HƏSƏNƏLİ

bax: Həsən və Əli; gözəl Alı, göyçək Əli.
HƏSƏNBALA
HƏSƏNXAN
OBASTAN VİKİ
Həsənəli
Həsənəli — Azərbaycanda kişi adı. Bu adı olan tanınmış insanlar Həsənəli Qaraqoyunlu — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğlu. Həsənəli xan Ziyadlı-Qacar — İrəvan xanı Həsənəli bəy Əsgərxanov — şair, polis pristavı, "Georgi" xaçı kavaleri. Həsənəli bəy Vəlibəyov — Qarabağda quberniya katibi, dövlət məmuru. Həsənəli xan Qaradaği — görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq.
Həsənəli (Qaraqoyunlu)
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. == Üsyanları == O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əfv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əfv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Həsənəli Abbasov
Həsənəli Qaraqoyunlu

Həsənəli Qədimov
Həsənəli Qədimov (tam adı: Qədimov Həsənəli Hüseynəli oğlu; 25 fevral 1942, Ağstafa rayonu – 6 iyun 2015) — Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı (1995-2000), "Azərpoçt" MMC-də baş direktorun maliyyə məsələləri üzrə müavini (2006–2015) == Həyatı və fəaliyyəti == Həsənəli Qədimov 1942-ci il fevralın 25-də Ağstafa rayonunun Poylu kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamışdır. 1965-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı ixtisası üzrə mexanika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 1973-cü ildə həmin institutu bitirərək Poylu sovxozunda baş mühəndis-mexanik, sovxoz direktoru işləmişdir. 1990–1991-ci illərdə Ağstafa rayon XDS icra komitəsinin sədri, 1992–1995-ci illərdə Poylu sovxozunun direktoru olub. 1995-2000-ci illərdə isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2004-cü ildən "Azərpoçt" MMC-də Nəqliyyat şöbəsinin rəisi, 2006-cı ildən ömrünün sonuna qədər isə baş direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb. 6 iyun 2015-ci ildə vəfat edib.
Həsənəli mirzə
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. == Üsyanları == O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əfv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əfv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Həsənəli bəy Sarıcalinski
Həsənalı bəy Mehdi bəy oğlu Sarıcalınski — aktyor. Mirzə Mehdi bəy Sarıcalinskinin oğlu. == Həyatı == Şuşa qəza məktəbində oxumuşdur. Uzun illər vəkil işləmişdir.Şuşa Teatrında aktyor kimi çalışmışdır. 1882-ci ildən etibarən isə Şuşada teatr tamaşaları daha da təkmilləşməyə başlayır. Mənbələrdə deyilir: “Burda hətta müəllimlər də yay tətili zamanı bir araya toplaşaraq M.F.Axundovun əsərlərindən ibarət tamaşalar hazırlayırdılar. Bu tamaşalarda Yusif bəy Məlikhəqnəzərov, Haşim bəy Vəzirov, Bədəlbəy Bədəlbəyov, Firudin bəy Köçərli, Həsənəli Sarıcalinski, Mirzə Mııxtar Məmmədov, İsmayıl Şəfibəyov, Cabbar Qaryağdı oğlu iştirak edirdilər. Onlar əsasən M.F.Axundovun komediyalarını oynayırdılar”.
Həsənəli bəy Vəlibəyov
Həsənəli bəy Vəli bəy oğlu Vəlibəyov — Qarabağda quberniya katibi, dövlət məmuru. == Həyatı == Həsənəli bəy Vəli bəy oğlu 1836-cı ildə Qarabağın Çiləbörd mahalınin Xocalı kəndində (hazırkı Xankəndi ərazisində) anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra Şuşa şəhərində qəza məktəbində oxumuşdur. Rus və şərq dillərini bilirdi. Xankəndidəki qəsa idarəsində fəaliyyətə başlamış, II dərəcəli dəftərxana xidmətçisi, dilmanc, polis pristavı vəzifələrində çalışmışdı. Quberniya katibi çini almışdır. XIX əsrin sonlarında vəfat edib. Qəbri Şuşanın Mirzə Həsən qəbiristanlığındadır. == Ailəsi == Həsənəli bəy Bilqeyis xanım Əhməd bəy qızı Haqverdiyeva ilə ailə qurmuşdu.
