
== Fəaliyyəti ==
Erməni hərbi birləşmələrinin törətdiyi Qars qırğınları Azərbaycanda böyük həyəcan doğurmuşdu. 1915-ci ilin fevral ayının əvvəllərində Gəncə şəhər idarəsinin başçısı, III Dumanın üzvü Xəlil bəy Xasməmmədov bu hadislərlə bağlı şəhər ictiamiyyətinin toplantısını keçirdi. Qısa giriş nitiqində o, dedi:
X. Xasməmmədovun bu çıxışından sonra Gəncənin tanınmış ziyalı və tacirlərindən Ələkbər bəy Rəfibəyov, İsmayıl xan Ziyadxanov, Ələkbər bəy Xasməmmədov, Aslan bəy Səfikürdski, Hacı Mirqasım Həmzəyev, Hacı İsa bəy Şeyxzamanov, Mirzə bəy Qazıyev, Mir Cəlil Məmmədov və Hacı Həsən Rəfiyev Yardım Komitəsinə üzv seçildilər.
Hacı Həsən Rəfiyev 1920-ci ildə AXC hərbçilərinin bolşevik işğalına qarşı başlatdığı Gəncə üsyanının iştirakçılarından biri olmuşdur. O, üsyanın gedişində düşmən tərəfindən qətlə yetirilmişdir.