ittiham
iydə
OBASTAN VİKİ
İy
Qoxu və ya iy — insan və heyvanlar tərəfindən havada uçan iyli maddələri hissetmə halı. Qoxu, qoxu hissi ilə hiss edilən, adətən havada çox kiçik konsentrasiyalarda həll olunan hər hansı kimyəvi maddələrdir. Fraqrens və aroma terminləri çox vaxt kosmetika və qida sənayesi tərəfindən xoş ətirləri təsvir etmək üçün istifadə olunur. Qoxuları qavrayışlarına görə pis və xoş qoxulara bölmək olar. Qoxu havada həll olunan qoxu molekullarının hissiyyatıdır. Qoxuların əksəriyyəti üzvi birləşmələrdən qaynaqlansa da, hidrogen sulfid və ammonyak kimi qeyri-üzvi maddələr də qoxuya bilər. Ətirin təsiri iki addımlı bir prosesdə həll edilə bilər. Birincisi, fizioloji mərhələdir; reseptorlarla burundakı stimul sahəsinin hissi. Sonra Psixoloji mərhələ başlayır. Qıcıqlandırıcılar insan beyninin qoxuya cavabdeh olan bölgəsi tərəfindən stimullaşdırılır və işləməsi təmin edilir.
Ensizyarpaq iydə
Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. May-iyunda çiçəkləyir.
Ergene iyesi
Ev iyesi
Ev iyəsi — türk xalq mədəniyyətində evin qoruyucu ruhu. Üy (Uy, Oy, Öy) iyəsi olaraq da tanınır. Moğollar Gər (Ker) Ezen deyərlər. == Xüsusiyyətləri == Hər ev üçün fərqli bir iye vardır. Bəzən bir ilan olaraq betimlenir. Evdə görülən ilanın bərəkət gətirəcəyinə inanılır. Onu öldürmədən çölə çıxarmaq lazımdır. Beləcə o da heç kimə zərər verməmiş olar. Əks halda evin bərəkəti qaçır. Qısa boylu bir kişi şəklindədir.
Ev iyəsi
Ev iyəsi — türk xalq mədəniyyətində evin qoruyucu ruhu. Üy (Uy, Oy, Öy) iyəsi olaraq da tanınır. Moğollar Gər (Ker) Ezen deyərlər. == Xüsusiyyətləri == Hər ev üçün fərqli bir iye vardır. Bəzən bir ilan olaraq betimlenir. Evdə görülən ilanın bərəkət gətirəcəyinə inanılır. Onu öldürmədən çölə çıxarmaq lazımdır. Beləcə o da heç kimə zərər verməmiş olar. Əks halda evin bərəkəti qaçır. Qısa boylu bir kişi şəklindədir.
Eşik iyesi
Eşik iyəsi — türk xalq inancında eşiyin qoruyucu ruhu. Eşgik iyəsi və ya Esik iyəsi olaraq da deyilər. Astana iyəsi və ya Bosaqa (Busağa, Busava, Bosaha, Bosaka) iyəsi ifadələri də istifadə olunur. Monqollar Bohogo Ezen deyərlər. == Xüsusiyyətləri == Hər eşiyin qoruyucu bir ruhu vardır. Bu ruh eşikdə yatar. İnəklərin çaşmadan evlərini tapmalarını təmin edər. Heyvanları qoruyar. Eşikdə oturmaq, eşikdə danışmaq yaxşı sayılmaz, bunun səbəbi ruhun orada olmasıdır. Eşiyin bəxtlə də əlaqəsi vardır.
Göl iyesi
Gümüşü iydə
Gümüşü iydə == Təbii yayılması == Şimali Amerikada yayılmışdır. Yabanı halda Kanadada bitir. == Botaniki təsviri == İynəsiz, enli şaxələnmiş çətiri olan yarpağı tökülən, 5 m-ə qədər hündürlükdə kol və ya kiçik ağacdır. Zoğları qırmızı-qonur rəngli qabıqla örtülmüşdür. Yarpaqları yumurtaşəkilli və ya uzunsov-neştərvarı olub, uzunluğu 3–8 sm-dir. Hər iki tərəfdən gümüşü rənglidir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri xırda, içəri tərəfdən sarı, çox ətirlidir, 1–3 ədədi birlikdə yarpaqların qoltuğunda toplanmışdır. Meyvələri oval və ya şarşəkilli, ölçüsü 1–2 sm-dir, gümüşü qabıqlarla sıx örtülmüşdür. Çoxlu kök pöhrələri verir.