Həsənəli bəy Əsgərxanov
Həsənəli bəy Şıxəli bəy oğlu Əsgərxanov (1855, Yağlıvənd, Şuşa qəzası – 10 dekabr 1920, Yağlıvənd, Qaryagin qəzası) — şair, polis pristavı, "Georgi" xaçı kavaleri. == Həyatı == Həsənəli bəy Şıxəli bəy oğlu 1855-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Yağləvənd obasında anadan olmuşdu. Şuşa qəza məktəbini, sonra Sankt-Peterburqda Konstantin Yunkerlər məktəbini bitirmişdi. Orduda xidmət etmişdi. Rusiya-Osmanlı savaşı iştirakçısı idi. Georgi xaçı ilə təltif edilmişdi. Kremlin "Georgi" salonunda onun adı qeyd olunub. Ordudan tərxis olduqdan sonra qəza idarələrində işləmişdi. Öncə uryadnik, sonra polis pristavı vəzifələrində çalışmışdı. Qazax və Zəngəzur qəzalarında məmuriyyətdə olmuşdu.
Həsənəli xan Dağıstani
Həsənəli xan Dağıstani (vəf. 1721) — ləzgi mənşəli Səfəvi məmuru, Şirvan (1718) və Şamaxı (1720-1721) bəylərbəyi vəzifəsini icra etmişdir. Səfəvilər dövlətinin baş vəziri Fətəli xan Dağıstaninin (1716-1720) qardaşı oğlu idi. Şirvanda bəylərbəyliyi dövründə Dağıstanın və Şərqi Gürcüstanın (Qaniq vadisi) Səfəvi bölgələrinin ləzgiləri Şirvan bəylərbəyliyinə qarşı üsyan qaldırdılar və Şəkidə Həsənəli xanın qüvvələrini tamamilə məğlub etdilər. Şamaxıda bəylərbəyliyi dövründə başqa bir ləzgi hücumundan müdafiə etmək üçün böyük bir Səfəvi qüvvəsi ilə yola çıxdı, lakin sonuncular səhər tezdən Şəki səmtində onların üstünə düşdü; Həsənəli xan Dağıstani və çox sayda qüvvəsi öldürüldü. == İstinadlar == == Mənbələr == Bournoutian, George A. A Brief History of the Aghuankʻ Region, by Esayi Hasan Jalaleantsʻ. Mazda Publishers. 2009. ISBN 978-1568591711. Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri.
Həsənəli xan Gərrusi
Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi (1820-1900), (حسنعلی خان امیر نظام گروسی) — Əmir Nizam, dövlət xadimi, ədib, xəttat, dilçi. == Həyatı == Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi 1820-ci ildə Urmiya vilayəti Gərrus şəhərində anadan olmuşdu. Kəbudvənd tayfasındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. 1871-ci ildə İstanbulda səfir, Sonra Kürdüstanda vali, 1883-cü ildən 1892-ci ilədək Cənubi Azərbaycanın valisi olmuşdu. Mirzə Fətəli Axundovla tanış idi. Gözəl xətti vardı. Xəttatlıq sənətinin genişlənməsinə çalışırdı. Həsənəli xan Gərrusi 1900-cü ildə vəfat edib.
