JİRÓ

is. [ ital. ]
1. Nağd olmayan hesab növü.
2. Həvalə qeydi, indossament.
JİLETLİK
JİRONDÁ
OBASTAN VİKİ
Jan Jirodu
Jan Jirodu (tam adı: Jan Jirodu, fr. Jean Giraudoux; 29 oktyabr 1882[…] – 31 yanvar 1944[…], Paris) — fransız roman yazarı, esseçi, oçerkist, diplomat və dramaturq. Birinci Dünya müharibəsi ilə İkinci Dünya müharibəsi arasındakı dövrdə yazıb-yaratmış ən mühüm fransız dramaturqlardan biri hesab edilir. Onun əsərləri bədii üslubu və poetik fantaziyasına görə xüsusilə qeyd olunur. Jirodunun müraciət etdiyi əsas mövzu qadın-kişi münasibətləridir - bəzi hallarda isə kişi ilə əlçatmaz hesab olunan ideal arasındakı münasibətlərdir. == Həyatı == Jirodu Yuxarı Vyenna departamentində Bellak kommunasında anadan olmuşdur. Atası Lejer Jirodu burada Nəqliyyat Nazirliyində işləyirdi. Jirodu Soda Lakanal liseyində təhsil almış, məzun olduqdan sonra Avropaya səyahətə çıxmışdır. 1910-cu ildə Fransaya qayıtdıqdan sonra Xarici İşlər Nazirliyindəki vəzifəni qəbul etmişdir. Birinci Dünya müharibəsinin başlaması ilə xidmətlərində xüsusilə fərqlənmiş və 1915-ci ildə müharibə dövründə "Fəxri Legion" ordeninə layiq görülən ilk yazıçı olmuşdur.
Jiron
Jiron (fr. Giron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valzerin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01174. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 162 nəfər təşkil edirdi.
Jirond
Jironda (fr. Gironde, oks. Gironda) — Fransanın cənub qərbində yerləşən Akvitaniya regionun departamentlərindən biri. Sahəsi — 10 000 km². Əhalisi — 1.548.478 nəfər . İnzibati mərkəzi — Bordo. == Coğrafiyası == Jironda departamenti Fransanın cənub qərbində Atlantik okean sahillərində yerləşir. == Tarixi == Jironda departamenti Böyük Fransa inqilabı dövründə 4 mart 1790-cı ildə. Keçmiş Qiyen və Qaskoniya əyalətlərinin ərazisində yaradılmışdır.
Jironda
Jironda (fr. Gironde, oks. Gironda) — Fransanın cənub qərbində yerləşən Akvitaniya regionun departamentlərindən biri. Sahəsi — 10 000 km². Əhalisi — 1.548.478 nəfər . İnzibati mərkəzi — Bordo. == Coğrafiyası == Jironda departamenti Fransanın cənub qərbində Atlantik okean sahillərində yerləşir. == Tarixi == Jironda departamenti Böyük Fransa inqilabı dövründə 4 mart 1790-cı ildə. Keçmiş Qiyen və Qaskoniya əyalətlərinin ərazisində yaradılmışdır.
Jirondistlər
Jirondistlər (fr. Girondins), Jirond (fr. Gironde) — Böyük Fransa İnqilabı dövründə əksəriyyəti Bordo bölgəsindən gələn, Qanunverici Məclis və Milli Konventdə montanyarlara qarşı üstünlük əldə edən qrupa verilmiş addır. Jirondist adının məşhurlaşması XIX əsrin əvvəllərində Lamartinin "Jirondistlərin Tarixi" kitabını yazmasında sonra baş verir. Bordodan olan bu qrup Qanunverici Məclisdə beş nəfərlə təmsil olunurdular: Vernu, Qade, Jensonne, Qraqanöv və Jan Fransua-Dük. Milli Konventdə qrupa Dükün qaynı olan Jan Batist-Boyer-Fonfred də əlavə olunur. Bununla birlikdə jirondistlər 1792-1793-cü illərdə ayrı-ayrı vaxtlarda Brissotinlər, Rolandistlər və Rolandinlər də adlandırılıblar. Qrupun jirondist adlandırılması isə 1793-cü ilin oktyabrından etibarən başlamışdır. Kondorse, Brisso, Rolan, Qade, Vernu, İnar, Dük, Buzo kimi jirondistlər respublikanı dəstəkləyirdilər. Danton, Robespyer və Marat jirondistlərin tərkibində olarkən jirondistlər Milli Konventdə montanyarlara qarşı ən güclü fraksiya idilər.