Haaqa Konfransı (1922, iyun-iyul)
Haaqa konfransı — I dünya müharibəsindən sonra dünyada iqtisadi, siyasi sistemi normallaşdırmaq, rusiyadan borcların geri alınması üçün təşkil olunan beynəlxalq konfransdır. == Əvvəlki hadisələr == Haaqa konfransından əvvəl İngiltərənin baş naziri Lloyd Corc Kannda keçirilən Müttəfiqlərin Ali Şurasının iclasında dünyada maliyyə-iqtisadi problemləri həll etmək üçün beynəlxalq konfransın çağırılmasını təklif edir. Onun bu təklifi qəbul olunur. Qəbul olunan qətnaməyə görə Genuyada çağırılacaq konfransda baş nazirlər iştirak etməli idi. Konfransda İngiltərəni baş nazir Lloyd Corc, Almaniyanı kansler Virt, Fransanı xarici işlər naziri Lui Bartu, İtaliyanı baş nazir Fakta təmsil edirdi. Sədr Fakta seçilir. Konfrans qarşısına qoyduğu problemlərin-Almaniyadan təzminat almaq, borclar, Rusiya məsələsi və Yaxın Şərq məsələlərinni demək olar ki, heç birini həll edə bilmir. Qəbul edilən qərara əsasən, bu problemlərin həllinin davamı (xüsusilə Rusiyadan borcların alınması) Haaqada keçiriləcək konfransa qədər ertələnir. == Konfrans == Haaqa konfransı 1922-ci il iyun ayının 15-dən iyulun 20-dək davam etmişdir. Konfransda rus və qeyri-rus komissiyaları, xüsusi mülkiyyət, borclar və kredit yarımkomissiyaları yaradıldı.
Irmak iyesi
Irmax iyesi
Katolikos II İyeremiya
Katolikos II İyeremiya - Albanların LXXXVII yaxud LXXXVIII katolikosu. == Katolikosluğu == Xaçın məliyi Baltazarın oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. 1676-cı ildə Katolikos IV Yakob Juğayetsi tərəfindən təsdiqlənmişdi. Lakin bu qərar Səfəvi sarayı tərəfindən diqqətə alınmayaraq yerinə Katolikos VI Simeon təyin olundu. Onun vaxtında İsrail Orinin bəzi gizli görüşləri Gəncəsər monastırında keçirilmişdi.
Katolikos İyeremiya
Katolikos İyeremiya — alban katolikoslarndan biri. Katolikoslar siyahısında adı 12-ci yerdə Moisey Kalankatlı və Kirakos Gəncəli onun həm də hunların yepiskopu olduğunu qeyd edir. Alban çarı Yesuagenin hakimiyyəti dövründə katolikosluq edib.
Kleopatra iynəsi
Kleopatra iynəsi (ing. Cleopatra's Needle) — Londonun, Viktoriya sahilində iki Sfinksin əhatəsində olan Qədim Misir obeliski. 18 metr uzunluğunda 186 ton çəkili qranitdən monolitdir. Britaniyalılar tərəfindən 1877-ci ildə İsgəndəriyədən gətirilib. E. ə. II minilliyin ortalarında Asuan daşkarxanalarında yonulmuşdur. Obeliskin üzərində faraon III Tutmosun (sonradan II Ramzes və VII Kleopatranın adları əlavə edilmişdir) simvolu yonulmuşdur. E. ə. təxminən 1475-ci ildə Nilin aşağısı ilə Geliopola gətirilmişdir. Təxminən roma imperatoru Oktavian Avqust zamanında obelisk İsgəndəriyyəyə gətrilmiş və əsrlər boyu burada qalmışdır.
Kəlbəcərdə helikopter qəzası (14 iyul, 1989)
Kəlbəcərdə helikopter qəzası — 14 iyul 1989-cu ildə Kəlbəcər şəhər stadionunda helikopter qəzası. == Hadisə == Hadisədən bir müddət əvvəl 8 erməni təxribatçı Kəlbəcər rayonunun Ağdaban kəndinə basqın edib, onlar sakinlər tərəfindən tutulublar. Tərk-silah edilən terrorçular Kəlbəcər milisinə təhvil veriliblər. Həmin erməniləri Xankəndiyə aparmaq üçün gələn hərbi helikopter havaya qalxarkən qəza törədib. Helikopter yerə yaxın olduğundan stadiondakı 8 uşağı vertolyotun pəri tikə-parça edib. Helikopterin pilotları 366-cı motoatıcı alayın sərxoş hərbçiləri olublar. == Həlak olanların siyahısı == Məmmədov Sahib Sultan oğlu (10 yaş), Salmanov Razim Tofiq oğlu (8 yaş), Valehov Anar Qardaşxan oğlu (7 yaş), İbişov Cahid Telman oğlu (10 yaş), Əsgərov Səxavət Dəmir oğlu (14 yaş), Əsgərov Natiq Məhəmməd oğlu (14 yaş), Xəlilov Bəxtiyar Rəhim oğlu (11 yaş), Orucov Azər Zakir oğlu (7 yaş). == Hadisədən sonra == 1991-ci ildə Kəlbəcər Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə rayon mərkəzində həlak olan 8 uşağın xatirəsinə abidə qoyulmuşdur. Kəlbəcər işğal olunandan sonra həmin abidə ermənilər tərəfindən dağıdılmışdır. 2022-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi Kəlbəcərin ilk şəhidləri olan 8 uşağın başına gətirilən faciə ilə bağlı "Gizli qalsın" adlı sənədli film hazırlayıb.