Həsənəli xan Qaradaği
Həsənəli xan Qaradaği — Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi. == Həyatı == Həsənəliağa Xan Qaradağskinin nəsli hələ Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Onun ulu babalarından biri olan I İlyas xəlifə Ustaclı elinin tarixi vətəni sayılan Türkiyənin Sivas vilayətində anadan olub. Mir Möhsün Nəvvab yazır: "Onların əsli İran vilayəti Qaradağ mahalının nəciblərindəndir. 1804-cü ildə Qaradağdan gəlib Qarabağı özlərinə vətən ediblər. Əcdadı Səfəvi padşahlarının hüzurunda xəlifələr xəlifəsi mənsəbində olub". Məlumdur ki, 1500-cü ildə I İlyas xəlifə başçılıq etdiyi Toxmaqlı oymağı ilə hələ şahlıq taxtına əyləşməmiş İsmayıla qoşulmuş və elliklə Cənubi Azərbaycana, Qaradağa köçmüşdür. I İlyas xəlifə Səfəvilər dövlətinin qurucularından biri hesab olunur. O, I Şah İsmayılın vəfatından (1524) sonra I Şah Təhmasibə (1524–1576) xidmət etmişdi. Oğlu I Şəmsəddin xəlifə, nəvəsi Əhməd xəlifə Qaradağ (Dizmar) mahalının hakimi olmuşlar, öz növbəsində Əhməd xəlifənin oğlu Mahmud sultan (1691-ci ildən), nəvəsi Bayandur sultan da (1701-ci ildən) həmçinin Qaradağ (Dizmar) mahalına hakimlik etmişlər.
Həsənəli xan Qaradağlı

Həsənəli-i Kədxudalı (Kəleybər)
Həsənəli-i Kədxudalı (fars. حسنعلي كدخدالو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 312 nəfər yaşayır (49 ailə).
Həsənəli mirzə Qovanlı-Qacar
Həsənəli mirzə Qovanlı-Qacar (1789-1855) — İran şahzadəsi, vali. == Həyatı == Fətəli şahın altıncı oğlu Həsənəli mirzə (anası Bədrcahan xanım) 1789-cu ildə anadan olmuşdu. Saray təhsili almışdı. Şücaəssəltənə ləqəbinə layiq görülmüşdü. 1815-ci ildən Yəzd, Kirman və Şiraz əyalətlərini idarə etmişdi. Həsənəli mirzə asi Hacı Firuz mirzənin qiyamını yatırmışdı. Sonra Xorasanda baş vermiş üsyan ocağanı söndürmüşdü. Atası vəfat edəndən sonra doğma qardaşı Hüseynəli mirzəni taxt-tac uğrunda gedən mübarizədə müdafiə etdiyinə görə Məhəmməd şah tərəfindən kor edilib Ərdəbildə gözaltına alınmışdı. Həsənəli mirzə 1855-ci ildə vəfat edib. == Ailəsi == Həsənəli mirzə Murtuzaqulu xan Qovanlı-Qacarın qızı ilə, İbrahim xan Dəvəli-Qacarın qızı ilə, İshaq xan Türbətinin qızı ilə, Qumlu bir xanımla ailə qurmuşdu.
Həsənəli xan Ziyadlı-Qacar
Həsənəli xan Ziyadlı-Qacar — 1755-ci ildən 1759-cu ilə qədər İrəvan xanlığının xanı. == Həyatı == Həsənəli xan İrəvan şəhərində Xəlil xanın ailəsində dünyaya gəlmişdir. Onun ailəsi Qacar tayfasının Qovanlı və ya Ziyadlı tirəsinə mənsub olmuşdur. O, hakimiyyətə 1755-ci ildə xalqın üsyan nəticəsində Xəlil xan Özbəyi devirməsindən sonra gəlmişdir. Ona bu işdə Azad xan Əfqan da yardım etmişdir. Bəzi qaynaqlarda göstərilir ki, 1755-ci ildə yerli feodallardan Həsənəli xan Ziyadlı-Qacar, Xəlil xan Özbəyi müdafiə edən Azad xanın İranda Kərim xan Zəndin yanında heç bir nüfuz sahibi olmamasından istifadə edib, İrəvanda saray çevrilişi edərək hakimiyyəti ələ aldı. Qaynaqların bildirdiyinə görə, artıq 1755-ci ildə İrəvanda hakimiyyət Həsənəli xan Qacara aid olmuşdu. O, Qacar tayfasının yerli sülaləsinin nümayəndəsi idi. İvan Şopenin məlumatına əsasən, Həsənəli xan Qacarın hakimiyyətə gəlməsindən etibarən İrəvanda xanlıq və ya hakimlik irsi xarakter almışdır. Həsənəli xan Qacarın hakimiyyəti dövründə Kartli-Kaxeti çarlığının İrəvan üzərinə olan yürüşləri daha intensiv xarakter almağa başladı.