Mixail Jiroxov
Mixail Aleksandroviç Jiroxov (ukr. Михайло Олександрович Жирохов; 19 noyabr 1974, Kalmiusskoye[d], Donetsk vilayəti) — Ukrayna tarixçi və jurnalisti. Mixail Jiroxov 19 noyabr 1974-cü il tarixində SSRİ respublikalarından olan Ukrayna SSR-nin Donetsk vilayətində yerləşən Komsomolskoye şəhərində anadan olmuşdur. 2000-ci ildə Donetsk Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Postsovet məkanındakı münaqişələr və aviasiya tarixi üzrə ixtisaslaşmışdır. Rusiya, Ukrayna, Çexiya, Serbiya və digər ölkələrdə dövri nəşrlərdə 300-ə yaxın nəşrin müəllifidir. Крылья возмездия. Краткая история ВВС Израиля. — М.: АСТ, Минск: Харвест, 2001.- 400 с. ISBN 5-17-008848-5, 985-13-0455-7 (+ Котлобовский А. В.) «Иду на таран!».
Paraseiulus jirofticus
Paraseiulus jirofticus (lat. Paraseiulus jirofticus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraseiulus cinsinə aid heyvan növü.
Sen-Jiron (rayon)
Sen-Jiron (fr. Saint-Girons) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aryej. Suprefektura — Sen-Jiron. Rayon əhalisi 2006-cı ildə 27 193 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 18 nəf / km². Rayon sahəsi — 1497 km².
Serveri de Jirona
Serveri de Jirona (Katalanca tələffüz: [sərβəˈɾi ðə ʒiˈɾonə]; 1259, Hindistan – bilinmir) — katalan trubadur. Jironada Qillem de Servera adı ilə doğulmuşdur. O, ən məhsuldar trubadur olmuşdur. Arxasınca 114 şeir qoymuşdur. Ensenhamenlərini də hesaba alındıqda bu rəqəm 130-a çıxır. Saray şairi olmuşdur: İşğalçı Xamesin və Böyük Pedronun hakimiyyəti illərində sarayda fəaliyyət göstərmişdir. Pastorelas və sirventes janrlarından da istifadə etmişdir. Əsas narahatçılığı saray həyatının mürəkkəblikləri ilə bağlı idi. Serveri bir müddət mesenat himayəsində və Rodesli IV Hyu və II Henrinin saraylarında fəaliyyət göstərmişdir. 1269-cu ildə İspaniyada olmuşdur.
Jiroyd Mak Nayokill
Jiroyd Mak Nayokill — İrlandiyalı tarixçi və erkən Orta Əsr İrlandiya tarixi üzrə mütəxəssisdir. Onun əsərləri, İrlandiya tarixi, hüququ və cəmiyyətinə dair dərin mövzular təqdim edir. Jiroyd Mak Nayokill 1932-ci ildə İrlandiyada doğulub. Onun erkən təhsili və tədqiqatları, İrlandiya tarixinin müxtəlif aspektlərini əhatə edir. Mak Nayokill, uzun müddət Dublin Kollecində professor kimi çalışıb. O, burada İrlandiya tarixi və hüququ üzrə dərs deyib və bir çox tələbə yetişdirib. Onun tədqiqatları, İrlandiyanın erkən Orta Əsr dönəmini tədqiq etməyə yönəlib və bu sahədə əhəmiyyətli töhfələr verib. O bir çox mühüm əsərin müəllifidir. Onun ən tanınmış əsərləri arasında "The Medieval Irish Annals" və "The Irish Law" kimi kitablar yer alır. Bu əsərlər, İrlandiya tarixi və hüququ haqqında əsas mənbələr hesab olunur.
Jirona FK
"Jirona FK" (kat. Girona Futbol Club) — Kataloniya muxtar icmasının tərkibindəki eyniadlı əyalətin eyniadlı şəhərini təmsil edən İspaniya futbol klubudur. Klub 1930-cu ildə yaradılıb və ev oyunlarını "Montilivi" stadionunda keçirir (13500 tamaşaçı tutur). 2016/17 mövsümünə qədər klub heç vaxt La Liqada çıxış etməmişdir. Klubun La Liqada göstərdiyi ən yaxşı nəticə 2017/18 və 2022/23 mövsümlərinin nəticələrinə görə tutduğu 10-cu yerdir. 2023/24 mövsumünün nəticəsinə görə klub tarixi də ilk dəfə olaraq La Liqada Real Madrid və Barselonadan sonra 3-cü yeri tutaraq bürunc medal qazanıb və ilk dəfə olaraq UEFA Çempionlar Liqasında birbaşa qrup mərhələsində oynamaq hüququ qazanıb.

Digər lüğətlərdə