Kəlbəcərdə helikopter qəzası (14 iyul 1989)
Kəlbəcərdə helikopter qəzası — 14 iyul 1989-cu ildə Kəlbəcər şəhər stadionunda helikopter qəzası. == Hadisə == Hadisədən bir müddət əvvəl 8 erməni təxribatçı Kəlbəcər rayonunun Ağdaban kəndinə basqın edib, onlar sakinlər tərəfindən tutulublar. Tərk-silah edilən terrorçular Kəlbəcər milisinə təhvil veriliblər. Həmin erməniləri Xankəndiyə aparmaq üçün gələn hərbi helikopter havaya qalxarkən qəza törədib. Helikopter yerə yaxın olduğundan stadiondakı 8 uşağı vertolyotun pəri tikə-parça edib. Helikopterin pilotları 366-cı motoatıcı alayın sərxoş hərbçiləri olublar. == Həlak olanların siyahısı == Məmmədov Sahib Sultan oğlu (10 yaş), Salmanov Razim Tofiq oğlu (8 yaş), Valehov Anar Qardaşxan oğlu (7 yaş), İbişov Cahid Telman oğlu (10 yaş), Əsgərov Səxavət Dəmir oğlu (14 yaş), Əsgərov Natiq Məhəmməd oğlu (14 yaş), Xəlilov Bəxtiyar Rəhim oğlu (11 yaş), Orucov Azər Zakir oğlu (7 yaş). == Hadisədən sonra == 1991-ci ildə Kəlbəcər Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə rayon mərkəzində həlak olan 8 uşağın xatirəsinə abidə qoyulmuşdur. Kəlbəcər işğal olunandan sonra həmin abidə ermənilər tərəfindən dağıdılmışdır. 2022-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi Kəlbəcərin ilk şəhidləri olan 8 uşağın başına gətirilən faciə ilə bağlı "Gizli qalsın" adlı sənədli film hazırlayıb.
Misirdə iyul inqilabı
Misirdə iyul inqilabı (ərəb. ثورة 23 يوليو 1952‎, həmçinin 1952-ci il çevrilişi (ərəb. إنقلاب 23 يوليو 1952‎ kimi də tanınır) — 23 iyul 1952-ci ildə Məhəmməd Nəcib və Camal Əbdül Nasirin rəhbərlik etdiyi bir qrup ordu zabitinin cəmləşdiyi Azad Zabitlər Hərəkatı tərəfindən həyata keçirilmiş hərbi çevriliş. İnqilab əvvəlcə Kral Farukun taxtdan salınmasına yönəlmişdi. Miles Kopeland və Kermit Roseveltə görə, çevriliş Misirdə siyasi hakimiyətinn başına Amerika tərəfdarı olacaq yeni liderin gəlməsini hədəfləyən "Fat Fukker" əməliyyatının bir hissəsi idi. Bununla belə inqilab daha böyük siyasi nəticələrə gətirib çıxardı. Qısa müddətdə Misir və Sudanda konstitusiya monarxiya ləğv edildi. Aristokratiya sıradan çıxarıldı. Respublika quruldu, ölkədəki ingilis işğalına son qoyuldu və Sudanın müstəqilliyini təmin etmək üçün hərəkat genişləndi (o dövrdə Sudan İngiltərə-Misir müştərək olaraq idarə olunurdu). İnqilabçı hökumət əsasən ərəb millətçiliyi və beynəlxalq birliklərə qoşulmamaqla siyasi mövqeni ifadə edən qatı millətçi, anti-imperialist sistem qurdu.