Həsənəli xan Ziyadoğlu-Qacar

Həsənəliağa xan Qaradağski
Həsənəli xan Qaradaği — Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi. == Həyatı == Həsənəliağa Xan Qaradağskinin nəsli hələ Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Onun ulu babalarından biri olan I İlyas xəlifə Ustaclı elinin tarixi vətəni sayılan Türkiyənin Sivas vilayətində anadan olub. Mir Möhsün Nəvvab yazır: "Onların əsli İran vilayəti Qaradağ mahalının nəciblərindəndir. 1804-cü ildə Qaradağdan gəlib Qarabağı özlərinə vətən ediblər. Əcdadı Səfəvi padşahlarının hüzurunda xəlifələr xəlifəsi mənsəbində olub". Məlumdur ki, 1500-cü ildə I İlyas xəlifə başçılıq etdiyi Toxmaqlı oymağı ilə hələ şahlıq taxtına əyləşməmiş İsmayıla qoşulmuş və elliklə Cənubi Azərbaycana, Qaradağa köçmüşdür. I İlyas xəlifə Səfəvilər dövlətinin qurucularından biri hesab olunur. O, I Şah İsmayılın vəfatından (1524) sonra I Şah Təhmasibə (1524–1576) xidmət etmişdi. Oğlu I Şəmsəddin xəlifə, nəvəsi Əhməd xəlifə Qaradağ (Dizmar) mahalının hakimi olmuşlar, öz növbəsində Əhməd xəlifənin oğlu Mahmud sultan (1691-ci ildən), nəvəsi Bayandur sultan da (1701-ci ildən) həmçinin Qaradağ (Dizmar) mahalına hakimlik etmişlər.
Həsənəliağa xan Qaradağski (ata)
Həsənəliağa xan Qaradağski - 1820 (Əhər) - 1847 (Şuşa) — Toxmaqlı oymağının tanınmış simalarından biri. Qaradağın sonuncu xanı Məhəmmədqulu xan Qaradağlının oğlu, Məhəmmədhüseyn ağa, Hacı Sara xanım Qaradağlının qardaşı. Həsənəli xan Qaradağinin atası. == Həyatı == Şuşa şəhərində mədrəsə təhsili alıb. Ərəb, fars, türk və rus dillərini bilirdi. Çar ordusunda xidmət edib poruçik rütbəsində. Həyat yoldaşı: Xatın xanım. Oğlu Həsənəliağa xan Qaradağskinin dünyaya gəlməsini görməyib. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar.
Həsənəlikəndi (Ərdəbil)
Həsənəlikəndi (fars. حسنعلي كندي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 213 nəfər yaşayır (39 ailə).
Rza Həsənəliyev
Rza Cahangir oğlu Həsənəliyev (26 sentyabr 1961, Ordubad) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini (1999–2022), gömrük xidməti general-leytenantı (2005), "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. Rza Cahangir oğlu Həsənəliyev 26 sentyabr 1961-ci ildə anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1978-ci ildə Ordubad baramaaçan fabrikində fəhlə kimi başlamışdır. Daha sonra gömrük sistemində çalışmış, 1995–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektor, komitənin işlər idarəsi rəisinin müavini, sonra isə həmin idarənin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 1999-cu il tarixli Sərəncamı ilə Rza Həsənəliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir. O, 23 il bu vəzifədə çalışmış, Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2022-ci il tarixli Sərəncamına əsasən vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Rza Həsənəliyevə 17 yanvar 2002-ci ildə gömrük xidməti general-mayoru, 28 yanvar 2005-ci ildə isə gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri verilmişdir. Ailəlidir, 1 övladı var.