Noemi İyezzi
Noemi İyezzi (5 noyabr 1982) — İtaliyanı təmsil edən bədii gimnast. Noemi İyezzi İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Ocaq iyesi
Od iyesi
Od iyəsi
Oymaq iyesi
Paramariboda təyyarə qəzası (7 iyun 1989)
Paramariboda təyyarə qəzası (7 iyun 1989) — Surinamın futbolu tarixindəki ən dəhşətli faciə 7 iyun 1989-cu ildə Surinam yığması və Hollandiyada çıxış edən surinamlılar arasında qarşılaşma planlaşdırılmışdı. Amsterdamdan Paramariboya Hollandiya yığmasında çıxış etməmiş yetərincə tanınmış futbolçulardan təşkil olunmuş komanda yollanıb. Təyyarə pilotlarının səhvi aviaqəzaya səbəb olur. Göyərtədə olan 186 nəfərdən yalnız 11-i sağ çıxır. 18 futbolçudan 15-i həlak olur, 3-ü isə həyatının qalan hissəsini əlil kimi keçirməyə məcbur olur. Ən maraqlı fakt isə bu qəzada iştirak etməyən birisi haqdadı. Məşhur holland futbolçu Dennis Berqkampın aerofobiya – təyyarələrdə uçmaq qorxusu bütün dünyada məşhurdu. Bilin ki, tanınmış "uçmayan hollandiyalı" ləqəbli bu oyunçunun belə xəstəliyinə bir nömrəli səbəb məhz bu qəza olub. Həlak olan futbolçuların bir çoxunu yaxından tanıyan Berqkampın böyük üzüntü keçirdiyi və bundan sonra bir daha təyyarəyə minmədiyi deyilir.
Parisdə təyyarə qəzası (25 iyul 2000)
Parisdə təyyarə qəzası (25 iyul 2000) — aviasiya tarixində səsdən sürətli mülki təyyarənin son qəzası. 25 iyul 2000, Paris, Ruassi Şarl de Qoll aeroportu, terminal 2E. Paris – Nyu-York reysini həyata keçirməyə hazırlaşan "Concorde" havaya qalxmazdan əvvəl prezident Jak Şirakı Tokiyodan gətirən "Boeing" aeroporta enir. Ondan ardınca ABŞ-yə məxsus "McDonnell Douglas DC-10" eyni uçuş zolağından havaya qalxır. Lakin... havaya qalxan təyyarənin motorundan qopan titan detal uçuş zolağına düşür və bir-neçə dəqiqə sonra baş verəcək faciənin "əsasını qoyur". "DC-10" özü isə sağ salamat mənzil başına çatır. 4 dəqiqə sonra saat 16.42-də "Concorde" uçuş zolağına dartılıb gətirilir. Start götürən təyyarə 280 km/saat sürətlə "DC-10"-dan düşən metal parçasının üzərindən keçir. Metal parçası təkərdən qalxaraq yanacaq çənini kəsir və 120 ton kerosin alışır. Cırılan təkərin özü də 330 km/saat sürətlə hərəkət edən təyyarənin qanadına çırpılaraq onu sıradan çıxarır.
Peykər xan İyirmi Dörd
Peykər xan İyirmi Dörd — XVI əsrin sonları XVII əsrin əvvəllərində Səfəvi imperiyası üçün xidmət etmiş Qızılbaş tayfa başçısı. Fəaliyyətinin əsas hissəsi Cənubi Qafqazla bağlıdır. O, bu zaman Bərdənin və Kaxetiyanın hakimi vəzifəsində xidmət etmişdir. Sonuncu vəzifəsindən Şah Abbas dövründə 1625-ci ildə Gürcü üsyanı ilə getmişdir. Gələcəkdə xan olacaq Peykər xan İyirmi Dörd tayfasının başçısı kimi Qarabağda hakimiyyət uğrunda Qacar tayfası ilə rəqabətdə idilər. Şah II İsmayılın əmri ilə Peykər xan bəylərbəyi təyin olunması üçün öz qohumu və Qarabağ bəylərbəyisi olan Yusif xan Şahverdi Ziyadoğlunu, onun anasını, qardaşlarını qətlə yetirdi. Lakin II Şah İsmayıl vəzifəni rəqib Qacar tayfası mənsubuna verdi. Peykər xan 1608-ci ildə Şah Abbas tərəfindən Bərdənin hakimi təyin edildi. 1620-ci ildə vəzifəsi daha da yüksəldi və şahın tam hakimiyyəti altına almaq istədiyi Kaxetiyanın hakimi təyin edildi. Bundan sonra şahın əmri ilə o, gürcü kraliyyət ailəsindən olan Fatma Sultan Bəgüm ilə evləndi.
Qan iyi (kitab)

Digər lüğətlərdə